Mühazirə 4.
Mövzu: Sertifikasiya üzrə orqana tələblər və onun akkreditasiya qaydaları.
PLAN
Sertifikasiya üzrə orqana tələblər.
Sertifikasiya üzrə orqanın funksiyaları və keyfiyyət sisteminə tələblər.
Sertifikasiya üzrə orqanın akkreditasiyası, sənədlərin təqdimatı və ekspertizası.
Sertifikasiya üzrə orqanın attestasiyası və onun fəaliyyətinə inspeksiya nəzarəti.
Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikasiya üzrə orqanlar hüquqi şəxs statusuna malik olan təşkilatların bazasında yaradılır. Sertifikasiya üzrə orqana tələbləri və onun akkreditasiya qaydalarını, özündə əks etdirən sənədin tələblərinə cavab verən və lazımi səlahiyyətlərə malik olan müəssisələr və təşkilatlar o cümlədən Azərdövlətstandartın ərazi orqanları və Elmi-Tədqiqat institutları kimi dövlət təşkilatları, səhmdar cəmiyyətlər, assosiasiyalar və s. daxil olmaqla sertifikasiya üzrə orqanlar kimi akkreditasiya olunub fəaliyyət göstərə bilərlər.
Sertifikasiya üzrə orqan kimi akkreditasiya olunmaq və fəaliyyət göstərmək iddiasında olan təşkilat, sertifikasiya aparmağa imkan verən aşağıdakı sənədləri də daxil etməklə, zəruri vasitələrə və sənədləşdirilmiş üsullara malik olmalıdır:
verilmiş sertifikasiya sisteminin idarə olunması üçün inzibati struktura, hüquqi və iqtisadi imkanlara (şəraitə);
ixtisaslı və xüsusi hazırlıq keçmiş heyətə;
sertifikasiya üzrə orqanın tərkibinə daxil olan və ya onunla müqavilə əsasında qarşılıqlı əlaqədə olan akkreditasiya edilmiş sınaq laboratoriyalarına;
məhsula və sınaq metodlarına vacib olan normativ sənədlər fondunda;
həmcins məhsulların və keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasının, istehsalatın attestasiya edilməsinin üsul və qaydalarını müəyyənləşdirən təşkilatı-metodik sənədlərə.
Sertifikasiya üzrə orqanın məhsulun istehsalçılarından (tədarükçülərindən) və onun sifarişçilərindən (istehlakçılardan) inzibati və hüquqi asılılığı olmamalıdır.
Məhsulun, keyfiyyət sistemlərinin sertifikasiyası və ya istehsalatların attestasiyası üzrə akkreditasiya olunmuş orqan və nəzarət orqanı sertifikasiya üzrə orqanın tərkibində ola və ya olmaya bilər (keyfiyyət sisteminin sertifikasiyasını aparmaq üçün deklarasiya-sifarişin forması verilir).
Sertifikasiya orqanının heyəti öz vəzifəsini yerinə yetirmək üçün lazımi səlahiyyətə malik olmalıdır. Sertifikasiya üzrə orqanın ştatına daxil olan və ya müqavilə əsasında onunla qarşılıqlı əlaqədə olan auditorlara (ekspertlərə) tələblər AZS milli sertifikasiya sisteminin «Auditorlar və ekspertlər haqqında müddəalar» rəhbəredici sənədlərində öz əksini tapmaqdadır.
Sertifikasiya üzrə orqan auditorlar və ekspertlər Reyestrinə məşvərətçi səs hüququna malik olan və məsləhətçilər kimi sertifikasiya orqanı tərəfindən cəlb olunan müxtəlif ixtisas sahələrinin mütəxəssislərini daxil etməlidir.
Hər hansı iş subpodrat əsasında başqa təşkilata tapşırıldığı halda sertifikasiya üzrə orqan subpodrat işləri ilə məşğul olan həmin təşkilatın heyətinin və istifadə etdiyi texniki vasitələrin müəyyən olunmuş tələblərə uyğun olmasına əmin olmalıdır.
Sertifikasiya üzrə orqanın rəhbəri Azərdövlətstandartla razılaşdırıldıqdan sonra təyin edilir.
Sertifikasiya üzrə orqan aşağıdakı normativ sənədlər dəstinə malik olmalıdır:
məhsula və sınaq metodlarına qoyulmuş sənədləri təyin edən beynəlxalq, dövlətlərarası, milli normativ texniki sənədlər;
istehsal proseslərinin təşkilinə qoyulmuş tələbləri təyin edən normativ-texniki sənədlər;
ISO 9000 və ISO 8402 seriyalı beynəlxalq standartlar;
məhsulun və keyfiyyət sisteminin sertifikasiyası və istehsalın attestasiyası sahəsində beynəlxalq, dövlətlərarası, milli standartlar və rəhbəredici sənədlər;
Sınaqların nəticələri, reklamasiyalar barədə göstəricilər bankı.
Bütün sifarişçilər sertifikasiya üzrə orqanın xidmətləri barədə informasiyanı maniəsiz almaq imkanına malik olmalıdırlar.
Göstərilən orqan fəaliyyət göstərərkən istifadə etdiyi üsullar başqalarının hüquqlarını tapdalamamalıdır.
Sertifikasiya üzrə orqan kommersiya sirri təşkil edən informasiyanın məxfiliyini təmin etməlidir.
Sertifikasiya üzrə orqan göstərilən tələblərə uyğunluğunu yoxlamaq üçün daxili audit və dövri təftişlər keçirməlidir. Belə təftişlər qeydiyyatdan keçməli, onların nəticələri sertifikasiya üzrə orqanın fəaliyyətinə nəzarəti həyata keçirən şəxslər üçün açıq olmalıdır.
Sertifikasiya üzrə orqanın əsas funksiyalarına aşağıdakılar aid edilir:
verilmiş sistemdə sertifikatlaşdırılan məhsulun siyahısının təyini;
göstəricilərin, tələblərin və bu tələbləri təyin edən standartların və ya digər normativ sənədlərin seçilməsi;
həmcins məhsulun sertifikasiyası zamanı istifadə olunan normativ sənədlər fondunun formalaşdırılması və aktuallaşdırılması;
sertifikasiyaya sifarişlərin, həmçinin apellasiyaların qəbulu və baxılması, onlar barədə qərarların hazırlanması və sertifikasiyanın aparılması zamanı sifarişçilərlə qarşılıqlı əlaqənin yaradılması;
sertifikasiya sxemində nəzərdə tutulduğu halda hər bir konkret sifariş üzrə istehsalatın yoxlanılması üçün sınaq laboratoriyasının və orqanın təyin edilməsi və onlarla qarşılıqlı əlaqə əsasında sınağın və istehsalatın yoxlanılmasının təşkili;
verilmiş sertifikasiya sisteminin təşkilati-metodik sənədlərinin tərtibi və aparılması;
uyğunluq sertifikatının tərtib olunması və verilməsi, onun AZS Milli sertifikasiya sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi;
xarici sertifikatın və digər uyğunluq şəhadətnamələrinin tapılmasının mümkünlüyü barədə materialların hazırlanması;
Azərdövlətstandartın ərazi orqanlarını cəlb etməklə sertifikatlaşdırılmış məhsulların, sertifikatlaşdırılmış keyfiyyət sistemlərin göstəricilərinin stabilliyinə nəzarətinin təşkili və keçirilməsi;
məhsul üçün təshihedici tədbirlərin təşkili və onlarda iştirak etmə; sertifikasiya tələblərinin pozulması haqqında informasiya operativ tədbirlərin qəbul olunması;
Sertifikatlaşdırılmış məhsulun Reyestrinin aparılması və sertifikasiyanın nəticələri haqqında informasiyanın çapa hazırlanması;
heyətin ixtisasının artırılması və attestasiyasının təşkili;
standartların tələbləri dəyişdikdə məhsulun sertifikasiyasının vaxtında aparılması üçün istehsalçı ilə qarşılıqlı əlaqənin yaradılması.
Sertifikasiya üzrə orqan, yerinə yetirdiyi işlərin xarakterindən asılı olaraq, sənədləşdirilmiş keyfiyyət sisteminə malik olmalıdır. Bu sistemin fəaliyyəti aşağıdakı sənədlərlə nizamlanır:
sertifikasiya üzrə orqanın əsasnaməsi;
keyfiyyət üzrə rəhbərlik;
işçilərin və vəzifələrin təlimatları;
məhsulun sertifikasiyasının aparılması, keyfiyyət sistemləri və istehsalatların attestasiya sxemləri;
sertifikasiyanın nəticələrinin tərtib olunma qaydası;
sertifikasiya üzrə sənədlərin uçotu və mühafizə olunma qaydası;
sertifikasiya üzrə orqanın öz fəaliyyətinə nəzarət qaydası;
heyətin təhsili və attestasiya proqramı.
Keyfiyyət üzrə rəhbərlik, sənədi özündə aşağıdakıları birləşdirməlidir:
keyfiyyət sahəsində siyasət haqqında məlumatı;
sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsvirini;
inzibati strukturun təsvirini;
sertifikasiya üzrə orqanın nizamnaməsini;
səlahiyyəti və üsulun qaydaları haqqında ətraflı məlumatları daxil etməklə onun fəaliyyətinin təşkili barədə məlumatları;
səlahiyyətlərin və məsuliyyətin struktur bölmələri və vəzifəli şəxslər arasında bölüşdürülməsini;
məhsulun ilkin və sonrakı sınaqlarının nəticələrinin qiymətləndirilməsi üsulu barədə məlumatları;
sertifikasiya üzrə orqanın keyfiyyət sisteminin sənədlərinin siyahısını;
vasitəli podratçıların siyahısı və qiymətləndirmə üsulları və həmçinin onların səlahiyyətlərinin yoxlanması barədə ətraflı məlumatları;
apellyasiyaların verilməsi, baxılması qaydası və onlar üzrə qərarların qəbul olunmasını;
Keyfiyyət üzrə rəhbərliyin komplektləşdirilməsi üçün ona başqa zəruri məlumatların daxil edilməsində sınaq laboratoriyalarının sənədləri, vəzifə təlimatları, təhsil proqramları və ya onların geniş siyahısı və izahlı təsvirindən istifadə oluna bilər.
Sertifikasiya üzrə orqan qeydiyyat və protokollaşdırma sistemini işçi vəziyyətində saxlamalıdır.
Protokollar və qeydiyyat yazıları sertifikasiyanın hər üsulunun, sınaqlar və nəzarəti barədə hesabatları da daxil etməklə, hansı tərzdə yerinə yetirilməsini göstərməlidir. Bütün protokollar və qeydiyyat yazıları, sifarişçinin marağına münasibətdə, mövcud qanunvericiliyə zidd olmayan hallarda, gizlilik və məxfilik gözlənilməklə, müəyyən olunmuş müddət ərzində etibarlı şəkildə saxlanmalıdır.
Sertifikasiya üzrə orqan sertifikasiya sistemində istifadə olunan nəzarət sisteminə malik olmalı və aşağıda göstərilənləri təmin etməlidir:
işçi yerində fəaliyyətdə olan sənədlərin olmasını;
müvafiq icazə əsasında sənədlərə dəyişikliklərin və düzəlişlərin daxil edilməsini;
sertifikasiya üzrə orqanın özündə, həm də onun rəhbərliyi altında işləyən təşkilatlarda köhnəlmiş sənədlərin kənar edilməsini;
sənədlərdə dəyişikliklərin, düzəlişlərin daxil edilməsi barədə istehsalçıların və sistemin digər istifadəçilərinin qabaqcadan xəbərdar edilməsini.
Sertifikasiya üzrə orqanın akkreditasiyası həmcins məhsulun və keyfiyyət sistemlərinin sertifikasiyasının, həmçinin istehsalatın attestasiyasının standartların və digər normativ sənədlərin tələblərinə uyğun olaraq aparılmasına onun səlahiyyətlərinin rəsmi şəkildə tanınmasıdır. Akkreditasiya, müəyyən olunmuş tanınma sahəsində orqana funksiya və hüquqların verilməsi deməkdir.
Sertifikasiya üzrə orqanın akkreditasiyasını Azərdöəvlətstandart həyata keçirir. Akkreditasiya zamanı sertifikasiya orqanının mövcud tələblərinə uyğunluğu müəyyənləşdirilir.
Sertifikasiya üzrə orqanın akkreditasiyası aşağıdakı əsas mərhələləri nəzərdə tutur:
sənədlərin ekspertizası;
attestasiya;
ekspertizanın və attestasiyanın nəticələrinə baxılması və onlar üzrə qərarın qəbul edilməsi
akkreditasiya attestatının qeydiyyatı və verilməsi.
Akkreditasiya zamanı sertifikasiya üzrə orqanın akkreditasiya müddəti ərzində fəaliyyətinə nəzarət qaydaları müəyyən edilir.
Sertifikasiya üzrə orqan kimi akkreditasiya olunmaq iddiasında olan təşkilat, aşağıdakı sənədləri təqdim etməklə, sifariş göndərməlidir:
sertifikasiya üzrə orqan haqqında əsasnamənin layihəsini;
sertifikasiya qaydalarının layihəsini;
keyfiyyət üzrə rəhbərlik;
ekspert – auditorlar haqqında məlumatlar.
Sənədlər daxil olan gündən bir ay müddətində təşkilatın akkreditasiya hazırlığının qiymətləndirilməsi keçirilir. Sənədlərin ekspertizası Milli sertifikasiya üzrə orqan tərəfindən ekspert-auditorların cəlb olunması ilə aparılır. Lazım gələrsə, sənədlərin ekspertizası prosesində ekspertlər təşkilatın akkreditasiyaya hazırlığını yerində yoxlaya bilər. Ekspertizanın nəticələrinə görə sertifikasiya üzrə orqanın bu sənədlə müəyyənləşdirilmiş tələblərə uyğun olmasının qiymətləndirilməsi üzrə ekspert rəyi sifarişçiyə göndərilir. Təqdim olunmuş sənədlərin göstərilən tələblərə uyğunluğu müəyyən olunarsa, sənədlər iradlarla birlikdə sifarişçi təşkilata qaytarılır.
Sertifikasiya üzrə orqanın attestasiyası istehsalçıların, istehlakçı cəmiyyətlərinin, müstəqil sınaq mərkəzlərinin və Azərdövlətstandartın ərazi orqanlarının nümayəndələrindən təşkil olunmuş komissiya tərəfindən sistemin ekspert-auditorlarını da cəlb etməklə həyata keçirilir.
Attestasiya zamanı sertifikasiya üzrə orqanın faktiki vəziyyətinin təqdim olunmuş sənədlərə uyğun olması və onun elan olunmuş funksiyaları yerinə yetirmək qabiliyyəti yoxlanılır. Attestasiyanın nəticələri üzrə akt tərtib olunur və sifarişçiyə məlumat verilir.
Ekspertizanın və attestasiyanın nəticələri əsasında aşağıdakı işlər yerinə yetirilir:
Əsasnamənin və qaydaların təsdiqi;
sertifikasiya üzrə orqanla Azərdövlətstandart arasında lisenziya müqaviləsinin imzalanması;
akkreditasiya attestatının tərtib olunması və sifarişçiyə verilməsi;
Sertifikasiya üzrə orqan Milli sertifikasiya sisteminin Dövlət Reyestrində qeydiyyatdan keçir. Akkreditasiya attestatının fəaliyyət müddəti üç ildən artıq olmamalıdır. Akkreditasiya attestatının və lisenziya müqaviləsinin fəaliyət dövründə Azərdövlətstandart sertifikasiya üzrə orqanın fəaliyyətinə nəzarətini həyata keçirir. Planlı nəzarəti attestatın fəaliyyət müddəti ərzində, yalnız ildə bir dəfədən artıq olmamaq şərtilə həyata keçirilir. Planlı nəzarət üzrə işlərin xərci lisenziya müqaviləsində müəyyən olunmuş şərtlərlə sifarişçi tərəfindən öyrənilir.
Plandan kənar yoxlamalar, sertifikasiya üzrə orqan müəyyən olunmuş sertifikasiya üsullarına riayət etmədikdə məhsula və keyfiyyət sistemlərinə sertifikatı olan müəssisələrin istehsal etdiyi məhsulun keyfiyyətinə iradlar olduqda aparılır.
Akkreditasiya və lisenziya müqaviləsinin şərtləri pozulduqda Azərdövlətstandart akkreditasiya attestatının dayandırılması, yaxud ləğv olunması və lisenziya müqaviləsinin ləğvi haqqında qərar qəbul edir. Qərarın qəbulundan sonra, 10 gündən gec olmamaq şərtilə, bu barədə sifarişçiyə məlumat verilir. Bu halda sifarişçi Azərdvlətstandartın apellasiya komissiyasına bununla əlaqədar şikayət ərizəsi ilə müraciət edə bilər. Akkreditasiya attestatının və lisenziya müqaviləsinin fəaliyyət müddətinin uzadılması nəzarətin nəticələrindən asılıdır. Nəzarətin nəticələrinə görə akkreditasiyanın aparılması və ya akkreditasiya proseduru aparılmadan akkreditasiya attestatının fəaliyyət müddəti uzadıla bilər.
Dostları ilə paylaş: |