Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar


Mühazirə 3. Mövzu: AZS milli sertifikasiya sistemi



Yüklə 486,64 Kb.
səhifə3/33
tarix04.06.2022
ölçüsü486,64 Kb.
#116620
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   33
sertifikatlac

Mühazirə 3.
Mövzu: AZS milli sertifikasiya sistemi.


PLAN



  1. Sertifikasiya üzrə səlahiyyət verilmiş orqanlar, sertifikat və uyğunluq nişanı.

  2. Məhsulun (proseslərin, xidmətlərin) təhlükəsizlik tələblərin uyğunluq üzrə məcburi sertifikatlaşdırılması.

  3. Məcburi sertifikasiya zamanı istehlakçıların (tədarükçülərin, ticarət təşkilatlarının) vəzifələri. İdxal olunan məhsulun sertifikasiyası. Məcburi sertifikasiya üzrə işlərin müəyyənləşdirilməsi.

  4. Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanların sınaq laboratoriyalarının (mərkəzlərin, istehlakçıların) icraçıların, ticarət təşkilatlarının məcburi sertifikasiya qaydalarının pozulmasına görə məsuliyyəti.



Ədəbiyyat
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007
2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001

Sertifikasiya sisteminə rəhbərliyi həyata keçirən dövlət idarəetmə orqanları sertifikasiya üzrə səlahiyyət verilmiş orqan hesab edilir və öz səlahiyyətləri daxilində aşağıdakıları həyata keçirir:



  • təhkim olunmuş məhsul (proseslər və xidmətlər) növləri üzrə Azərbaycan Respublikası ərazisində sertifikasiyanın ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

  • beynəlxalq və regional sertifikasiya sistemlərinin qoşulma haqqında qərarların qəbul edilməsi və həmçinin sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanması;

  • xarici orqanlarla qarşılıqlı əlaqələrdə və beynəlxalq təşkilatlarda sertifikasiya məsələləri üzrə Azərbaycan Respublikasının təmsil edilməsi;

Məhsul (proseslər və xidmətlər) sertifikasiya üzrə orqan tərəfindən müsbət rəy olduqda sifarişçiyə həmin məhsulun (proseslərin və xidmətlərin) üç ildən çox olmamaq şərti daxilində uyğunluq nişanı ilə nişanlamaq hüququ verən sertifikat (sertifikat lisenziyası) verilir.
Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq sertifikatı sistemin Dövlət Reyestrində qeydiyyatdan keçirilir.
Milli sertifikasiya sistemində istifadə olunan uyğunluq nişanı Qanunla müdafiə olunur. Uyğunluq nişanından qanunsuz istifadəyə yol verilmir.
Vətəndaşların sağlamlığı, həyatı, əmlakı və ekoloji təmizlik üçün təhlükəsizlik göstəriciləri üzrə məhsul (proseslər, xidmətlər) məcburi sertifikasiya keçməlidir. Məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərində əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyinə dair tələblər olmadıqda lakin məhsulun (proseslərin, xidmətlərin) istifadəsi, daşınması və saxlanması zamanı təhlükə ehtimalı olduğu halda təhlükəsizlik tələblərini daxil etmək məqsədilə normativ sənədə yenidən baxılmalıdır. Məcburi sertifikasiyada bütün hallarda məhsulun (proseslərin, xidmətlərin) göstəricilərini təyin etmək üçün sınaqlar keçirmək və sonrakı istehsal prosesində onların təmin olunmasına nəzarət aparmaq lazımdır.
Məcburi sertifikasiya sınaqları müvafiq sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyalarına (mərkəzlərində) müvafiq normativ sənədlərdə müəyyən olunmuş metodlarla, onlar olmadıqda isə sertifikasiya üzrə orqanların müəyyən etdiyi metodlarla aparılmalıdır.
Məcburi sertifikasiyaya aid məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur (bax. əlavə) və ona ildə bir dəfədən az olmamaq şərtilə yenidən baxılır.
Sertifikasiya üzrə Milli və səlahiyyət verilmiş orqanlar öz səlahiyyətləri çərçivəsində normativ sənədlərin təhlükəsizlik göstəriciləri üzrə tədbirlərin yerinə yetirilməsini bilavasitə təmin edən xarakteristika və xüsusiyyətlər baxımından xammalın, materialların, kompleksləşdirici məmulatların məcburi sertifikatlaşdırılmasını tətbiq etmək hüququna malikdirlər.
Məcburi sertifikasiyaya aid edilən məhsullar sertifikasiyaya tətbiq olunmadıqda, normativ sənədlərin tələblərinə və ya sertifikasiyanın digər tələblərinə uyğun olmadığına görə sertifikasiyadan keçmədikdə, sertifikasiya tələblərinə cavab vermədikdə, həmçinin sertifikatın qüvvədə olma müddəti qurtardıqda və ya dayandırıldıqda pərakəndə satış müəssisələri və ya istehlakçılar tərəfindən birbaşa istifadə olunmaq üçün Azərbaycan Respublikası ərazisində realizə oluna bilməz.
Qanunsuz olaraq uyğunluq nişanı ilə nişanlanmış, yaxud sertifikasiya tələblərinə cavab verməkdə uyğunluq nişanı ilə nişanlanmış məhsulların realizə edilməsi qadağandır.
Mal sahibi məhsulun sertifikasiyadan keçməsini təsdiq edən sənədlər olmadıqda və qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda (malı ixrac edən ölkənin qanunvericiliyi buna yol verərsə) Azərbaycan Respublikasının hüdudlarından kənarda məhsulu digər məqsədlə istifadə etmək üçün realizə etmək hüququna malikdir. Bu halda vətəndaşların həyatına, əmlakına, ətraf mühitə ziyan vurulmasına yol verilməməlidir.
Sertifikasiya orqanları uyğunluq sertifikatı, istehsalat attestatı və məhsulu (prosesləri, xidmətləri), uyğunluq nişanı ilə nişanlamaq hüququ verən lisenziya vermək, təhkim olunmuş məhsul (proseslər, xidmətlər) növlərinin sertifikasiya qayda və üsullarına riayət olunmasına keyfiyyət sisteminin inspeksiya fəaliyyətinə nəzarətini həyata keçirmək, verilmiş uyğunluq sertifikatının, attestatın və lisenziyanın qüvvədə olmasını ləğv etmək, yaxud dayandırmaq hüququna malikdir. Sertifikasiya orqanları aşağıdakı hallarda məsuliyyət daşıyır:

  • sertifikasiyanın və attestasiyanın nəticələrinin obyektivliyinə görə;

  • sertifikasiyanın gedişi zamanı olunan informasiyanın məxfiliyinin açıqlanmasına görə;

  • şəhadətnamə almaq istəyənlərə qarşı hüquq bərabərliyini pozan hərəkətlərə görə.

AZS Milli Sertifikasiya sistemində akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) verilmiş sistemdə sertifikasiya aparmaq məqsədi üçün yalnız akkreditasiya sahəsinə uyğun sınaqlar aparmaq hüququna malikdir.
Akkreditasiya olunmuş sınaq laboratoriyası (mərkəzi) aşağıdakıları təmin etməlidir:

  • sınaqların səriştəli aparılmasını və onların nəticələrinin səhihliyini;

  • laboratoriyanın akkreditasiya tələblərinə uyğunluğunun yoxlanmasının mümkün olmasını;

  • sınaqların nəticələri haqqında informasiyanın məxfiliyini;

Azərbaycan Respublikası ərazisində məhsulun (proseslərin, xidmətlərin) pərakəndə satış müəssisələrinə və istehlakçılara realizə edilməsini həyata keçirən müəssisələr (sahibkarlar) aşağıdakıları yerinə yetirməlidirlər:

  • məhsulun məcburi sertifikasiyasını həyata keçirən orqanların öz səlahiyyətlərini maneəsiz yerinə yetirməsinin təmin edilməsini;

  • sertifikasiyalaşdırılmış məhsul (proseslər, xidmətlər) uyğunluğuna sertifikatlaşdırıldığı normativ sənədin tələblərinə uyğun olmadığı və eyni zamanda sertifikatın qüvvədə olma müddətinin qurtardığı, həmçinin sertifikatın qüvvədə olmasının dayandırıldığı, yaxud sertifikasiya orqanının qərarı ilə ləğv olunduğu hallarda onun realizə edilməsinin müvəqqəti saxlanmasını, yaxud tam dayandırılmasını;

  • sertifikatlaşdırılmış məhsulun texniki sənədlərinə, yaxud istehsalın texnoloji prosesinə daxil edilmiş dəyişikliklər haqqında sertifikasiya orqanının xəbərdar edilməsini.

Təyinatı üzrə birbaşa istifadə edilən və sertifikatlaşdırılan məhsulların Azərbaycan Respublikasına idxalına dair bağlanmış müqavilələrin şərtlərinə məhsulun müəyyən olunmuş tələblərə uyğunluğunu göstərən və sertifikasiya üzrə milli orqan tərəfindən tanınan sertifikatın olması nəzərdə tutulur.
Alınmış Milli uyğunluq sertifikatları, yaxud tanınmış xarici sertifikatlar və uyğunluq nişanları yük, gömrük deklarasiyası ilə birlikdə gömrükxana nəzarəti orqanına təqdim olunur və Azərbaycan Respublikası ərazisinə məhsulun gətirilməsinə icazə almaq üçün lazımi sənəd hesab olunur.
Məcburi sertifikasiya üzrə işlərin xərcinin ödənilməsi sifarişçi tərəfindən sərbəst tariflər və milli sertifikasiya sisteminin müəyyən etdiyi qaydalarla yerinə yetirilir.

Sertifikasiya üzrə akkreditasiya olunmuş orqanlar və sınaq laboratoriyaları (mərkəzləri) məcburi sertifikasiya qaydalarının pozulmasına görə aşağıdakı hallarda məsuliyyət daşıyırlar:



  • əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə;

  • məhsulun sınağının yanlış nəticələrini təqdim etdiyinə görə;

  • təkrarən əsassız olaraq uyğunluq sertifikatı verdiyinə görə;

  • təkrarən məhsulun sınağının yanlış nəticələrini təqdim etdiyinə görə;

İstehsalçılar (icraçılar), ticarət təşkilatları aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

  • məcburi sertifikatlaşdırılmalı məhsulu (proseslər, xidmətləri) sertifikatsız realizə etdiyinə görə;

  • məhsulu (prosesləri, xidmətləri), uyğunluğuna sertifikatlaşdırılması aparılan normativ sənədlərin tələblərinə uyğun olmadığı halda, realizə etdiyinə görə;

  • realizəsi dayandırılmış və ya qadağan olunmuş məhsulu realizə etdiyinə görə;

  • sertifikasiyadan keçməyən, yaxud uyğunluğuna sertifikatlaşdırıldığı normativ sənədin tələblərinə uyğun olmayan məhsulu (prosesləri, xidmətləri) həmçinin sertifikatın qüvvədə olma müddəti qurtardıqda ya da ləğv olunduqda uyğunluq nişanı ilə nişanlandığına görə.

İstehsalçılar (icraçılar) və ticarət təşkilatları məsuliyyət daşıdığı hallarda həmçinin sertifikatlaşdırılmış məhsula inspeksiya nəzarəti keçirən şəxslərə maneçilik törədildikdə və ümumiyyətlə sertifikasiya üzrə qaydalar pozulduqda vəzifəli şəxslər də məsuliyyət daşıyırlar. Sertifikasiya sınaqları qeyri-obyektiv aparılaraq onların protokollarında düzgün olmayan qeydlər yazıldıqda, sertifikasiyanın aparılma qaydaları və müddətləri pozulduqda, məhsulun normativ sənədlərinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərin tərtib olunmasında xətalara yol verildikdə sertifikasiyadan keçməyən məhsula uyğunluq sertifikatının verilməsində sertifikasiya üzrə orqanlar və akkreditasiya olunmuş sınaq laboratoriyaları günahkar olduqları halda da vəzifəli şəxslər məsuliyyət daşıyırlar.



Yüklə 486,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin