idarələrində yerləşdirilən əmanətlərindən ibarətdir. Pulun yığım funksiyası özünü
həmçinin dövlət ehtiyat və sığorta fondlarının, dövlətin mərkəzləşdirilmiş valyuta-qızıl
ehtiyatlarının və s. özünü göstərir. Onu da qeyd etmək lazımdır ki, səhmlərə, istiqrazlara
və digər qiymətli kağızlara qoyulan pullar yığım deyil, sadəcə olaraq, divident və faiz
formasında gəlir əldə etmək üçün edilən pul sərfidir.
Yığım vasitəsi funksiyasını yerinə yetirən, pul-kredit münasibətlərinin inkişaf
etdirilməsinin mühüm ilkin şərtidir. Meydana gələn və müntəzəm olaraq bərpa edilən
kredit münasibətləri təsərrüfat subyektlərinin resurslarından məqsədli istiqamətdə
istifadəyə, istehsalın və əhalinin pul vəsaitlərinə olan ehtiyaclarının daha tam təmin
edilməsinə imkan yaradır.
Bu funksiyada puldan təsərrüfat subyektlərində kommersiya hesabının
möhkəmlədirilməsi, təkrar istehsalın dinamik inkişafının təmin edilməsi, milli
valyutamızın (manatın) alıcılıq qabiliyyətinin artırılması üçün istifadə edilir.
Pulun dünya pulu funksiyası. Pulun bu funksiyası ölkələr arasında və yaxud
müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür
edir. Bu cür münasibətlərdə puldan satın alınan malların ödənilməsi, kredit və bir sıra
digər əməliyyatların aparılması üçün istifadə edilir. Bu funksiyaya kapitalizmdən
əvvəlki formasiyalarda meydana gəlmiş və dünya bazarının yaranması ilə həmin
funksiya tam inkişaf etmişdir. Dünya bazarında pul öz milli libasını atır, özünün ilkin
formasında, başqa sözlə, qızıl və gümüş külçələri şəklində meydana çıxır. 1867-ci il
Paris müqaviləsilə qızıl dünya pulunun vahid forması kimi qəbul edilir. Beynəlxalq
iqtisadi dövriyyədə qızıl ümumi alqı vasitəsi, ümumi tədiyə vasitəsi və ictimai sərvətin
maddiləşdirilməsi kimi çıxış edir, dünya pulu funksiyasını yerinə yetirir. Beynəlxalq
alqı vasitəsi kimi puldan xarici ölkələrdən malların birbaşa satın alınmasında və onların
ödənilməsində istifadə edilir.
XX əsrdə dünya əlaqələrinin intensif inkişafı beynəlxalq dövriyyədə kredit
alətlərinin (veksel, çek və s.) tətbiqi miqyasını genişləndirdi. Lakin onlar qızıl kimi son
ödəniş vasitəsi rolunu oynamışlar. Qızılın beynəlxalq dövriyyədən çıxarılması valyuta
Dostları ilə paylaş: