Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə10/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
10


kurslarının kortəbii tənzimlənməsi mexanizminin fəaliyyətini dayandırdı. Bu, valyuta 
kurslarının (məzənnələrinin) əsaslı tərəddüdünə gətirib çıxartdı. Qızılın yerini aparıcı 
valyutalar (Ingiltərənin funt sterlinqi və ABŞ-ın dolları) tutdular. Bu məqsədlə 
beynəlxalq sövdələşmələrdən, valyuta bloklarından və valyuta klirinqlərindən istifadə 
edilirdi.
Birinci beynəlxalq valyuta razılaşması 1922-ci ildə Esenuya konfransında 
bağlanıldı. Bu razılaşmaya müvafiq olaraq ABŞ dolları və ingilis funt sterlinqi qızılın 
ekvivalentləri elan olundu və dünya pulu kimi beynəlxalq dövriyyəyə daxil edildi. 
Ikinci beynəlxalq razılaşma 1944-cü ildə Bretton-vuds konfransında rəsmiləşdirildi. Bu 
razılaşma kapitalizmin müharibədən sonrakı valyuta sisteminin əsasını qoydu. Buna 
müvafiq olaraq dünya pulu funksiyası hesablaşmaların son vasitəsi olan qızılın 
arxasında saxlanılır, lakin onun tətbiqi sferası məhdudlaşdırıldı.
Beynəlxalq dövriyyədə aparıcı milli valyutaların hakim mövqeləri, həmçinin 
valyuta bloklarının yaradılmasında təzahür etdi. Belə ki, qızıl standartları ləğv 
edildikdən sonra 1931-ci ildə Ingiltərə sterlinq bloku yaradıldı. Bu valyuta blokunun 
başlıca məqsədi ona daxil olan ölkələr tərəfindən hegemon ölkənin valyutasına nisbətdə 
valyuta kurslarının sabitliyini saxlamaqdan ibarət idi. Bütün hesablamaların hakim 
ölkənin valyutasında aparılması təklif olunurdu. ABŞ-da qızıl standartı ləğv edildikdən 
sonra 1933-cü ildə dollar bloku fəaliyyət göstərirdi. 1933-cü ildə Fransa başda olmaqla 
Qızıl bloku yaradıldı. 
Ikinci Dünya Müharibəsindən sonra valyuta blokları bazasında valyuta zonaları – 
sterlinq, dollar, Fransa frankı və digər valyuta zonaları meydana gəldi.
1929-1933-cü illərdə dünya iqtisadi böhranı dövründə valyuta klirinqləri 
yaradıldı. Valyuta klirinqləri tələblərin qarşılıqlı zaçotu əsasınmda ölkələr arasında 
aparılan hesablaşmalar sistemindən ibarət idi. Bu hesablaşmalar sistemi klirinq 
hesablarını, valyutanı, ödənişlərin tarazlaşdırılması qaydasını nəzərdə tuturdu. Valyuta 
klirinqləri 60-cı illərin axırlarına valyuta məhdudiyyətlərinin ləğv edilməsi və 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin