II mərhələ – dövlətin tərəfindən şüurlu korlanması, sikkənin metal məzmununun
aşağı salınması;
III mərhələ – dövlətin tərəfindən kağız pulların məcburi kurslarının təyin
edilməsi.
Kağız pulların istehsalı dövlət tərəfindən həyata keçirilir. Onun istehsalının
müəyyən həddi vardır. Bu pulların mahiyyəti ondan ibarətdir ki, onlar dövlət tərəfindən
özünün büdcə kəsirinin bağlanması üçün buraxılan pul nişanlarıdır. Kağız pulların
emitenti dövlət orqanı olan xəzinədarlıqdır. Qeyri-sabitlik kağız pulların təbiətinə xas
olan bir əlamətdir. Bu pullar dəfinə funksiyasını yerinə yetirməyə qadir deyillər. Elə
buna görə də bu pullar daim pul dövriyyəsinin kollarında ilişib qalır və onu doldurur və
artaraq qiymətdən düşür ki, son nəticədə inflyasiyanın yaranmasına səbəb olur. Hazırda
bu proseslərin qarşısının alınması hər bir dövlət tərəfindən mərkəzi banklara həvalə
edilmişdir. Mərkəzi Bank pul emissiyasının həddini müəyyən edir və onun tədavülə
buraxılmasını öz üzərinə götürür. Beləliklə, Mərkəzi Bank pul emissiyasını həyata
keçirir, özünün pul-kredit siyasəti vasitəsilə dövriyyədə olan pul kütləsinin sabitliyinin
qorunmasına cavabdeh olur, pulun alıcılıq qabiliyyətinin, onun xarici valyutaya nəzərən
dönərliliyinin, ölkədə inflyasiyanın minimum həddinin qorunub saxlanılmasının
təminatçısı rolunu yerinə yetirir.
Əmtəə mübadiləsinin genişlənməsi ilə əlaqədar kommersiya və bank kreditliyinə
gündən-günə artan tələbat Kredit pulların meydana gəlməsinə şərait yaratmış oldu.
Kredit pullar öz inkişafında sonrakı mərhələlərdən keçmiş oldu: veksel, banknot, çek,
elektron pullar və onların son növlərindən olan kredit kartları.
Veksel – qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş, üzərində göstərilən
müddətdə və yerdə ödəniləcək məbləğ göstərilən borc öhdəliyidir. Veksellərin əsas
xüsusiyyətləri:
– mücərrədlik;
– yəqinlik;
Dostları ilə paylaş: