Mənfəət bölüşdürüləndə mənfəət vergisi ödənilir.
Mənfəətin qalan hissəsi
müəssisənin sərəncamında olur, istehlak və yığım fondları yaradılır.
TIKINTININ MALIYYƏSI
Tikintinin maliyyəsinin xüsusiyyətləri
Tikintinin xüsusiyyətlərinə daxildir:
1. Tikinti işlərinin davam etmə müddəti (uzun müddət);
2. Obyektlərin tikintisinin müxtəlif təbii iqlim şəraitində və müxtəlif bölgələrdə
aparılması. Bu da tikintinin fərdi dəyərinə təsir edir və hazır
tikinti işlərinin təhvil
verilməsindən pul gəlirlərinin qeyri-bərabər daxil olmasına səbəb olur.
3. Tikintinin maliyyələşdirilməsi smeta dəyəri daxilində aparılır, hansı ki,
sifarişçi ilə bağlanan müqavilə əsasında müəyyən edilir.
4. Tikinti-quraşdırma işlərinin xarakteri tikintinin ayrı-ayrı dövrlərində tikinti
işlərinin material və əmək tutumunun müxtəlif
dərəcələrini müəyyən edir, bu da
dövriyyə vəsaitlərinə tələbatın qeyri-bərabərliyini müəyyən edir;
5. Tikintidə maliyyənin iki növü iştirak edir:
– sifarişçinin maliyyəsi;
– podratçının maliyyəsi.
Sifarişçinin maliyyəsi – yeni əsas fondların yaradılması, mövcud olanların
təzələnməsi, modernləşdirilməsi və yenidən qurulmasına xərclərin
maliyyələşdirilməsi
üçün zəruri olan və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün zəruri olan
vəsaitlərin məcmuundan ibarətdir.
Bu xərclərin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:
1.
Amortizasiya ayırmaları;
2.
Əsas fəaliyyətin mənfəətinin bir hissəsi;
3.Təsərrüfat üsulu ilə aparılan tikinti-quraşdırma işlərinin dəyərinin aşağı
salınmasından mənfəət və qənaət;
KitabYurdu.az
190
4.Tikintidə daxili resursların səfərbərliyə alınması (tikintidə dövriyyə vəsaitlərinə
tələbatın azaldılması – ixtisar edilməsi);
5. Uzunmüddətli kreditlər;
6. Büdcə vəsaiti;
7. Sair mənbələr (pay haqları);
8. Investorların vəsaitləri.
Tikintinin xüsusiyyətləri podratçının maliyyəsinin bir sıra
xüsusiyyətlərinə təsir
edir. Belə ki, tikinti obyektinin uzun müddət davam etməsi bitməmiş istehsalın
həcminin artmasına təsir edir, hansı ki, xüsusi dövriyyə vəsaitlərinin
tərkibinə daxil
edilir. Bu da öz növbəsində təhvil verilən işlərdən pul gəlirlərinin qeyri-bərabər daxil
olmasına səbəb olur.
Tikinti işləri iki üsulla yerinə yetirilir – podrat və təsərrüfat üsulları.
Podrat üsulunda işləri ixtisaslaşdırılmış təşkilatlar yerinə yetirirlər. Podratçı ayrı-
ayrı işlərin yerinə yetirilməsi üçün subpodrat müqaviləsinə əsasən subpodratçı cəlb edə
bilər. Bu halda podratçı baş podratçı kimi çıxış edir və bütün işə görə cavabdeh olur.
TIKINTI-QURAŞDIRMA IŞLƏRININ
XƏRCLƏRININ TƏRKIBI
Tikintidə kompleks xərclər həyata keçirilir: müstəqim və qeyri-müstəqim (birbaşa
və üstəlik xərclər).
Birbaşa xərclər – konstruksiyaların, hissələrin, materialların satın alınması və
daşınması xərcləri tikintidə çalışan fəhlələrin əsas əmək haqqı, tikinti maşınları və
mexanizmlərinin istismarı üzrə xərclər, sair birbaşa (müstəqim) xərclər.
Üstəlik xərclər – inzibati-idarə xərcləri, iş yerlərinə xidmət və istehsalın təşkili
üzrə xərclər.
Xərclərin həcmi - icmal smeta tərtib edilməklə hər
bir tikinti obyekti üzrə
müəyyən edilir. Smeta tikintinin maliyyələşdirilməsi və hesablaşmaların aparılması
üçün əsasdır. Tikintidə dəyərin dörd növü vardır:
Dostları ilə paylaş: