Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə147/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   143   144   145   146   147   148   149   150   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
191


1. Tikinti işlərinin maya dəyəri – sifarişçinin obyektinin tikintisinin təşkili və 
təhvil verilməsi xərcləridir; 
2. Smeta dəyəri – birbaşa və üstəlik (dolayı) xərclər üstəqəl plan üzrə mənfəət; 
3. Tikinti işlərinin plan maya dəyəri – işlərin maya dəyərinin aşağı salınmasından 
əldə edilən qənaət qədər smeta dəyərindən az olan məbləğ. 
4. Tikinti-quraşdırma işlərinin faktiki maya dəyəri. Mühasibat uçotunun 
məlumatları əsasında müəyyən edilir və yalnız smetada göstərilən xərcləri deyil, həm 
də faktiki xərcləri ifadə edir (nəqliyyatın boş dayanmasına görə cərimə, materialların 
çatışmaması və digər qeyri-məhsuldar xərclər). 
Tikintidə, başqa müəssisələrdə olduğu kimi, xərc elementləri tətbiq edilir:
– materiallar; 
– əsas əmək haqqı; 
– maşın və avadanlıqların istismarı xərcləri; 
– üstəlik xərclər və s.
TIKINTI TƏŞKILATLARININ DÖVRIYYƏ VƏSAITLƏRI 
Tikinti təşkilatlarının dövriyyə vəsaitləri dövriyyə istehsal fondları və tədavül 
fondlarına bölünür. 
Istehsal fondlarına daxildir: ehtiyatlar (tikinti materialları, konstruktor hissələri) 
və gələcək dövrlərin xərcləri. 
Tədavül fondları pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlərdən ibarətdir. 
Tikinti təşkilatlarında dövriyyə vəsaitlərinin tərkibi əsaslı tikintinin texniki-
iqtisadi xüsusiyyətlərinə əsaslanır və onda, yəni dövriyyə vəsaitlərinin tərkibində hazır 
məhsullar və bitməmiş istehsal yoxdur. 
Tikinti təşiklatlarının dövriyyə vəsaitləri üçün xarakterik cəhət dövriyyə 
müddətinin uzunluğudur. Hazır obyekt sifarişçiyə təhvil verilən vaxt dövriyyə başa 
çatmış olur. 
KitabYurdu.az 
192


Başqa təşkilatlarda olduğu kimi, tikintidə də dövriyyə vəsaitləri üç metodla 
normalaşdırılır: 
1. Hesablama-analitik (pacrmno – analumureskoro); 
2. Əmsal; 
3. Birbaşa hesablama metodu (dövriyyə vəsaitlərinin bir günə düşən xərci 
müəyyən edilir, sonra bu rəqəm ehtiyat günlərin sayına, yaxud faizə vurulur). 
Tikinti təşkilatlarında dövriyyə vəsaitlərinin normalaşdırılmasında fəaliyyətin 
xüsusiyyətinə uyğun xüsusiyyətlər vardır. Belə ki, dövriyyə vəsaitlərinin normativi cari 
ildə dövriyyə vəsaitlərinin orta normaları, planlaşdırılan ildə tikinti-quraşdırma işlərinin 
həcminin artımı, dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi tədbirlərinə 
əsasən müəyyən edilir. 
Dövriyyə vəsaitlərinin norması tikinti-quraşdırma işlərinin illik həcminə görə 
faizlə müəyyən edilir.
Tikintidə dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri: 
– xüsusi (istifadə edilməyən mənfəət); 
–cəlb edilən vəsaitlər (kreditor borcları – bank tərəfindən kreditləş-dirilməyən 
əmtəə-material qiymətlilərə görə malsatanlara borclar); 
– borc vəsaiti (məqsədli qısamüddətli kreditlər). 
Podrat təşkilatların pul gəlirlərinə daxildir: 
1. Il ərzində yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma 
işlərinin smeta dəyəri; 
2. Xüsusi kapital qoyuluşunun smeta dəyəri (xüsusi tikinti); 
3. Podrat təşkilatın smeta dəyərindən artıq aldığı məbləğ; 
4. Yardımçı müəssisələrin kənara satışından pul gəlirləri. 
Hazır tikinti üzrə pul gəlirləri bərabərdir tikinti-quraşdırma işlərinin həcmi 
üstəgəl planlaşdırılan ilin əvvəlinə başa çatmamış tikinti çıxaq planlaşdırılan ilin axırına 
başa çatmamış tikintilərin dəyəri. 
Tikintidə tərtib edilən sənədlər: 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin