Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə149/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   145   146   147   148   149   150   151   152   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
195


8. Nəqliyyatda yüklərin və sərnişin daşımalarının tariflərinin dövlət 
tənzimlənməsi mövcuddur. Yanacaq və elektrik enerjisi pərakəndə qiymətlə buraxılır. 
NƏQLIYYAT MÜƏSSISƏLƏRININ XƏRCLƏRI 
Nəqliyyat müəssisələrində xərc maddələri aşağıdakılardır: 
1.
Sosial sığortaya ayırmalarla əmək haqqı; 
2.
Yanacaq; 
3.
Yanacaq-yağlayıcı materiallar; 
4.
Elektrik enerjisi; 
5.
Materiallar; 
6.
Amortizasiya. 
Nəqliyyatın ayrı-ayrı sahələrində xərc maddələrinin fərqli xüsusiyyətləri vardır. 
Məsələn, dəniz və çay nəqliyyatında belə xərclər donanmanın cari təmiri, hava 
nəqliyyatında təyyarə parkının cari təmiri və aeroportların xərci, avtomobil 
nəqliyyatında cari təmir və texniki xidmət, boru nəqliyyatında qazın və neftin itkisi. 
Nəqliyyat müəssisələri daşımaların maya dəyərini hesablayırlar. Bunlar 
aşağıdakılardır: 
1. Nəqliyyatın növləri üzrə daşımaların ümumi həcminə əsas xərc növlərinin 
ümumi məbləği; 
2. Daşımaların maya dəyərinin aşağı salınmasından qənaət (plan maya dəyərini 
faktiki ilə müqayisə əsasında müəyyən edilir); 
3. Ton-kilometrin maya dəyəri, yaxud malın maya dəyəri. 
KitabYurdu.az 
196


NƏQLIYYAT MÜƏSSISƏLƏRININ PUL GƏLIRLƏRI VƏ MƏNFƏƏTI 
Nəqliyyat müəssisələri pul gəlirlərini nəqliyyat xidmətinin göstərilməsindən əldə 
edirlər. Onun əsas hissəsi yüklərin və sərnişinlərin daşınmasından əldə edilir. Nəqliyyat 
müəssisələrinin pul gəlirlərinə aşağıdakı amillər təsir edir: 
1.
Göstərilən xidmətlərin həcmi; 
2.
Daşımaların tarifləri; 
3.
Daşımalara görə müqavilə qiymətləri. 
Pul gəlirlərinin həcmi müqavilə qiymətləri (tarif) və göstərilən xidmətin həcminə 
əsasən müəyyən edilir.
Nəqliyyat tarifləri: nəqliyyatın növləri, daşınan yüklərin sinfi (klass) daşımaların 
məsafəsinə görə müəyyən edilir. 
Nəqliyyat vasitələrindən istifadəyə görə müqavilə qiymətləri nəqliyyatın konkret 
növünə tələbatdan asılıdır. 
Nəqliyyat müəssisələrində pul gəlirləri biznes planın, nəqliyyat xidmətinin 
göstərilməsindən pul vəsaitlərinin daxil olmasının hesablanması cədvəlində 
planlaşdırılır. 
Nəqliyyat müəssisələrində mənfəət nəqliyyat xidmətlərindən əldə edilən pul 
gəlirləri ilə istismar xərcləri arasındakı fərq kimi müəyyən edilir.
Mənfəət ümumi qayda üzrə bölüşdürülür. Xalis mənfəət nəqliyyat müəssisəsi 
tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 
– istehsal bazasının inkişafı; 
sosial inkişaf
– maddi stimullaşdırma. 
NƏQLIYYAT MÜƏSSISƏSININ MALIYYƏ PLANI 
Nəqliyyat müəssisəsinin maliyyə planı gəlirlər və xərclər balansı formasında 
tərtib edilir. Planın gəlirlər hissəsində əsasən aşağıdakılar göstərilir: 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin