maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar. Lizinq şirkətinə müraciət
edərək cuzi məbləğdə ilkin ödənişlə avadanlıq alınır, istismara verilir və bir neçə il
ərzində dəyəri ödənilərək müqavilə müddətinin sonunda avadanlıq sahibkarın
mülkiyyətinə keçirilir. Lizinqin faydası məhz hər hansı avadanlığın «sahibliyinə» deyil,
«istifadəsinə» əsaslanmasından ibarətdir.
Lizinq
ümumiyyətlə, iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır, bank
maliyyələşdirilməsinə alternativ kimi çıxış edən lizinq digər maliyyələşdirmə
formalarından istifadə edilməsinə imkan yaradır. Burada lizinq əməliyyatlarının
üstünlüklərini qeyd etmək yerinə düşər:
1. Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur;
2. Investisiya qoyuluşlarını 100% maliyyələşdirir;
3. Lizinq avadanlığı lizinq şirkətinin
mülkiyyətində olduğundan, bank
kreditlərindən fərqli olaraq adətən əlavə girov tələb olunmur;
4. Lizinqli əmlakın sürətli amortizasiyası üçün ikiqat əmsalın tətbiqi, bu da öz
növbəsində investisiya qoyuluşu mərhələsində vergiləri azaldır;
5. Lizinqlə bütün ödənişlər nağdı (pulun) vəsaitlərin axınına uyğunlaşdırılır və
maliyyə ehtiyacı hiss etmədən uzun müddətə geri ödəmə imkanı yaranır;
6. Lizinqlə investisiya öz-özünü maliyyələşdirir.
Burada lizinq ödənişləri
investisiya qoyuluşundan əldə olunan gəlirlə həyata keçirilir;
7. Lizinq əsas vəsaitlərin təzələnməsi vasitəsidir. Lizinq mütəmadi olaraq
avadanlığın təzələnməsinə və bununla da müasir texnologiyadan
istifadə edilməsinə
imkan yaradır.
Lizinq müəssisələrinin pul gəlirləri texnikanın və avadanlıqların icarəyə
verilməsindən əldə edilən icarə haqqı, hansı ki, onun məbləği tərəflər arasında bağlanan
müqavilədə müəyyən edilir. Satışdan və fəaliyyətin digər
sahələrindən daxil olan pul
vəsaitlərindən ibarətdir. Bundan başqa texnika və avadanlıqların alınmasına büdcədən
vəsait də verilir. Fəaliyyətin ayrı-ayrı sahələrindən əldə
edilən pul gəlirlərindən
Dostları ilə paylaş: