Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə16/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
16


Növbəti kredit vasitəsi çeklərdir. Çeklərin ortaya çıxması veksel və 
banknotlardan sonrakı dövrə, daha dəqiq desək kommersiya banklarının yaranması və 
pul vasitələrinin cari hesablarda cəmləşməsi dövrünə təsadüf edir. 
Çek - hesab sahibini kredit təşkilatına, çek saxlayana üzərində göstərilən 
məbləği ödəməsi barədə verdiyi əmri özündə tərənnüm edən, müəyyən olunmuş 
formada pul sənədidir. Başqa sözlə desək çek faktiki olaraq ötürücü vekselin, hesab 
sahibinin kommersiya bankına yazdığı bir növü kimi ortaya çıxır.
Çeklərin aşağıdakı növləri vardır:
– Adlı çeklər – bu çekin üzərində ad yazılır və bu çek digər şəxslərə verilə 
bilməz. Adsız çeklərin isə əksinə üzərində ad göstərilmir.
– Orderli çeklər – müəyyən bir şəxsin xeyrinə və yaxud onun əmrinə əsasən 
yazılır və çek sahibi çeki veksel indossomentinə oxşar yolla başqa birinə verə bilər.
Hesablaşma çeklər - nağdsız hesablaşma sferasında fəaliyyət göstərən çeklərdir. 
Aksept olunmuş çeklər – üzrə bank müştəriləri cari hesablarında olan depozit 
hüdudunda olan çekləri akseptləştirə bilər. Yəni bu çeklərin üzərində göstərilən məbləğ 
bank tərəfində onun depozitində bu məbləğ olmasa belə, müştəriyə ödənilən çeklərdir.
Bank təşkilatı sisteminin inkişaf etdi şəraitdə çeklər daxili dövriyyədə və 
beynəlxalq hesablaşmalarda universal ödəmə vasitəsi kimi geniş tətbiq edilir.
Daxili dövriyyədə çeklər: 
– Banklardan nağd pulların alınması məqsədilə (adlı çeklər); 
– Mal və xidmətlərə görə hesablaşmalar üçün (orderli və adsız çeklər); 
– Nağdsız hesablaşmaları ifadə edən alət kimi (hesablaşma və aksept olunmuş 
çeklər). 
Elektron pullar real pulların modelləşmiş formasıdır. Emissiya təşkilatmları 
emitent onların müxtəlif sistemlərdə müxtəlif cür adlandırılan, elektron analoqlarını 
buraxırlar. Sonra bu pullar istifadəçilər tərəfindən alınır və onlar bu pulların köməyilə 
alış-veriş etmiş olurlar. Bu zaman satıcı emitentlə hesablaşmalar apararaq öz borcunu 
geri alır. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin