pullar tədavüldən tamamilə çıxdı, nağd və nağdsız formada çıxış edən kredit pulları
hakim mövqe tutdular.
Pul tədavülünün müəyyən tarixə, müəyyən müddət üçün miqdar dəyişikliklərini,
habelə pul kütləsinin artım tempi və həcminin tənzimlənməsi üzrə tədbirlərin işlənib
hazırlanması üçün müxtəlif göstəricilərdən (pul aqreqatlarından) istifadə edilir. Pul
aqreqatı pul kütləsinin həcminin və quruluşunun göstəricisidir. Aqreqatlaşdırma anlayışı
altında bir–birindən likvidlik (yəni nağd pulla daha tez çevrilə bilmə qabiliyyəti
imkanlığı) dərəcəsi ilə fərqlənən ayrı – ayrı pulun növləri və vasitələrinin birləşməsi
başa düşülür.
Inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə maliyyə statistikasında pul kütləsini
müəyyən etmək üçün aşağıdakı pul aqreqatları toplusu – M
1,
M
2,
M
3,
M
4
tətbiq edilir.
M
1
aqreqatı özündə tədavüldə olan nağd pulları (bank notları, sikkələri) və cari bank
hesablarındakı vəsaitləri daxil edir. M
2
aqreqatı M
1
aqreqatından üstəgəl kommersiya
banklarının 4 ilə qədər olan müddətli və əmanət əmanətlərindən ibarətdir. M
1,
M
2,
aqreqatı üstəgəl
ixtisaslaşdırılmış kredit idarələrində əmanətləri əks etdirir. M
3,
M
4
aqreqatı üstəgəl
iri kommersiya banklarının depozit sertifikatıdır.
Həmin aqreqatlar arasında tarazlıq olmalıdır. Əks təqdirdə pul tədavülündə
pozğunluqlar baş verir, pul nişanlarının çatışmazlığı, qiymətlərin qalxması və s.
xoşagəlməz hallar meydana gəlir.
Pul kütləsini müəyyən etmək üçün ABŞ–da 4, Yaponiyada və Almaniya
Federativ Respublikasında 3, Böyük Britaniya və Fransada - 2 pul aqreqatından istifadə
edilir.
Azərbaycan Respublikasında məcmu pul kütləsini hesablamaq üçün M
0,
M
1,
M
2,
M
3,
pul aqreqatlarından istifadə edilir. M
0
dövriyyədə pul, M
1
-
M
0
üstəgəl tələb
olunanadək əmanətlər və depozitlər,
M
2
- M
1
üstəgəl müddətli əmanətlər,
M
3
-
M
2
üstəgəl işgüzar və əmanət sertifikatları, xarici valyuta ilə depozitlər.
Dostları ilə paylaş: