Pul kütləsinin yerdə qalan komponentləri inkişaf mərhələsindədir. Onların
əhəmiyyətliliyi ölkəmizin iqtisadiyyatında bazar mexanizminin inkişafı və
möhkəmlənməsi ilə artacaqdır.
Müasir bazar iqtisadiyyatında pul keyfiyyətcə məzmun
kəsb edir və onun rolu
əhəmiyyətli dərəcədə artır. Pul yeni təsərrüfatçılıq fəaliyyəti üçün xarakterik olan ilkin
şəraitin yaranmasında müxtəlif təsərrüfat həlqələrinin istehsalın inkişafındakı marağını,
iqtisadi proseslərdə təşəbbüskarlıq göstərmək imkanlarının artmasında
müstəsna rol
oynayır. Müasir cəmiyyətdə pulun keyfiyyətcə yeni rolu ondadır ki, o, kapitala və ya öz
– özünə artan dəyərə çevrilir. Pul fərdi kapitalın təkrar istehsalında, onun sayəsində pul
kapitalına çevrilir, o, sənaye kapitalının dövranında fəaliyyət göstərir, həmin dövranın
çıxış nöqtəsi və nəticəsidir.
Kapitalın dövranına xidmət edən pulun müasir
iqtisadiyyatda rolu onun
funksiyaları vasitəsi ilə təzahür edir. Belə ki, təsərrüfat subyektlərində istehsal olunan
əmtəələrin dəyəri pulla ifadə olunur. Burada pul həm dəyər ölçüsü vasitəsidir və
həm də
pul kapitalı xidmətini göstərir. Məhsulun alqı və satqısı vaxtı
pul həm də tədavül
vasitəsi, həm də kapital kimi çıxış edir. Əgər məhsul kreditə (möhlətə) satılarsa və
müəyyən müddət keçdikdən sonra
borc öhdəliyi pulla ödənilərsə, onda o, həm
kapitaldır, həm də tədiyə vasitəsidir. Istehsal vasitələrinin satın alınması və istehsalın
həcminin genişləndirilməsi məqsədi ilə pul yığını yaradılarsa, bu vaxt pul həm dəfinə,
həm də kapital kimi çıxış edir. Nəhayət, əgər müəssisə xarici ölkələrdə törəmə şirkətlər
açırsa, bu halda pul necə dünya pulu və eləcə də kapital kimi fəaliyyət göstərir. Müasir
təsərrüfatçılıq şəraitində pulun köməkliyi ilə mühüm iqtisadi
göstəricilərdən biri olan
tədiyə qabiliyyətliliyinə qiymət verilir. Həmin göstərici nəzərə alınmaqla
istehsal
olunan məhsulun həcmi və çeşidi formalaşır. Məhsulun qiymət səviyyəsindən və onun
istehsalına çəkilən xərclərdən irəli gələrək təsərrüfat fəaliyyətinin
istiqamətlərinin
faydalılıq səviyyəsi müəyyən edilir.
Pul müasir iqtisadiyyatda, təsərrüfat subyektlərinin fəaliyyətinin yaxşılaşmasına,
məhsul istehsalının həcminin artırılmasına, onun çeşidlərinin yaxşılaşdırılmasına və
Dostları ilə paylaş: