münasibətlərinin daşıyıcısının istehlak dəyərinə malikdir. Iki istehlak dəyərinə müvafiq
olaraq pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərlərinin) daşıyıcısı olur.
Əmtəələr əmtəəsi olan pul ümumi əmtəə kimi çıxış edir. Ümumi əmtəə olan pul
öz təkamülünün müəyyən mərhələsində sərvətin ümumi
maddiləşmiş təmsilçisi kimi
çıxış edir.
Pulun mahiyyəti ondan ibarətdir ki, o, ümumi əmtəə ekvivalentidir.
Cəmiyyətin
iqtisadi fəaliyyətinin zəruri ünsüru və tərkib hissəsidir. Pul spesifik əmtəə növüdür,
hansı ki, natural forması ümumi ekvivalentin ictimai funksiyası ilə qovuşur.
Ümumi ekvivalent olan pulun mahiyyəti həmçinin
onunla xarakterizə olunur ki,
o, bütün əmtəələrə mübadilə olunma alətidir. Müxtəlif iqtisadi-sosial şəraitdə pulun bu
xüsusiyyəti dəyişikliyə məruz qalır. Iqtisadiyyatın idarə olunmasının inzibati amirlik
dövründə
pulun
bilavasitə digər əmtəələrə mübadilə edilməsi imkanlığı
məhtudlaşdırılmışdır. Bazar münasibətlərinə keçidlə əlaqədar bu cür imkanlıqlar
əhəmiyyətli
dərəcədə genişlənmiş, mübadilə əməliyyatlarında pulun əhəmiyyəti
artmışdır. Bu dəyişikliklər əmtəə-pul münasibətlərinin və onların tətbiqi sferasının
müxtəlifliyindən irəli gəlir. Bazar münasibətlərinin formalaşdığı
bir dövrdə pul
iqtisadiyyatın dinamik inkişaf etdirilməsinin, zəhmətkeşlərin
maddi və mədəni həyat
səviyyəsinin yüksəldilməsinin mühüm iqtisadi alətidir.
PULUN FUNKSIYALARI
Inkişaf etmiş əmtəə təsərrüfatında pul bir sıra funksiyaları ifadə edir. Pul
əmtəələrin dəyər ölçüsüdür, tədavül vasitəsidir, tədiyə vasitəsidir, yığım
vasitəsidir və
dünya puludur.
Pulun dəyər ölçüsü funksiyası. Ümumi ekvivalent olan pulun vasitəsilə bütün
əmtəələrin dəyəri ölçülür. Pul əmtəələrdə cəmlənmiş əməyin kəmiyyət və keyfiyyətini
ümumi ölçü ilə ifadə etməyə şərait yaradır. Əmtəələrin
dəyərinin müqayisə oluna
bilinməsi ondan irəli gəlir ki, pulun özü ictimai əməyin təcəssümüdür.
Onun özünün
dəyəri vardır. Metal pul tədavülündə bu funksiyanı həqiqi (qızıl və gümüş) pullar
Dostları ilə paylaş: