pulun sabitliyinə,
başqa sözlə, pulun mexanizminin normal fəaliyyət göstərməsinə
böyük təsir edir.
Pulun tədiyə vasitəsi funksiyası. Pulun hərəkəti tədavül edən əmtəələrin hərəkəti
ilə eyni bir vaxta düşməyə də bilər. Belə olduğu halda pul dəyərin sərbəst forması kimi
çıxış etmiş olur. Pulun hərəkətinin material dəyərlərinin hərəkətindən vaxt etibarilə gec
və ya tez baş verməsi təkrar istehsalın obyektiv zərurətindən irəli gəlir. Məlumdur ki,
əmtəələr heç də həmişə nağd pula satılmır. Belə olduğu halda, əmtəələrin kreditə (nisyə,
möhlətlə) alınıb-satılması zərurəti meydana çıxır. Kreditə əmtəə alındıqda onun dəyəri,
bir qayda olaraq, alıcı tərəfindən həmin vaxt pulla ödənilmir. Möhlətlə satılan əmtəənin
haqqı müəyyən olunmuş vaxt gəlib çatdıqda alıcı tərəfindən ödənilir.
Bu halda pul
tədiyə vasitəsi funksiyasını yerinə yetirir. Tədiyə vasitəsi kimi fəaliyyət göstərən puldan
əmtəələrin kreditə satışında (harda kı, borclu satıcıya veksel, yəni borc öhdəçiliyi verir),
pul ssudaların verilməsində və ödənilməsində maliyyə orqanları ilə olan qarşılıqlı pul
münasibətlərində (vergi tədiyələri, maliyyə orqanlarından vəsaitin alınması),
fəhlə və
qulluqçulara əmək haqlarının verilməsində,
əhaliyə pensiya, yardım və təqaüdlərin
verilməsində və s. istifadə edilir.
Məlum olduğu kimi, pul tədiyə vasitəsi funksiyasını
yerinə yetirərkən vəsaitin
dövranına xidmət edir. Lakin tədiyə funksiyasında pulun nisbi sərbəst hərəkəti ayrı-ayrı
müəssisələrdə maliyyə çətinliyinə və ödənişlərin ləngiməsinə səbəb ola bilər. Bununla
əlaqədar olaraq ödəniş intizamına əməl olunması üzərində nəzarət mühüm əhəmiyyət
kəsb edir.
Tədiyə dövriyyəsinə elektron pulların daxil olması
ödənişlərin sürətlənməsinə,
tədavül xərclərinin ixtisarına, müəssisələrin rentabellik səviyyəsinin yüksəlməsinə
imkan yaradır. Bu sistem ABŞ-ın ödəniş münasibətlərinin mexanizmində daha sürətlə
tətbiq edilir. Həmin sistemin əsas ünsürləri avtomatlaşdırılmış
hesablaşma
palatalarından, avtomatlaşdırılmış kassir və terminallar sistemindən ibarətdir.
Elektron pullar bazasında kredit kartları meydana gəlmişdir. Həmin kartlar
pərakəndə ticarət dövriyyəsini və xidmət sferasını müşayiət edərək nağd pulla aparılan
Dostları ilə paylaş: