olaraq onların dəyəridir. Lakin qiymət yaranmasında həmçinin
əmtəələrin istehlak
dəyəri, tədiyə (ödəmə) qabiliyyətli tələb və digər amillər nəzərə alınır.
Müasir şəraitdə qızılın sikkəsizləşdirilməsi baş vermişdir. O, pula xas olan
funksiyaların yerinə yetirlməsindən məhrum olmuşdur. Kredit pulları tərəfindən qızıl
daxili və xarici dövriyyədən sıxışdırılıb çıxarılmışdır. Dəyər
ölçüsü olmaq etibarilə
puldan istehsal məsrəflərini onun nəticələri ilə müqayisə etmək,
təsərrüfat-maliyyə
vəziyyətini müntəzəm olaraq təhlil etmək və müqavilələrin yerinə yetirilməsi gedişinə
nəzarət etmək, qənaət rejiminə əməl olunmasını təmin etmək,
müəssisələrin
kommersiya fəaliyyətini yaxşılaşdırmaq və onlardan rentabellik səviyyəsini yüksəltmək
məqsədilə istifadə edilir.
Pulun tədavül vasitəsi funksiyası. Əmtəələrin alqı-satqısı prosesi tədavül vasitəsi
kimi pula ehtiyac doğurur. Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə
əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti yalnız alqı-
satqı (Ə-P-Ə) prosesində əmtəənin pula real mübadiləsi zamanı reallaşır.
Pul bu
funksiyada əmtəələrin tədavülünə xidmət edir, ondan satın alınan əmtəələrin ödənilməsi
üçün istifadə edilir, onların alqısı və satqısı prosesində vasitəçi rolu oynayır. Bu
funksiyanın
xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıcıya verilməsi və onun
dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Əmtəə tədavülü (Ə-P-Ə) iki metamorfozu,
əmtəələrin satışını (Ə-P) və onların satın alınmasını (P-Ə) özünə daxil edir.
Əmtəə
tədavülünün əmtəənin əmtəəyə bilavasitə mübadiləsindən fərqləndirici cəhəti ondan
ibarətdir ki, əmtəə tədavülünə tədavül vasitəsi kimi pul xidmət edir.
Pulun tədavül
vasitəsi funksiyasının fəaliyyəti birbaşa əmtəə mübadiləsinə xas olan fərdi, vaxt, məkan
sərhədlərinin aradan qaldırılmasına şərait yaradır. Lakin əmtəələr tədavül sferasından
onlar satıldıqdan sonra çıxırlarsa, pul-əmtəə mübadiləsinə fasiləsiz xidmət edərək bu
sferada qalır və əmtəə tədavülünün inkişafına imkan yaradır.
Pulun tədavül vasitəsi funksiyasının köməyilə istehlakçı
mal dövriyyəsinə, onun
vasitəsilə isə istehsala, ölkənin rayonları və ticarət müəssisələri üzrə mal kütlələrinin
düzgün yerləşməsinə fəal təsir göstərir. Mal dövriyyəsi öz növbəsində pul tədavülünə,
Dostları ilə paylaş: