yerinə
yetirirdi, lakin onlar əmtəənin dəyərini ideal, yəni
əqli nəzərdə tutulmuş pulda
ifadə edirdilər. Əmtəə sahiblərində nağd pulun olması vacib deyildir. Əmtəənin
dəyərinin təzahür forması əmtəənin qiymətidir, başqa sözlə, qiymət əmtəənin dəyərinin
pulla ifadə edilməsidir. Tam qiymətli (qızıl) pulların tədavülü
şəraitində qiymətlər
əmtəənin dəyərindən asılı idi, çünki pulun (qızılın) dəyəri nisbətən daimi xarakter
daşıyırdı. Qiymətlər
əmtəənin dəyərinə birbaşa, pulun dəyərinə isə tərs mütanasib idi.
Hazırda öz dəyəri olmayan pul nişanlarının fəaliyyəti şəraitində qiymətlərin müəyyən
edilməsi əhəmiyyətli dərəcədə çətinləşir. Qiymətlər öz
dəyərinə malik olmayan pul
nişanlarından ifadə olunduğundan əmtəələrin dəyərini dəqiq əks etdirə bilmirlər. Bu,
eyni növ əmtəələrin qiymətlərində müxtəlifliyə gətirib çıxarır. Bununla yanaşı, onu da
qeyd etmək lazımdır ki, bazarda tələb və təklifdən,
həmçinin digər obyektiv və
subyektiv amillərdən asılı olaraq əmtəələrin qiymətləri onların dəyərindən yuxarı və ya
aşağı kənarlaşa bilər. Mübadilə münasibətlərinin inkişafı gedişatında qiymətləri
müqayisə etmək üçün dövlətlər ölkənin pul vahidinə qanunla götürülmüş qızılın çəki
miqdarını - qiymət miqyasını müəyyən edirdilər. Məsələn, ABŞ-da 1990-cı ildə
dolların əsasına 1,50463 qram xalis qızıl götürülmüşdür. Lakin dolların sonrakı illərdə
aparılan devalvasiyalarında onun qızıl məzmunu 3 dəfə (1934, 1971 və 1973-cü illərdə)
aşağı düşdü. Keçmiş SSRI-də əsas pul vahidi olan Sovet manatı 1950-ci
ilin mart
ayında 0,222168 qram, 1961-ci ildə isə (qiymət miqyasının dəyişməsilə) – 0,987741
qram xalis qızıl məzmunu ilə müəyyən edilmişdir. Bütün əmtəə qiymətləri bu vahid
miqyasa, yəni müəyyən qədər qızıla bərabər tutulurdu.
1976-1978-ci illərdə tətbiq edilən Yamayka valyuta sistemi BMT-da iştirak edən
dövlətlərdə qızılın
rəsmi qiymətini, həmçinin qızıl paritetlərini ləğv etdi. Bununla
əlaqədar pul vahidinin rəsmi qiymət miqyası öz iqtisadi əhəmiyyətini itirmiş oldu.
Hazırda rəsmi qiymət miqyası əmtəələrin dəyərini qiymət
vasitəsilə ölçmək yolu ilə
bazar mübadiləsi prosesində kortəbii təşəkkül tapır. Dəyər ölçüsü funksiyasında puldan
istifadə etməklə ayrı-ayrı əmtəələrə qiymət müəyyən edildikdə ilkin oriyentir, başlıca
Dostları ilə paylaş: