Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə45/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
57


- çek sahibinin hesabının çekdə qeyd olunmuş sayda çek üzərində göstərilən sayın 
uyğun gəlməsinə; 
- çek verənin şəxsiyyət vəsiqəsi məlumatlarının çek kartoçkasında göstərilmiş 
məlumatlara uyğun gəlməsinə; 
- çek verənin çeki doldurarkən etdiyi imza ilə onun çek kartoçkasındakı imzasının 
eyniliyinə əmin olmasına. 
Mal satan mal alandan çeki qəbul etdikdən sonra çekdəki vəsaitin öz hesabına 
daxil edilməsi üçün onu özünə xidmət edən banka təqdim edir. Çek ödənilmək üçün 
bank idarəsinə verildiyi gün nəzərə alınmadan üç iş günü ərzində təqdim oluna bilər. 
Çeklərlə hesablaşma zamanı əsas prinsip odur ki, vəsait verənin xüsusi bron 
hesabından silinməyənədək çek saxlayanın hesabına mədaxil olunmasın.
Nağdsız hesablaşmaların bir forması da akkreditiv vasitəsilə aparılan 
hesablaşmadır. Akkreditiv – alıcı bankının alıcının akkreditiv ərizəsində göstərdiyi 
şərtlərlə ona göndəriləsi malın və göstərilən xidmətin satıcıya ödənilməsi haqda satıcı 
bankına verdiyi tapşırıqdır. Hesablaşmanın bu formasından yalnız kənarşəhərli
hesablaşmalarda istifadə oluur. Akkreditivin fəaliyyət müddəti bank tərəfindən 
məhdudlaşdırılır və onun fəaliyyət müddəti satıcı ilə alıcı arasında bağlanan müqavilə 
ilə müəyyən edilir. Akkreditiv qaydasında hesablaşmanın bir xüsusiyyəti də ondadır ki, 
ödəniş satıcının yerləşdiyi yerdə aparılır. Akkreditiv vasitəsilə hesablaşmanın üstünlüyü 
ondadır ki, ödənişə zəmanət verilir, amma əvvəlcədən ödəniş forması deyildir. Belə ki, 
akkreditiv məbləği satıcının hesablaşma hesabı olduğu bankda bronlaşdırılır və satıcı 
əmin olur ki, onun yola saldığı malların dəyəri yola salınma sənədləri banka təqdim 
olunan kimi ödəniləcəkdir.
Azərbaycan Respublikasında akkreditivlər ilə hesablaşmalarda yalnız sənədli 
akkreditiv formasından istifadə edilir. Sənədli akkreditiv elə bir sazişdir ki, onun 
əsasında bank (emitent bank) müştərinin (akkreditivə əmr verənin) xahişi ilə və onun 
sərəncamına əsasən hərəkət edərək ödənişi üçüncü şəxsin (benfisiaren) adına 
aparmalıdır.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin