4. Satıcı təşkilatın adı, onun bankdakı hesabının nömrəsi, onun bankının adı və
kodu;
5. Ödənişin təyinatı, yəni nə məqsəd daşıması;
6. Ödənişin məbləği – yazı və rəqəmlə.
Bütün hesablaşma sənədlərinin birinci nüsxəsində bankdakı hesab üzrə
məbləğlərə sərəncam vermək hüququ olan şəxslərin imzası ilə yanaşı müəssisənin
möhürü olmalıdır. Vəsait ödəyicinin hesabından yalnız sənədin birinci nüsxəsi əsasında
silinir.
Hüquqi şəxs tərəfindən filiallar, nümayəndəliklər, şöbələr vasitəsilə həyata
keçirilən əməliyyatlar üzrə təqdim olunan hesablaşma sənədləri həmin hüquqi şəxsin
vəkil etdiyi şəxslər tərəfindən imzalanır.
Hazırda nağdsız hesablaşmaların ən geniş yayılmış forması ödəmə tapşırıqları ilə
olan hesablaşmalardır. Ödəmə tapşırığı bankda hesabı olan müəssisənin həmin
hesabdan müəyyən məbləğ vəsaitin silinib başqa müəssisənin hesabına daxil edilməsi
haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsi ilə həm
şəhərdaxili, həm də kənarşəhərli hesablaşmalar aparılır. Həm əmtəə əməliyyatları, həm
də qeyri-əmtəə əməliyyatları üzrə olan hesablaşmalarda ödəmə tapşırığından istifadə
olunur. Əmtəə əməliyyatları üzrə hesablaşmalarda ödəmə tapşırığından əsasən
aşağıdakı hallarda istifadə olunur:
1. Alınmış mal, görülmüş iş və göstərilmiş xidmətlərə görə – bu zaman malların
alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ödəmə tapşırığında onu təsdiq
edən əmtəə-nəqliyyat hesab sənədlərinin nömrəsi və tarixinə istinad edilməlidir;
2. Malların, görülmüş işlərin və ya xidmətlərin dəyəri əvvəlcədən ödənilməklə,
bu zaman əvvəlcədən ödəniş haqqında müqaviləyə istinad edilməlidir.
3. Əmtəə əməliyyatları üzrə kreditor borcları ödənildikdə;
4. Mal və xidmətlər üzrə və ya məhkəmənin qərarına əsasən hesablaşma lazım
gəldikdə;
5. Yer üçün icazə haqqı ödənildikdə;
Dostları ilə paylaş: