Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə40/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
50


salınmasına, müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda cəmləşməsinə və onlardan 
kredit resursları kimi istifadəyə şərait yaradır.
Pul hesablaşmalarında nağd pulun iştirakı dövlət qanunçuluğu ilə tənzimlənir.
Nağdsız hesablaşmalar sistemi ümumi dövlət qanunları və bankın qaydaları ilə 
nizamlaşdırılmalıdır. Onun əsas elementlərinə daxildir: nağdsız hesablaşmaların təşkili 
prinsipləri, ödəniş qaydaları, ödəniş mənbələri, ödəniş növbəliliyi və nağdsız 
hesablaşma formaları. 
Nağdsız hesablaşmalar: 
1. Satılmış məhsul, görülmüş iş və göstərilmiş xidmətlərin dəyərinin vaxtında 
daxil olması; 
2. Məhsul alınana, xidmətlər göstərilənə və işlər görülənədək ödənişlərin 
aparılması; 
3. Maliyyə, kredit, sığorta, məhkəmə və s. ödənişlər üzrə pül vəsaitlərinin 
vaxtında köçürülməsi; 
4. Mal göndərişi müqavilələrinə və ödəniş intizamına riayət olunmasına nəzarət; 
5. Nağdsız hesablaşmaların aparılmasının mövcud qaydalarına riayət edilməsinə 
bank nəzarəti; 
6. Mal-material göndərilməsi ilə onun dəyərinin ödənilməsi müddətlərinin 
maksimum yaxınlaşdırılmasını təmin etməlidir. 
Nağdsız hesablaşmaların qarşısına qoyulan tələb hesablaşmaların müəyyən edilən 
prinsiplərinə əməl etməkdir.
Nağdsız hesablaşmalar əsasən aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 
1. Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsas onlar üçün bankda 
açılmış hesablarda saxlamalıdırlar və nağdsız hesablaşmalar həmin hesab vasitəsi ilə 
aparılmalıdır. Hazırda müəssisə və təşkilatlar nağdı pulla hesablaşma apardığından 
norma daxildində pulların bir hissəsini kassada saxlaya bilərlər. 
KitabYurdu.az 
51


2. Hesablardan ödənişlər hesab sahibinin razılığı və ya sərəncamı ilə onun 
müəyyən etdiyi növbəlilik əsasında hesabdakı vəsait müqabilində aparılmalıdır. Bu 
zaman ödənişlərin ləngidilməsinə imkan verilməməlidir. 
3. Nağdsız hesablaşmalar tərəflər arasında bağlanmış müqavilədə nəzərdə 
tutulmuş formalarda aparılmalıdır.
Iqtisadi məzmununa görə nağdsız hesablaşmalar əmtəə və qeyri-əmtəə xarakterli 
olurlar. Əmtəə xarakterli hesablaşmalar təsərrüfat təşkilatları arasında aparılır və 
nağdsız hesablaşmalar sisteminin ¾ hissəsinə qədərini təşkil edir. Qeyri-əmtəə 
xarakterli hesablaşmalarda əsas yeri büdcə ilə hesablaşmalar, bank kreditlərinin 
alınması və ödənilməsi, kreditlərə görə faizlər, sığorta orqanları ilə hesablaşmalar və s. 
təşkil edir.
Satıcıların və alıcıların hesablarının yerləşdiyi yerdən asılı olaraq hesablaşmalar 
şəhərlərarası və şəhərdaxili hesablaşmalara bölünür. Müxtəlif yaşayış məntəqələrində 
yerləşən, bu səbəbdən də müxtəlif yerlərdə yerləşən bankların xidmətlərindən istifadə 
edilməklə aparılan hesablaşmalar şəhərlərarası hesablaşma adlanır.
Bir yaşayış məntəqəsində yerləşən və eyni bankın və ya həmin məntəqədə 
yerləşən müxtəlif bankların xidmətindən istifadə etməklə aparılan hesablaşmalar 
şəhərdaxili hesablaşma adlanır. 
Nağdsız hesablaşmaların aparılması formaları seçilən zaman, hesablaşma 
iştirakçılarının yerləşdiyi yer xüsusi əhəmiyyət kəsb edir.
NAĞDSIZ HESABLAŞMALARIN FORMALARI 
Hağdsız hesablaşmaların təşkili prinsiplərinə görə hər bir müəssisə özünəuyğun, 
onun mənafeyinə cavab verən hesablaşma formasından istifadə edə bilər. Bu barədə heç 
bir kənar tərəfin, o cümlədən bankların təsiri olmadan müqavilə imzalanır və tərəflər 
arasında hesablaşmalar ilə əlaqədar iddialar bankların iştirakı olmadan tərəflərin özləri 
vasitəsilə həll edilir. Hesablaşmalarda iştirak edən tərəflər ödənişin vaxtında və düzgün 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin