Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə37/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
45


Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülünün təşkili üçün 
Mərkəzi Bank aşağıdakı vəzifələri yerinə yetirir: 
1. Kağız və metal pulun istehsalının təşkilini, daşınmasını və saxlanmasını, 
onların ehtiyat fondlarının yaranmasını təmin edir. Mərkəzi Bank ehtiyatlar haqqında 
bilavasitə sərəncam verir, emissiya planları tərtib edir. Azərbaycan Respublikasının 
iqtisadiyyatını kağız və metal pulla təchiz edir; 
2. Kredit təşkilatları üçün nağd pulun saxlanılması və inkassasiyası qaydasını 
müəyyənləşdirir; 
3. Pul nişanlarının ödəmə qabiliyyətsizliyi əlamətlərinin zədələnmiş kağız və 
metal pulun dəyişdirilməsi, habelə onların məhv edilməsi qaydasını müəyyən edir. 
Kredit təşkilatlarının kassa əməliyyatları aparılması qaydasını müəyyənləşdirir. 
Milli Bank nağdsız hesablaşmaların həyata keçirilməsinin qaydalarını, formalarını, 
müddətini və standartlarını müəyyən edir.
Milli Bank iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi pul-kredit siyasətindən 
istifadə etməklə aşağıdakı alətləri tələb edir: 
1. Uçot faizinin dərəcəsi; 
2. Kredit idarələrinin mütləq ehtiyatları norması; 
3.Açıq bazarda əməliyyatlar
4. Kredit idarələri üçün iqtisadi normativlərin nizama, qaydaya salınması və 
başqaları. 
Azərbaycan Respublikasının ərazisində kredit idarələrinə, həm də başqa hüquqi 
şəxslərə kassa xidmətini həyata keçirmək üçün Mərkəzi Bankda Hesablaşma Kassa 
Mərkəzi yaradılır. Bu mərkəz nağd pulun qəbulu və verilməsi üzrə dövriyyə kassasını, 
həm də pul bank biletləri və sikkələri ehtiyat fondunu təşkil edir. Ehtiyat fondu Milli 
Bankın ambarlarından tədavülə buraxılmayan banknot və sikkələrin ehtiyatıdır və kassa 
resurslarının təşkili və mərkəzləşdirilmiş tənzimlənməsi üçün mühüm əhəmiyyəti var.
Mərkəzi Bankın sərəncamı üzrə banknot və sikkələrin ehtiyat fondu yaradılır, 
hansı ki, dövriyyə kassasının həcmindən, nağd pulun dövriyyəsinin həcmindən, 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin