Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə15/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Yoxlayıcı eksperiment. Eksperimental tədqiqatın nəticələrinin obyektivliyi onun necə yoxlanılmasından da asılı olur. Eksperimental tədqiqatın nəticələri qiymətləndirilərkən didaktik prosesin komponentləri – müəllim, şagird, dərslik, dərs vəsaiti, didaktik material, iş şəraiti və s. nəzərə alınmalıdır. Yoxlayıcı eksperiment ayrı-ayrı faktların alınması və ya dəqiqləşdirilməsi üçün zəruri olan güman və fərziyyələrin yoxlanması məqsədini daşıyır. Yoxlayıcı eksperimentdən sonra eyni xarakterli dəqiqləşdirici eksperimentin aparılması da vacibdir. Belə təkrar eksperiment zamanı ideya və fərziyyə yeni şəraitdə yoxlanır. Əvvəlki və təkrar yoxlayıcı eksperimentlərin nəticələrinin müqayisəsi fərziyyənin doğruluğu haqqında dəqiq və etibarlı fikir irəli sürməyə imkan verir. Eksperimentin birinci mərhələsində - müəyyənedici eksperiment zamanı bərabər səviyyəli eksperimental və kontrol siniflərin hamısında sorğu eyni suallar əsasında aparılır. Onların hamısına eyni mətn üzrə yazı, eyni məsələ və misallar, eyni çalışmalar və s. verilir.
Eksperimentdə dəqiq ölçmə və riyazi aparatdan bir vasitə kimi istifadə olunur. Didaktik tədqiqatların göstəricilərinin etibarlılığı şagirdlərin tam və aydın xarakteristikaları ilə bağlıdır. Bu gün uşaq pedaqoji proseslərin mərkəzində durur. Ona görə də sinfin xarakteristikasını tərtib etmək lazımdır. Şagirdlərin inkişafının hərtərəfli ölçülməsi üçün etibarlı standart ekspertiza metodikası işlənməlidir. Didaktik eksperimentin (didaktik eksperimentdən fərqli olaraq metodik eksperiment bilavasitə tədris fənni sisteminə daxil olmaqla frontal xarakter daşıyır, didaktik eksperiment bəzən laborator eksperimentlə məhdudlaşı) ən faydalı növlərindən biri çarpaz eksperimentdir. Mümkün olan amillərin eksperimentə təsirini aradan qaldırmaq və alınan nəticənin tam obyektivliyini təmin etmək məqsədilə çarpaz (çarpazlaşma)eksperiment tətbiq olunur: paralel siniflərdə (məktəblərdə) tətbiq olunan iş tərzinin yerləri dəyişdirilir və eksperiment davam etdirilir. Y.Ş.Kərimov yazır ki, çarpaz eksperimentinin yüksək obyektivliyini təmin etmək üçün onu bəzən bir sinifdə, bir dərs ərzində aparmaq məsləhət görülür. Bu zaman müəllim sinfi iki qrupa ayırır, yaxud eyni partada əyləşənlərin biri (bir sıra) eksperimental, digəri (o biri sırası) kontrol hesab olunur. Belə eksperimentdə şagirdlərə bütün materiallar yazılı verilir. Müəllim heç bir qrupa izahat vermir. Bununla da müəllimin pedaqoji ustalığının, əhval ruhiyəsinin təsirinin qarşısı alınır.
Nümunə. Eksperimental tədqiqatın məqsədi – orta məktəbin VII sinif üçün kimya kurikulumu əsasında məzmun xətləri üzrə əsas və alt standartlarına cavab verən və şagirdəri daha çox məntiqi anlamağa yönələn tədris materiallarının tədrisində konstruktiv təlimi tətbiq etməkdir.
Pedaqoji eksperiment üç mərhələdə həyata kçirilmişdir: təsbitedici, axtarıcı və öyrədici eksperimentlər. Aşağıda pedaqoji eksperimentin hər bir mərhələsi qarşısında duran məqsəd və vəzifələr göstərilmişdir.
Müəyyənləşdirici eksperiment. Bu mərhələdə VII sinfə qədər olan ilkin biliklər haqqında məlumat öyrənildi. Pedaqoji nəzəriyyə və məktəb təliminin təcrübəsinə əsasən şagirdlərin uyğun biliklərinin sistemləşdirmə və təkmilləşdirmə imkanları müəyyənləşdirildi.
Bu məqsədlə aşağıdakı vəzifələr qarşısına qoyuldu:

  1. Həll olunacaq problemə uyğun gələcək pedaqoji tədqiqat metodunun seçilməsi.

  2. Tədqiqatın həcminin seçilməsi.

  3. Şagirdlərin kimyadan bilik səviyyələrinin və maraqlarının müəyyənləşdirilməsi.

Axtarıcı eksperiment. Təklif olunan tədris materiallarının quruluş, məzmun və həcmini dəqiqləşdirmək, şagirdlərin kimyaya dair ilkin biliklərinin həcminin müəyyənləşdirilməsi, onların təbiətdə baş verən dəyişikliklərin (kimyəvi proseslərin) məntiqcə izah etmə səviyyələrinin öyrənilməsi üçün pedaqoji eksperimentin bu mərhələsi icra edilmişdir. Axtarıcı eksperimentin əsas vəzifələri bunlar olmuşdur:

  1. Şagirdlərin hadisələr fərqləndirmə, bilmə bacarıqlarının aydınlaşdırılması

  2. Sadə təcrübələr aparmaları və ölçü istifadə edə bilmə bacarıqlarının müəyyənləşdirilməsi

  3. Kimyəvi hadisələrə əsaslanan məişət qurğularından istifadə ede bilmə qabiliyyətlərinin yoxlanması


Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin