Mühazirə Pedaqoji elmlərdə elmi aktuallığın əsaslandırılması, tədqiqatların qoyuluşu



Yüklə 82,67 Kb.
səhifə17/30
tarix11.12.2022
ölçüsü82,67 Kb.
#120865
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
ktm üzrə tədqiqat texnologiyaları

Pedaqoji eksperimentin nəticələri.
VII sinif şagirdlərinin kimyaya maraq səviyyələrinə görə 5 qrupa ayrılmışlar.
Sıfırıncı səviyyə-I qrup

  1. Şagirdlər kimyanın maraqlı fənn olduğunu qeyd edir, lakin şagirdlər daim dərsdənkənar məşğələlərində iştirak etmir, dərsdə passivdirlər.

  2. Kimyəvi hadisələrin əyləncəli tərəfinə həddən artıq maraq göstərirlər, kimyəvi hadisə, qanun və proseslərin ETT-nin müxtəlif sahələrində tətbiqlərini görmürlər.

  3. Heç bir müstəqil yaradıcılıq nümayiş etdirmirlər.

  4. Çətinliklərdən tam fəaliyyətsizləşirlər.

  5. Elmi-kütləvi ədəbiyyatlardan istifadə etmirlər.

Aşağı səviyyə-II qrup

  1. Şagirdlər kimyanın başqa fənlər kimi maraqlı hesab edir, dərs prosesində çox nadir hallarda suallar verilir.

  2. Kimyəvi hadisələrin yalnız əyləncəli tərəflərinə maraq göstərirlər. Kimyanın ETT-da rolunu bilmir və maraq göstərmirlər.

  3. Müstəqil işləri həvəssiz yerinə yetirirlər, problemə dair heç bir məsələ həll edə bilmirlər.

  4. Çətinliklər , fəaliyyətsizlik göstərirlər.

  5. Elmi –kütləvi ədəbiyyatlar oxumurlar.

Orta səviyyə-III qrup.

  1. Şagirdlər kimyanın maraqlı olduğunu qeyd edir, priblemə aid suallar verir.

  2. Kimyəvi hadisələrin elmçi izahına maraq göstərir, lakin kimyəvi qanunauyğunluqların ETT – da rolunu və əhəmiyyətini kifayət dərəcəyə təsəvvür etmirlər.

  3. Müstəqil işləri həvəssiz yerinə yetirir. Lakin keyfiyyət xarakterli həllinə maraq göstərirlər.

  4. Problemin həllinə çətinliklərlə qarşılaşdıqda müəllim yaxud da yoldaşlarının köməyi ilə aradan qaldırırlar.

  5. Elmi – kütləvi ədəbiyyatlarla, jurnal və qazet materialları ilə müəllimin təsiri altında olduqda maraqlanırlar.

Orta səviyyədən yüksək – IV qrup

  1. Şagirdlərin kimyanı maraqlı fənn kimi digər fənlərdən fərqləndirir, dərslərdə sualllar verir, lakin dərsdənkənar işlərdə müəllim xahiş etdikdə iştirak edirlər.

  2. Kimyəvi hadisə, proses və qanunların elmi əsalarını dərk etməyə can atırlar, lakin bu biliklərin ETT – müxtəlif sahələrində nə kimi rol oyandığını başa düşməkdə çətinlik çəkirlər.

  3. Müstəqil nəticələr çəxara bilmir, qoyulmuş problemin həlli üçün təklif olunan müxtəlif məsələri həvəslə həll etməyə çalışır, lakin mürəkkəb məsələrin həllində çətinlik çəkir, müstəqil fəaliyyətə hərdən meyl edirlər

  4. Problemin həllində qarşılaşdıqları çətinlikləri özləri həll etməyi çalışır, bacarmadıqda müəllimə müraciət edirlər.

  5. Elmi – kütləvi ədəbiyyatları yalnız müəlllim nəzarət etdikdə oxuyurlar.

Yüksək səviyyə - V qrup.

  1. Şagirdlər kimyanı ən maraqlı fənn kimi digər fənnlərdən fərqləndirirlər. Dərs və dərsdənkənar işlərlə fəal iştirak edir, problemin həllinə dair tez-tez suuallar verirlər.

  2. Kimyəvi proses, hadisə və qanunların elmi əsaslarını öyrənməyə can atır. Bu elm, texnika və istehsalatın hansı sahələrində mühüm rol oynadığını dərk edirlər.

  3. Müstəqil işləri böyük həvəslə yerinə yetirir,keyfiyyətvə kəmiyyət xarakterli mürəkkəb məsələləri həll etməyə çalışırlar.

  4. Özünü “təkmilləşdirmə”yə müstəqil can atır, müstəqil poblem irəli sürüb, onun həll etməyə çalışır. Qarşıladıqları çətinlikləri müstəqil aradan qaldırırlar.

  5. Elmi- kütləvi ədəbiyyatlar oxumağı xoşlayırlar.

Müəyyənləşdirilən göstəricilərə əsasən eksperimental və kontrol siniflərdə nəticələr üç mərhələdə yoxlanıldı:
I mərhələ - axtarıcı eksperimentin başlanğıcı; II mərhələ - axtarıcı eksperimentin sonu və öyrədici eksperimentin başlanğıcı; III mərhələ - öyrədici eksperimentin sonu.
Pedaqoji eksperimentin nəticləri əsas verir ki, VII kimya kurikulumu standartları əsasında şagirdlərin biliklərinin tamamlanması, ümumiləşdirilməsi, sistemləşdirilməsi və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır, şagirlərin kimya fənninə maraqlarının artırılmasına müsbət təsir göstərir.
Pedaqoji eksperimentin nəticələrindən aydın olur ki, VII sinif kimya kursunun tədris materialları şagirdlərin fənnə maraqlarının artırılması, onların aldıqları biliklərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir.
Pedaqoji eksperiment tədqiqatın aktuallığını əsaslandıraraq, onun nəzəri və praktik əhəmiyyətini müəyyənləşdirdi. Bu isə bizə ümid olmağa əsas verir ki, gələcəkdə orta məktəbin VII sinif kimya kursunun quruluş və məzmununun təkmilləşdirilməsi işində aparılmış tədqiqatın nəticələrindən istifadə edilsin.
Pedaqoji eksperiment irəli sürülmüş işçi fərziyyəni tamamilə təsdiq etdi.



Yüklə 82,67 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin