Milli qiymətləndirmə - Təhsil Nazirliyi tərəfindən aparılır, bütün pillələr və səviyyələr üzrə təlim nailiyyətlərinin səviyyəsini müəyyən edir.
Məktəbdaxili qiymətləndirmə: rəsmi qiymətləndirmə olub, təhsilalanların attestasiyasına xidmət edir və diaqnostik, formativ, summativ qiymətləndirmələrdən ibarətdir.
Məktəbdaxili qiymətləndirmə - Rəsmi qiymətləndirmə olub, təhsilalanların attestasiyasına xidmət edir və diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir.
Pedaqoji proses, onun ayrı-ayrı sahələri və təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi olduqca mürəkkəb və çoxparametrlidir. Qiymətləndirmə prosesi öz məqsədindən, prosesdə iştirak edən müxtəlif tərəflərdən (müəllim, şagird, valideyn, yuxarı təhsil nümayəndələri), işinin xüsusiyyətindən, qiymətləndirilən sahələrdən və onların işinin xarakterindən asılı olub müxtəlifliyi ilə seçilir. Təhsil müəssisələri iki aspektdən qiymətləndirilir:
● müəssisənin fəaliyyəti gedişinin qiymətləndirilməsi
● müəssisənin fəaliyyət nəticəsinin qiymətləndirilməsi
Təhsil müəssisəsində hansı sahənin qiymətləndirilməsinin həyata keçirilməsindən asılı olaraq, əsasən qiymətləndirmənin aşağıdakı növlərindən istifadə olunur:
● daxili qiymətləndirmə - təhsil müəssisələrinin özü tərəfindən aparılır və məqsəd müəssisənin real vəziyyətinin təhlili, diaqnostikası, sonrakı fəaliyyətinin istiqamətləndirilməsi üçün qərarların qəbul edilməsi və inkişaf proqramının hazırlanması üçün məlumatların əldə edilməsidir.
● xarici qiymətləndirmə - yuxarı təhsil qürumları tərəfindən həyata keçirilir və məqsəd təhsil müəssisəsinin real vəziyyətinin öyrənilməsi, müəssisənin fəaliyyəti barədə məlumatların toplanması, öyrənilən müəssisənin eyni tipli təhsil müəssisələri arasında reytinqinin müəyyənləşdirilməsi, təhsilin inkişafı üçün qlobal qərarların qəbul edilməsi və onların fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır.
● sosioloji qiymətləndirmə - valideyn komitələri, yerli idarəetmə orqanları, təhsillə maraqlanan ictimai təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir və məqsəd valideynləri, yerli idarəetmə orqanlarını, vəzifəli şəxsləri, ictimaiyyəti öyrənilən təhsil müəssisəsi barədə məlumatlandırmaqdır.