MühaziRƏ XIII böYÜk coğrafi KƏŞFLƏR. Avropa döVLƏTLƏRİNİn müSTƏMLƏKƏ İŞĞallari böyük coğrafi kəşflərin səbəbləri


Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları



Yüklə 41,37 Kb.
səhifə3/6
tarix21.06.2023
ölçüsü41,37 Kb.
#128334
1   2   3   4   5   6
MÜHAZİRƏ XIII

Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları. 1497-ci ildə Afrikanı üzüb keçməklə Hindistana dəniz yolunu axtarmaq üçün Vasqo de Qamanın ekspedisiyası təşikl edildi. Ümid burnunu ötüb keçən portuqal dənizçiləri Hind okeanına çıxdılar. Afrika sahilləri ilə şimala doğru hərəkət edən Vasqo de Qama Mozambikdəki ərəb ticarət faktoriyalarına (ticarət məntəqəsi) gəlib çıxdı. 1498-ci ilin mayında ərəb dənizçisinin köməyilə eskadra İspaniyanın Kalikut limanına çatdı. Bu səyahət ümumilikdə bir ay müddətində davam etmişdi. Səyahətin gedişində heyətin 2/3-ü həlak olmuşdu.
Vasqo de Qamanın bu uğuru Avropada böyük əks-səda doğurdu. Böyük itkilərə baxmayaraq, məqsədə nail olunmuşdu. Tezliklə portuqallar ərəbləri Hind okeanından sıxışdırıb çıxararaq, dəniz ticarətini öz əllərinə aldılar. Portuqallar Hindistanın sahilboyu vilayətlərini, Malakka və İndoneziya əhalisini vəhşicəsinə istismar edirdilər. Hindistanın özündə portuqallar sahilboyu məntəqələri tutmaqla kifayətlənirdilər. Hindistanla ticarət Portuqaliya kralının inhisarı elan olunmuşdu. Daha sonra portuqallar Hindistana qərb yolunu da axtarmağa başladılar. XV əsrin sonu – XVI əsrin əvvəllərində florensiyalı dənizçi və astronom Ameriqo Vespuççinin başçılığı altında ekspedisiya Amerika sahillərinə səyahət etdi. İkinci səyahət zamanı portuqal eskadrası Braziliya sahillərinə çıxdı. 1501-ci ildə Vespuççi Braziliya sahillərini tədqiq edən ekspedisiyada iştirak etdi və belə bir nəticəyə gəldi ki, Kolumb Hindistan sahillərini deyil, yeni bir qitəni kəşf etmişdir. 1515-ci ildə Almaniyada “Amerika”nın adı salınan qlobus və xəritələr meydana çıxdı.
Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti. Vespuççinin fərziyyəsi Magellanın dünya səyahəti (1519-1521) nəiticəsində qəti şəkildə təsdiqlənir. Fernando Magellan Portuqaliya zadəganlarından olmuşdur. O, gənc yaşlarında bir neçə dəfə Molukka adalarına səyahətdə iştirak etmişdi. O, hesab edirdi ki, qərbə doğru hərəkət edərək və yeni kəşf olunmuş qitəni cənubdan keçərək Molukka adalarına çatmaq olar. Bu zaman artıq məulm idi ki, Panama fərzəxindən qərbə doğru “Cənub dənizi”, yəni Sakit okean yerləşir. Magellanın bu layihəsinə İspaniya höküməti də maraq göstərirdi. Magellanla İspaniya kralı arasında bağlanmış müqaviləyə görə, yeni torpaqlardan gələcək gəlirlərin 1/20-i Magellana verilməli idi.
1519-cu il sentyabrın 20-də 5 gəmidən ibarət olan eskadra İspaniyanın San-Lukar limanından qərbə doğru istiqamət götürdü. Bir aydan sonra donanma Amerika qitəsinin cənub ucqarına gəlib çatdı və hal-hazırda Magellanın adını daşıyan boğaz boyu 3 həftə üzdü. 1520-ci ilin noyabrında eskadra Sakit okeana çıxdı. Mülayim küləyin müşayiəti ilə hava sakit olduğu üçün Magellan bu okeana “Sakit okean” adını vermişdi. Üç ay müddətində bu okeanda üzən heyətin böyük bir hissəsi aclıqdan və xəstəlikdən tələf oldu. Yalnız 1521-ci il martın 6-da dənizçilər Marian adalarından birinə gəlib çatdılar. Burada su və ərzaq ehtiyatı götürən Magellan qərbə doğru hərəkəti davam etdirərək Filippin adalarına çatdı – bu adalardan birində yerlilərlə toqquşmada Magellan həlak oldu. D`Elkanonun komandanlığı altında yerdə qalan iki gəmi xeyli sayda ədviyyat ehtiyatı götürərək yolunu davam etdirdi. 1522-ci il sentaybrın 6-da eskadra San-Lukara çatdı. Heyətin 253 üzvündən cəmi 18-i sağ qalmışdı.
Yeni kəşflər İspaniya ilə Portuqaliya arasındakı əvvəlki ziddiyyətləri daha da kəskinləşdirdi. Uzun müddət hər iki ölkənin mütəxəssisləri yeni açılmış adaların dəqiq öyrənilməməsi səbəbindən İspan və Portuqaliya mülklərinin sərhədlərini dəqiq müəyyənləşdirə bilmirdilər. Nəhayət, 1529-cu ildə əldə edilmiş razılaşmaya görə, İspaniya Molukka adalarına olan iddialarından əl çəkir, Filippin adaları üzərində olan hüququnu isə saxlayırdı (İspaniya şahzadəsi, gələcək kral II Filippin şərəfinə bu adalar “Filippin adaları” adlandırılmışdı).

Yüklə 41,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin