MühaziRƏ XIII böYÜk coğrafi KƏŞFLƏR. Avropa döVLƏTLƏRİNİn müSTƏMLƏKƏ İŞĞallari böyük coğrafi kəşflərin səbəbləri



Yüklə 41,37 Kb.
səhifə5/6
tarix21.06.2023
ölçüsü41,37 Kb.
#128334
1   2   3   4   5   6
MÜHAZİRƏ XIII

Portuqaliyanın müstəmləkələri. Portuqaliya mülklərində təşəkkül tapmış müstəmləkə sistemi isə özünəməxsus cəhətlərə malik idi. 1500-cü ildə portuqal dənizçisi Pedru Alvariş Kabral Braziliya sahillərinə gəlib çıxdı və bu ərazini Portuqaliya kralının əmlakı elan etdi. Braziliyada bəzi sahilboyu rayonları çıxmaq şərtilə, oturaq əkinçi əhalisi yox idi; azsaylı hindu qəbilələri isə ölkənin içərilərinə doğru çəkilmişdilər. Braziliyada qiymətli metallar və ispan ehtiyatları az idi. Burada müstəmləkəçiliyin ikinci mühüm amili ticarət kapitalının daha yüksək inkişafı idi. Braziliyanın mütəşəkkül surətdə müstəmləkələşməsi prosesi 1530-cu ildən başlayır və sahilboyu rayonların təsərrüfat mənimsənilməsi formasında gedir. Sahilboyu ərazilər 13 kapitaniyaya (paytaxtlar) bölünür və onların sahibləri bütün hakimiyyəti ələ keçirirlər. Lakin Portuqaliyada əhalinin sayı o qədər çox olmadığından, müstəmləkələrin məskunlaşması prosesi də zəif gedir. Kəndli-məskunların olmaması, yerli əhalinin say azlığı təsərrüfatın feodal qaydaları ilə qurulmasını qeyri-mümkün edir. Plantasiya sisteminin mövcüd olduğu rayonlarda təsərrüfatın təşkili zəncilərin istismarına əsaslanırdı. XVI əsrin ikinci yarısından başlayaraq afrikalı kölələrin gətirilməsi prosesi sürətlə artır. 1583-cü ildə müstəmləkədə 25 min ağdərili məskun, milyonlarla qul yaşayırdı. Burada metisləşmə prosesi geniş yayılmamışdı; Portuqaliya mədəniyyətinin yerli əhaliyə təsiri isə məhdud idi. Portuqaliya dili də hakim dil ola bilmədi, hindu və portuqalların ünsiyyəti üçün xüsusi dil – “lenqua jeral” yaranır. Sonrakı iki əsr ərzində Braziliyanın bütün əhalisi lenqua jeral dilində danışır.
Müstəmləkələşmə və katolik kilsəsi. Amerikanın müstəmləkələşməsində katolik kilsəsi də böyük rol oynamışdır. Amerikanın kəşfi və işğalı papalıq tərəfindən yeni xaç yürüşü olaraq qəbul edilmiş və bu yürüşün məqsədi yeril əhalinin xristianlaşdırılması idi. Bununla bağlı olaraq İspaniya kralları öz missionerlik (dini) fəaliyyətlərinə rəhbərlik etmək və kilsə tikintisi hüququnu qazanırlar və kilsə ən iri torpaq mülkiyyətçisinə çevrilir. XVI əsrin birinci rübündə Amerikaya ən müxtəlif rahib orderlərinin nümayəndələri gəlir və qitədə böyük nüfuz qazanırlar. Burada onlar öz qəsəbələrini – missiyalarını yaradırlar. Sonralar bu missiyalarda hindu uşaqları üçün məktəblər təşkil olunur, eləcə də qarnizonlar yerləşdirilir. Beləliklə, bu missiyalar İspaniya mülklərinin sərhəd məntəqələrinə çevrilir. Katolik missionerlər xristian mədəniyyətini yerli mədəniyyətlərlə sintezdə (birlikdə) yaymağa məcbur olurdular. Məsələn, Mexiko şəhəri yaxınlığında dağıdılmış hindu məbədinin yerində Mariya Qvadelupa kilsəsi salınmış və kilsənin ikonalarında Mariya, hindu qadını sifətində təsvir olunurdu.

Yüklə 41,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin