Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Mövzu 3. Azərbaycan iqtisadiyyatında keçid dövrü, özəlləşdirmə və sahibkarlığın inkişafı



Yüklə 147,54 Kb.
səhifə12/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Mövzu 3. Azərbaycan iqtisadiyyatında keçid dövrü, özəlləşdirmə və sahibkarlığın inkişafı.

  1. Azərbaycan iqtisadiyyatında keçid dövrünün ümumi qiymətləndirilməsi

  2. Özəlləşdirmə və sahibkarlığın inkişafı üçün şəraitin yaradılması

  1. Azərbaycan iqtisadiyyatında keçid dövrünün ümumi qiymətləndirilməsi

Hər nə qədər beynəlxalq təşkilatlar başda olmaqla xaricdən böyük təsir olsa da, sərbəst bazar iqtisadiyyatına keçid və ölkə iqtisadiyyatının, üstünlük qərbə olmaq üzrə dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycanın öz seçimi olmuşdur. Digər tərəfdən Azərbaycan öz varlığını və inkişafını özü maliyyələşdirmə mövzusunda da böyük yol qət etmişdir. Keçid dövründə əldə edilən mövqe diqqətə alındıqda, iqtisadi müstəqilliyin ən əsas göstəriciləri Azərbaycanda təşəkkül etdiyi görünür: Artıq ölkə ərazisindəki bütün təbii ehtiyatlar, sərmayə və iqtisadi potensial böyük nisbətdə Azərbaycana aiddir. Ölkənin beynəlxalq səviyyədə tanınan milli pul vahidi (Manat) vardır. Manat ən azı Cənubi Qafqazın ən güclü pul vahidi olma istiqamətindədir.
Makroiqtisadi baxımdan ölkədə qət edilən məsafə isə qısaca belə ifadə edilə bilər: Son 15 ildə ölkədə ÜDM 4 dəfə yəni 400%, sənaye istehsal həcmi 30%, kənd təsərrüfatı və heyvandarlıq sektorunda istehsal həcmi 61%, investisiya həcmi 18.8 dəfə, nağd pul gəliri 4.5 dəfə, orta aylıq əmək haqqı 7.6 dəfə, xarici ticarət həcmi 5.5 dəfə, dövlət büdcə gəlirləri 8.6 dəfə artmışdır. Keçən dövr ərzində 17 orta və uzun müddətli dövlət proqramı qəbul edilərək tətbiq edilmişdir. Bu da ölkədə davamlı inkişaf mərhələsini və iqlimini yaratmışdır. Son qəbul edilən regional sosial-iqtisadi inkişaf proqramı isə regional və sektoral inkişaf aspektindən atılan ən əhəmiyyətli addım olmuşdur. Ancaq, təbii ehtiyatları hüquqi nöqteyi nəzərdən Azərbaycana aid olmaqla birlikdə, bu mülkiyyətin iqtisadi baxımdan həyata keçirilməsində bəzi problemlər vardır. Bu problemlərin mövcud olması, müstəqilliyi inkişaf etdirmə və sərbəst bazar iqtisadiyyatına keçid dövrünün təbii bir göstəricisi olaraq dəyərləndirilməlidir. Əsas olan problemlərin həllinə qovuşması üçün lazımi tədbirlərin gecikmədən və doğru şəkildə alınmasıdır.
Keçid dövrünün başlanğıcından etibarən dövlətin funksiyalarında dəyişikliklərdən başqa iqtisadiyyatda köklü dəyişikliklərin həyata keçirilməsi nəticəsində qiymətlərin sərbəstləşdirilməsi mövzusuna üstünlük verilərək mühüm tədbirlər həyata keçirilmiş, dövlət satınalmalarını bazar mexanizminin xaricində tutan tədbirlərə son verilmişdir. Bundan əlavə xarici ticarətdə tətbiq olunan miqdar məhdudiyyətləri qaldırılaraq, qeyri-sabit valyuta rejimi qəbul edilmişdir. Digər tərəfdən keçid dövründə keçən 15 ildən artıq bir müddət ərzində əldə edilən mövqedə makroiqtisadi göstəricilər etibarilə iqtisadiyyatda stabillik də əldə edilmişdir: Manatın dəyəri stabildir, infilyasiya çox aşağı nisbətdədir, büdcə kəsirləri çox aşağıdır, ÜDM real olaraq qənaətbəxş nisbətdə və stabil olaraq artır. Dünya Bankı, Beynəyxalq Valyuta Fondu, BMT İnkişaf Proqramı və Asiya İnkişaf Bankı kimi təşkilatlar, hökümət tərəfındən ölkədəki makroiqtisadi stabilliyin mühafizəsinə istiqamətləndirilən siyasəti müsbət dəyərləndirirlər. Bu təşkilatlar, monopoliya, qanunsuzluq, iqtisadiyyatda tarazlı sektoral və regional inkişaf ilə əlaqədar problemlərin isə, hələ də davam etməkdə olduğunu ifadə edirlər. Digər tərəfdən BMT tərəfindən nəşr olunan İnsan İnkişaf İndeksinə38 dair hesablamalara görə, 1996-cı ildən başlayaraq ölkədə İnsan İnkişaf İndeksinin stabil artış trendi seyr etdiyi müşahidə olunur. 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İnsan İnkişaf İndeksi insan inkişafının üç ölçüsünü özündə birləşdirir:
• uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
• təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və
ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
• layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında
hesablanır).
Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. Hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya
bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir. 2007-ci ilin məlumatları əsasında hazırlanmış 2009-cu il İnsan İnkişafı Hesabatına əsasən Azərbaycanda İnsan inkişafı indeksi 0,787-yə bərabərdir və o 182 ölkə arasında 86-cı yeri tutmaqla "orta" reytinqə malik olan ölkələr sırasındadır. 2006-cı ilin məlumatları əsasında hazırlanmış 2008-ci il Hesabatına əsasən Azərbaycan İnsan İnkişaf İndeksinin göstəricisi 0,758-ə bərabər olmaqla, 179 ölkə arasında 97-ci yeri tutmuşdur.
BMT-nin qəbul etdiyi qərara görə, 2015-ci ilə qədər yoxsulluq nisbətinin 50% azaldılması qarşıya məqsəd olaraq qoyulmuşdur. 2005-ci ildən etibarən BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Qara Qızılın İnsan Qızılına Çevrilməsi” layihəsinin başladılması planlanmışdır. Belə ki artıq, İlham Əliyev tərəfindən 27 sentyabr 2004-cü ildə təsdiq edilən “Qara Qızılın İnsan Qızılına Çevrilməsində Azərbaycanın Neft Gəlirlərindən Potensial Faydalanılması” layihəsi 2005-ci illn fevral ayında İqtisadi İnkişaf Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında imzalanmışdır. Layihə, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Haqqında Dövlət Proqramı və Əsrin İnkişaf Hədəfləri çərçivəsində davamlı insan inkişafını təmin məqsədilə Dövlət İnvestisiya Proqramı vasitəsilə neft gəlirlərindən faydalı şəkildə istifadə olunmasına dair makroiqtisadi tövsiyələrin və təhsil sisteminə investisiyaların istiqamətləndirilməsi vasitəsilə qeyri-neft sektorunda fəaliyyətləri artırmaq məqsədilə lazımi şəraitin yaradılmasına dair məsləhətlərin hazırlanmasını əhatə edir. Hər bir ölkədə makroiqtisadi stabilliyin əldə edilməsi və davam etməsi üçün əvvəl siyasi stabillik olmalıdır. Bu baxımadan Heydər Əliyevin iqtidara gəlməsi ilə ölkədə siyasi stabillik yaranmışdır. Daha sonra da iqtisadi iqlimin əlverişliliyini və cazibəsini Bakıyla yanaşı ölkənin bütün regionlarına da daşıyacaq dövlət təşviq siyasətlərinin və proqramlarının həyata keçirilməsi və Bakı-Ceyhanın fəaliyyətə keçməsindən sonra əldə ediləcək neft ixrac gəlirləri ilə ölkə, hər bir region və sektorunu əhatə edəcək mahiyyətdə kompleks bir inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatının son 15 ilində makroiqtisadi stabillik, müvəffəqiyyətli neft strategiyası, itirilən iqtisadi potensialın yenidən əldə edilməsi, radikal iqtisadi islahatlar və yenidən qurulma şəklində ifadə edilə biləcək olan inkişaf mərhələsindən sonra 2010-ci ildən etibarən Prezident İlham Əliyevin ifadəsiylə Azərbaycanda keçid dövrü başa çatmış və ölkə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.


  1. Yüklə 147,54 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin