Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


İkinci dövrdəki islahatlar



Yüklə 147,54 Kb.
səhifə10/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

İkinci dövrdəki islahatlar. Umummili Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin ardından ölkədə stabillik və iqtisadi inkişafın təməli qoyuldu. 1995-ci ilin yanvar ayında haqsız rəqabətlə əlaqədar bir qanun qəbul edilmişdir.1995-ci ilin aprelində isə, ilk BVF nun stabilləşdirmə proqramı qəbul edilmişdir. 1995-ci ildə BVF və digər beynəyxalq təşkilatların köməyini alan maliyyə stabillik siyasətlərinin tətbiq edilməyə başlanmasıyla iqtisadi böyümə mərhələsinə yenidən qədəm qoyulmuşdur. 1995-ci ilin sentyabrında kiçik həcmli müəssisələrin özəlləşdirilməsinə dair qanun qəbul edilmişdir. Qanun qəbul edildikdən sonra, 1996-cı ildə kiçik həcmli müəssisələrin özəlləşdirilməsinə başlanmışdır. İyun ayında Milli Bankla bağlı qanunda dəyişiklik edilərkən, sentyabr ayında bank sektorunda yenidən qurma fəaliyyətlərinə sürət verilmiş, qiymətli kağızlar bazarı fəaliyyətə başlamışdır. Avqust ayında isə, “Torpaq İslahatı Qanunu” qəbul edilmişdir. 1997-ci ilin fevral ayında dövlət alımlarında rəqabətin qorunması ilə əlaqədar qanun qəbul edilərkən, iyun ayında İflas Qanununda dəyişikliklə əlaqədar qanun qüvvəyə minmişdir. Bundan başqa iyun ayında, yeni Gömrük Qanunu qəbul edilərək sadələşdirilmiş yeni bir gömrük vergisi tətbiq edilməyə başlanmışdır. Telekommunikasiya haqqında qanun isə, iyul ayında qəbul edilmişdir. 1998-ci ildə isə enerji sektorunu yenidən bərpa etmək üçün elektro-energetika haqqında qanun qəbul edilmişdir. Avqust ayında Girov Qanunu, sentyabr ayında yeni bir Qiymətli Kağızlar Qanunu qəbul edilmişdir. 1999-cu ilin fevral ayında Məşğulluq Haqqında Qanun qəbul edilmişdir. 1999-cu ilin dekabr ayında neft gəlirlərinin vahid bir sistem altında toplanması, neft gəlirlərinin daha şəffaf qaydalara görə xəclənməsini təmin etmək məqsədiylə, mərhumPrezident Cənab Heydər Əliyev tərəfindən Neft Fondunun qurulması haqqında sərəncam verilmişdir. 1999-cu ilin sonlarında isə, Əmlak Komitəsi ləğv edilərək, yerinə 2000-ci ilin fevral ayında, dövlətə aid mülklərin özəlləşdirilməsindən məsuliyyət daşıyan Əmlak Nazirliyi təsis edilmişdir. Bundan başqa may ayında yeni bir Özəlləşdirmə Qanunu, iyun ayında isə yeni bir Vergi məcəlləsi qəbul edilmişdir. İqtisadi keçid prosesinin bu dövründə üç əsas məqsəd istiqamətində nəticələr əldə edilməsi nəzərdə tutulnuşdur:
1. Ölkənin təbii ehtiyatlarının istismarı və istifadəsinin əldə edilməsi
2. Liberal-demokratik bazar prinsiplərinə müvafiq iqtisadi strukturun yaradılmasına
cəhd edilməsi
3. Dünya iqtisadiyyatı ilə qlobal və regional iqtisadi inteqrasiyanın həyata
keçirilməsinə cəhd edilməsi
Struktur dəyişikliyinə dair qəbul edilən qərarların da təsiriylə bu dövrdə
meydana gələn irəliləyişlər əsas olaraq belə sıralana bilər:
1. Ölkə iqtisadiyyatında stabillik əldə edilmiş,
2. Ölkənin mühüm təbii ehtiyatlarını aktivləşdirmək strategiyası istiqamətində böyük nəaliyyətlər əldə edilmiş,
3. Torpağın özəl mülkiyyətə verilməsi ilə Azərbaycan kəndlərində yeni bir sosial-iqtisadi vəziyyət yaradılmış
4. İqtisadiyyatda liberallıq əldə edilməsi, xarici əlaqələrin inkişaf etdirilməsi və xarici investorların özəlləşdirməyə qoşulmasının əldə edilməsi ilə iqtisadi inkişaf yolunda təməl, mütəmadi və əhəmiyyətli bir qaynaq əldə edilmişdir.
İqtisadi inkişafın əldə edilməsi, yeni iş yerlərinin açılması, xalqın gəlir səviyyəsinin artırılması ilə həyat standartlarının yüksəldilməsi istiqamətində çox mühüm tədbirlərin həyata keçirilməsi məqsədiylə Heydər Əliyevin 2001-ci ilin mart ayında imzaladığı “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Üzrə Dövlət Proqramı”na əsasən 2003-2008 ci illəri əhatə edəcək şəkildə aparılan fəaliyyətlər də mühim əhəmiyyət kəsb etdi. 2001-ci ilin iyulun 2-də BVF-nin İdarə Heyəti “Azərbaycanda Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Azərbaycanda yoxsulluğun azaldılması proqramınının həyata keçirilməsini zəruri edən səbəblər var. Ancaq Dünya Bankınınn verdiyi məlumata görə Azərbaycanda xalqın 40-50%-nin gündəlik gəliri 1 dollardan aşağıdır. Bundan əlavə aparılan başqa bir hesablamaya görə, minimum həyat səviyyəsi üçün ayda təqribən 86 dollar lazımdır. Bir işçinin orta aylıq əmək haqqısı isə 64.4 dollardır. Bu da Azərbaycanda xalqın böyük bir hissəsinin (40-50%-nin) yoxsulluq səviyyəsindəyaşadığını göstərir. 2002-ci ilin aprel və may aylarında Heydər Əliyevin yerli və xarici iş adamları ilə görüşmələrindən sonra, Əliyevin 2002-ci ilin avqust və sentyabr aylarında imzaladığı sahibkarlığı dəstəkləyən fərmanlar ilə xüsusilə vergi, gömrük, lisenziya və müəssisələrin təftişi ilə əlaqədar həyata keçirilən struktur nizamlamalarıyla sahibkarların qarşısındakı bəzi problemlərin həllinə çalışılmışdır. Aparılan bu tənzimləmələrlə sahibkarların iqtisadiyyatda yeni bir dövrün başladığı inancını artırmağa çalışılmışdır. Ölkədə yaradılan investisiya atmosferi, xarici sahibkarların diqqətini çəkməyə başlamışdır. Sahibkarlarla aparılan görüşlər nəticəsində vergilər azaldılmış və kiçik və orta həcmli müəssisələrin inkişafı üçün proqram qəbul edilmişdir. Xülasə, 1995-2003-ci illər, sərbəst bazar iqtisadiyyatına keçidin təməllərinin atıldığı, iqtisadi böhranın dərinləşməsinin sona çatması, iqtisadiyyatda şəffaflıq əldə edilməyə cəhd edildiyi dövr olmuşdur.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin