Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Müstəqillikdən sonra üçüncü dövr (2003-cü il və sonrakı dövr)



Yüklə 147,54 Kb.
səhifə11/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

5. Müstəqillikdən sonra üçüncü dövr (2003-cü il və sonrakı dövr)
2003-ci ildən sonrakı dövr müstəqillikdən sonrakı üçüncü dövr olaraq dəyərləndirilə bilər.Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə siyasi və iqtisadi kurs daha da möhkəm təməllərlə Azərbaycanın inkişafına tövhə vermişdi.Bu dövrdə;
1. İqtisadi böyümənin sürət qazanaraq davam etdirilməsi və iqtisadi siyasətlərin gücləndirilməsi,
2. İkinci dövlət özəlləşdirmə proqramının qəbul edilməsi ilə enerji sektorunun yenidən qurulması və həcminin artırılması,
3. Əldə edilən irəliləyişə görə, iqtisadi siyasətlərin sosial istiqamətinin gücləndirilməsi, sosial rifah səviyyəsinin artırılması, bunun tərkibində cariperspektivdə hökümətin iqtisadi siyasətində enerji sektorunun sürətlə inkişafı nəticəsində əldə edilən qaynaqların digər sektorlara istiqamətləndirilməsi, reallaşdırılması kimi mühüm məqsədlər qarşıda dururdu.
Azərbaycan hökümətinin beynəlxalq təşkilatlarla etdiyi görüşlər nəticəsində məqsədlərdən biri də hazırladığı orta müddətli yeni fəaliyyət proqramı ilə rifah səviyəsinin artırılması idi. Bu səbəblə bu mərhələdə tətbiq ediləcək iqtisadi siyasətlərin məqsədi ilə daha çox qeyri-neft sektorunun inkişafı qarşıya məqsəd olaraq qoyulmuşdur. Xammalda neft və neft məhsullarının üstün olduğu neft emalı, kimya, neftkimya sənayesi və elektrik enerjisi sahələri neftin iqtisadiyyatdakı rolunu daha da artırır. Lazımi əhəmiyyətin verilməsi halında Azərbaycanda dünya səviyyəsində neft məhsulları bazarı yaradıla bilər. Stratejik əhəmiyyətə sahib olan bu sahələrə son dövrdə böyük miqdarda xarici investisiya cəlb olunmuşdur. Sənaye sektorundakı istehsal sahələrində müasirləşdirmə və yenidən inşaat üçün lazımi işlər görülür. Elektrik enerjisi sənayesi neft və qaz məhsullarının istifadəsinin faydalılığını artırır. Bu sahəyə xarici investisiya daha çox daxil olur.İqtisadi inkişaf strategiyasının yaxın perspektivdə əsas məqsədi; iqtisadi nizamlamaları dərinləşdirilərək müasir bazar münasibətləri və dünya istehsal sisteminin inkişaf tendensiyası əsasında ölkənin iqtisadi sisteminin yeni inkişaf səviyyəsinə çatması olacaqdır. Azərbaycanın iqtisadi gücünü sürətlə yüksəldəcək bu strategiya; ölkədəki təbii iqtisadi ehtiyatların aktiv istehsal mərhələsinə keçməsini əldə etmək, bu istiqamətdə Xəzərin neft və təbii qaz ehtiyatlarının iqtisadiyyatın kompleks inkişafının əldə edilməsinə istiqamətləndirilməsi, ölkənin nəqliyyat potensialının inkişafı və məhsuldarlılığının yüksəldilməsi, bəşəri ehtiyatlarında məhsuldarlığın artırılması kimi problemlərin həllini diqqətə almalıdır. 1994-cü ildə başlayan iqtisadi inkişaf strategiyası 2009-cü ildə də davam etdi. Ölkədəki inkişaf sürəti, adam başına ÜDM həcminin 5.9 min manata çatması ilə nəticələndi. Prezident İlham Əliyev tərəfindən 11 fevral 2004-cü il tarixində, Azərbaycan regionlarının 2004-2008-ci illəri əhatə edən sosial-iqtisadi inkişafı ilə əlaqədar “Dövlət Proqramı” təsdiqləndi. Həmin bu proqram, Azərbaycanda regionların iqtisadi potensiallarının və təbii ehtiyatlarının məhsuldar bir şəkildə dəyərləndirilməsi ilə başda kənd təsərrüfatı sektoru olmaqla, qeyrineft sektorlarını canlandırmaq və inkişaf etdirmək, beləliklə ölkədə məşğulluq səviyyəsini artıraraq xalqın gəlir səviyyəsinin və həyat standardının artırılmasına nail olmaq üçün atılan ən əhəmiyyətli və geniş addımlardan biridir. Dövlət proqramı 2011-ci ilə qədər ölkədə adam başına düşən ÜDM-ni 7 min dollara, özəl sektorun iqtisadiyyatdakı payını isə 85%-ə yüksəltməyi qarşısına məqsəd olaraq qoymuşdur. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı son bir neçə ildə olduqca əhəmiyyətli naliyətlər qazanılmışdır. Yoxsulluğun azaldılması ilə bağlı işlərə xüsusilə də regionların iqtisadi inkişafına daha çox diqqət verilir. Belə ki, Bakı xaricində qeyri-neft sektorunun inkişafı əhəmiyyətli dərəcədə artmışdır.



Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin