Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə34/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Boru xətti nəqliyyatı
ABŞ-dan sonra ilk dəfə boru xəttinın tikildiyi Azərbaycanda nəqliyyat sektorunda boru xəttləri ilə daşınmanın xüsusi əhəmiyyəti vardır. Neft və təbii qazın nəqlində daha çox boru xəttlərindən istifadə edilir.
Nəqliyyat sektorunda yük daşınmasında boru xətlərinin payı 1990-cı ildə
9.5% ikən, 1995-ci ildə 31.5%-ə yüksəlmişdir. Ancaq, daha sonrakı illərdə bu payda azalmalar görülür.
Nəqliyyat sektorundakı rolu, neft hasilatının artmağa başlaması ilə əhəmiyyət kəsb edən boru xəttləri, əsas ixrac boru xətti olaraq Bakı-Tbilisi-Ceyhan
neft boru kəmərinin işə düşməsi ilə yanaşı təbii qaz ixracı ilə əlaqədər Bakı- Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin tikilməsi ilə daha da əhəmiyyət qazanmışdır. Boru xəttləri ilə əlaqədar məlumatları isə, Xəzər enerji qaynaqlarının
iqtisadi əhəmiyyəti adlı fəsildə daha ətraflı məlumat veriləcəkdir.
Rabitə
Rabitə sektoru Azərbaycanın inkişaf etmiş sektorlarından biridir. Ölkənin
demək olar ki böyük bir hissəsi avtomat telefon qovşağı ilə təmin edilmişdir. Azərbaycan 1996-cı ilin dekabr ayından GSM operator sisteminə qoşulmuşdur. Simsiz rabitə Azərbaycandakı telekommunikasiya sənayesinin ən aktiv sektorudur.
Simsiz rabitə sahəsinə 1994-cü ildən etibarən, ilk simsiz şəbəkə qurulduqdan sonra böyük həcmli xarici investisiya cəlb olunmuşdur.
2004-cü ildə mobil telefon xidmətlərin həcmi 2003-cü ilə nisbətlə 47.9%
artmışdır. 1994-cü ildə ölkədə cəmi 2 min mobil telefon istifadə edildiyi halda,
2005-ci ilin əvvəllərinə olan statistikaya görə bu rəqəm 1.5 milyonu keçmişdir. 2015-ci ildə isə ölkədə istifadə edilən mobil telefonların sayı 9.7 milyona çatmışdır. Əhalinin hər 1000 nəfərinə düşən mobil telefon sayı isə 2015-ci ildə
1046 olmuşdur.
Azərbaycanda mobil telefon istifadə nisbəti regiondan-regiona dəyişir.
Bakıda bu nisbət 50% civarında olub yüksək dərəcəyə sahib olduğu halda, bəzi
kiçik şəhərlərdə bu dərəcə 10-15%-i keçmir. Bir çox hallarda mobil telefon xidməti, köhnəlmiş və təsirsiz kabel telefon bağlantılarına alternatif olur.
Azərbaycan bazarında “Azərcell” və “Bakcell” və “Nar Mobile” adlı üç
mobil operator fəaliyyət göstərir. Mobil rabitə bazarında “Azərcell”-in payı 55%, “Bakcell”-in payı isə 36%-dir. Digər 9% isə “Nar Mobile” mobil operatorunundur.
Azərbaycan arazisinin 93%-i mobil rabitənin əhatə dairəsindədir. Azərbaycanın yalnız işğal altında qalan torpaqları mobil rabitənin əhatə dairəsində deyil.
2006-cı ilin ilk aylarından etibarən “Bakcell”-in abunəçi sayı və əhatə dairəsi artır. Bunun məntiqi nəticəsi olara 2015-ci ildə “Bakcell” artıq ölkənin bütün ərazisində fəaliyyət göstərməkdədir.
Bundan əlavə “Azərcell”-dəki dövlət payı satılaraq dövlət büdcəsinə ciddi
bir vəsait gətirmişdir.
Eyni zamanda poçt sisteminə 15 milyon dollar həcmində investisiya qoyulmuş və 2006-cı ilin sonunda bütün poçt şöbələri ortaq informasiya şəbəkəsinə qoşulmuşdur.
Ölkə əhalisinin yarısına yaxınının, yaşanan köçlər səbəbiylə də Bakıda
məskunlaşdığı düşünüldükdə iqtisadi potensialın, telekommunikasiya infrastrukturunın da təsiri ilə internetin daha çox paytaxtda inkişaf etdiyi və mövcud internet abunəçilərinin 90%-lik hissəsinin Bakının payına düşməsi narahat edici məsələlərdəndir.
Azərbaycanda yüksək iqtisadi inkişaf və sürətlə formalaşan internet bazarı səbəbi ilə ölkədəki bütün telekommunikasiya xidmətlərinə bilavasitə nəzarət
edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi istər texnologiya, istərsə də ixtisaslı kadrlar baxımından bir çox problem yaşayır.
Eyni zamanda digər bir qeyd ediləcək mövzu isə, ölkədə mövcud olan dil
problemidir. Azərbaycanda yazılı media və internet servislərinin çoxu rusca olmaqla yanaşı mərhum ümummili lider Heydər Əliyevin sərancamı ilə ölkədə 2001-ci ilin avqust ayının 1-dən etibarən latın əlifbasının istifadə edilməsi həyata
keçirilmişdir. Bu vəziyyət internet mühitində dünya ilə inteqrasiyanı sürətləndirəcək, məlumatların ötürülməsini asanlaşdırarcaq ən vacib addımlardan
biri hesab oluna bilər.
Azərbaycanda böyük bir internet və informasiya bazarı formalaşır. Bu bazar istər ölkə miqyasında, istərsə də beynəlxalq səviyyədə bir sıra investisiyalar
üçün mənfəətli sahə hesab olunur. Ancaq, bu investisyaların qoyulması və müəssisələrin qurulması, ölkənin iqtisadi potensialı, qanunvericilik bazası diqqətə
alınaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayə və nəzarətində, müasir texnologiya və ixtisaslı kadrların iştirakı ilə effektli olacaqdır.
Azərbaycanda telekommunikasiya sahəsində infrastrukturun qənaətbəxş olması ilə yanaşı, iqtisadi vəziyyətlə əlaqədər maddi çətinliklər səbəbi ilə hələlik internet əlaqəsi üçün lazimi investisiyaların qoyulmadığı müşahidə edilir. Bundan
əlavə, internet vasitəsilə məlumat transferində böyük üstünlük əldə etmək üçün fiber-optik infrastruktur mövcuddur. Bu infrastruktur şəhərlərarası kommunikasiya
və bunun nəticəsində internetin daha geniş yayılması üçün istifadə edilə bilər.
Bütün peyklər birbaşa Rusiya ilə birləşdirilir, başqa ölkələrlə internet nəqli Rusiya ərazisindən həyata keçirilir. Bu isə həm mövcud vəziyyətdə Rusiya və
rus dili dominantlığının davamı, həm də gələcəkdə elektron ticarəti kimi iqtisadi
fəaliyyətlərin Moskva mərkəzli olaraq idarə edilməsi məcburiyyətini ortaya çıxarır.
Rusiya ərazisindən istiqamətləndirilən internet əlaqələrinin Türkiyə ərazisindən daha geniş miqyaslı və etibarlı bir şəkildə reallaşdırılması nəticəsində
Türkiyə, Azərbaycanda və başqa Türk respublikalarında əhəmiyyətli bir rol oynaya
biləcək.
1969-cu ildə ABŞ-da hərbi məqsədi ilə kəşf edilən internetdən Azərbaycanda 1994-cü ildən etibarən istifadə edilməyə başlanılmışdır. Türkiyə Orta Şərq Texniki Universiteti, Türkiyə Elmi Tədqiqatlar Mərkəzi ilə Azərbaycan
Elmlər Akademiyasının müştərək bir layihəni həyata keçirmələri ilə birlikdə Orta Şərq Texniki Universiteti üzərindən 1994-cü ildə ilk dəfə Azərbaycan Elmlər Akademiyası da internetdən istifadə etməyə başlamışdır. Bu layihə TİKA tərəfindən maliyyələşdirilmişdir.
2009-cü ilin sonu etibariylə ölkədə 900 mindən çox internet istifadəçisi, 20- dən çox internet təchizatçısı mövcud idisə, 2016-cü ildə internet istifadəçiləri
ölkə əhalisinin 78%-ni təşkil edir. İnternetə üzv olanların böyük bir hissəsini təşkilatlar və təhsil müəssisələri təşkil edir. Azərbaycanda internetdən istifadə edənlərin sayı dünya ortalamasından xeyli aşağıdadır.
İnternet xidməti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya alındqdan sonra göstərilə bilər. İnternet xidməti göstərən müəssisəlar bir
növ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinın ortağı kimi fəaliyyət göstərir.
Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7
fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın
inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik
Mərkəzindən yerli vaxtla saat 18:36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01:36) orbitə buraxılmışdır. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən
istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan “Azerspace-1” peyki raket kosmodromdan qalxdıqdan təqribən 35 dəqiqə sonra raketin gövdəsindən ayrılmışdır. “Azerspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi “STAR-2” peyk platforması əsasında yığılmışdır. “Azərkosmos” ASC tərəfindən “Azerspace-1” peyki üzərindən yayıma cəlb edilmək məqsədilə davamlı olaraq dünyanın bir çox ölkələrinin televiziya kanalları ilə danışıqlar aparılır. 2015-ci ilin iyul ayının 1-nə olan məlumata görə, peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır. Milli kosmik sənayenin inkişafı məqsədilə qarşıdakı illərdə ölkənin daha bir neçə süni peykinin hazırlanaraq orbitə buraxılması nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də “Azərkosmos” ASC tərəfindən əməli fəaliyyət həyata keçirilməkdədir. Belə ki, cəmiyyət tərəfindən ölkədə kosmik müşahidə geoinformasiya xidmətləri sahəsinin yaradılması və inkişafı məqsədilə ilk aşağıorbitli Yerin kosmosdan müşahidəsi peykinin ərsəyə gətirilməsi məqsədilə dünyanın bu sahədə ixtisaslaşmış şirkətləri ilə intensiv danışıqlar aparılır. Bundan əlavə, Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” layihəsi üzərində də iş gedir. Proqnozlara əsasən, hər iki peykin müvafiq olaraq 2016 və 2017-ci illərdə orbitə buraxılacağı gözlənilir. Azərbaycanın “Azerspace-1” kosmik peykini orbitə çıxarmaqla peyk operatoru kimi uğurunu təsbit etmiş “Azərkosmos” ASC aşağıorbitli peykin orbitə buraxılması ilə kosmik müşahidə xidmətləri bazarına daxil olmağı planlaşdırır. Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökümət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub (http://www.mincom.gov.az/).
Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları
(İKT) inkişaf edir. İKT-nin inkişafı üçün zəmin formalaşdırılır və lazımi dövlət
proqramları hazırlanır. İKT-nin daha da inkişafı üçün böyük həcmdə investisiyalara ehtiyac duyulur. Bu maliyyəni isə sadəcə özəl sektor vasitəsi ilə ölkəyə cəlb etmək mümkündür. Yaxın zamanlarda telekommunikasiya idarələrinin
özəlləşdirilməsi və əlverişli bazar şərtlərinin formalaşdırılması planlanır. Böyük layihələr arasında e-dövlət, e-poçt sistemlərinin hazırlanması və regionlarda televiziya və radio yayınlarının reallaşdırılması öz əksini tapır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin