MÖVZU 3. PƏSTAHLARİN HAZIRLANMA ÜSULLARI
Pəstah - emal ediləcək səthlərində ehtiyat metal təbəqə - emal payı olan hissəyə deyilir. Mexaniki emal prosesində emal payı yonqar ayırmaqla (kəsməklə və ya cilalamaqla) pəstahdan yonulur.
Pəstahlar müxtəlif texnoloji üsullarla hazırlanır:
- qara və əlvan metallardan tökməklə;
- polad və əlvan metallardan döymə və ştamplama ilə;
- plastik kütlələrdən tökmə və ştamplama ilə;
- metallokeramik və ovuntu materiallarından forma əmələ
gətirməklə;
- çeşidli yayma poladlarından kəsməklə və s.
Müxtəlif üsullarla pəstahları eyni dəqiqlikdə hazırlamaq mümkündür, lakin bu metodların səmərəliliyi eyni istehsalda müxtəlif olur. Pəstahların hazırlanmasında ən optimal variant hissənin hazırlanma qiymətinə pəstahın da dəyərinin əlavə edilməsidir.
Pəstahların hazırlanmasında vacib şərtlərdən biri pəstahın forma və ölçülərinin hazır hissənin forma və ölçülərinə yaxınlaşdırılmasıdır. Bu halda metaldan (materialdan) istifadə əmsalı yüksək (0,90 - 0,95) olur.
Metaldan istifadə əmsalı
Kmi = mh / mp kimi təyin edilir
Burada mh -hissənin kütləsi, mp - pəstahın kütləsidir. Ayrılan metal əmsalı isə aşağıdakı ifadə İlə təyin edilir
Ka = (mp - mh) mp = 1 – Kmi
Beləliklə, pəstahın rasional hazırlanma üsulunun seçilməsi metaldan istifadə əmsalının maksimum və ya ayrılan metal əmsalının minimum qiymətləri ilə xarakterizə edilə bilər.
Dostları ilə paylaş: |