Sanitar drujina
MM tibb xidmətinin kütləvi şəkildə səfərbəyliyə alınmasında sanitar, manqa və
bölmələri mühüm yer tutur. Fəlakət baş vermiş yerlərdə zədə alan şəxslərə ilk
yardım göstərilməsində başlıca vəzifə san. Drujinaların tərkibində olan sanitarlara
düşür. Bura 19 yaşdan 60 yaşınadək qadınlar, 18 yaşından 65 yahınadək kişilər
cəlb olunur. Sanitar drujinası 24 nəfərdən ibarətdir; bunlarıdan: 1 – komandir, 1 –
siyasi rəhbər, 1 – şofer, 1- rabitəçi (o, həmçinin drujinada təsərrüfat işləri müdiri
vəzifəsini daşıyır); 5 – manqa komandirləri; 15 – manqa üzvləri.
Sanitar drujinasının hər biri 4 nəfərdən ibarət olan 5 sanitar manqasına bölünür:
(bunlardan - 1 – komandir, 3 – üzv olur).
Sanitar drujinaları təyin olunmuş tabel üzrə aşağıdakı vəsaitlə təchiz olunur:
1.
pambıq parçadan kombinezon;
2.
fərdi müdafiə vəsaiti (əleyhiqaz, qoruyucu paltar, rezin uzunboğaz çəkmə və
rezin əlcək).
3.
fərdi kimya əleyhinə paket;
4.
su üçün flyaqa (qab);
5.
başa qoyan baret;
6.
qırmızı xaç nişanlı qol üçün sarğı;
7.
23 ədəd dərman və sarğı ləvazimatı idə təmin olunmuş sanitar çantası;
8.
5 ədəd sanitar xərəki;
9.
10 ədəd lyamka (yaralıları əllə daşımaq üçün);
10.
23 ədəd əl fanarı;
11.
8 ədəd fit (svestok).
Hər manqa üzvün öz vəzifəsi vardır. 3 nömrəli sanitar xərək gəzdirir, 2 və 4
nömrəli sanitarlar isə özü ilə lyamka və xəstə yaralılar üçün ehtiyat əleyhqaz
gəzdirirlər.
Hər bir drüjinaçının sanitar çantası olmalıdır və burada aşağıdakı vasitələr olur:
1. sarğı paketləri, 2. steril bintlər, 3. pambıq, 4. qayçı, 5. bağban bıçaqı, 6. süni
tənəffüs üçün mask, 7. sancaqlar, 8. turna, 9. ləçəklər, 10. 5% yod məhlulu, 11.
şpris-tyubiklər, 12. ampulada naşatır, 13.ampulada amilnitrat – spirti, 14FOZ
antidot-taren, 15. sulfadimetoksinin tab, 16. sistamin-radioaktiv zəhərlənməyə
qarşı (tabe), 17. xlortet-rasiklinin tabl.
Bunlardan əlavə ürək dərmanları, şokla mübarizə üçün sadə dərmanlar şinalar da
verilir.
Sanitar çantası 10 saatlıq iş ərzində işləmək üçün verili rvə bu müddət ərzində 1-2
dəfə doldurula bilər. Bu çanta sağ böyürdə asılır və üzərində qırmızı xaç nişanı
olur.
Bir neçə drujinaları təşkil olunmuş iri sənaye oöyektlərində, sovxozlarda və tədris
müəssisələrində, onları daha yaxşı idarə etmək məqsədilə sanitar drujinasına
dəstələri yaradılır. Sanitar drujina dəstələrin idarə heyyəti 5 nəfərdən ibarətdir.
Dəstə komandiri, su müavini və 3 nəfər rabitəçi. Sanitar dəstəsində 97 nəfər olur.
Sanitar drujinə dəstəsi eynilə sanitar drujinanın gördüyü işləri icra edir. Sanitar
drujinanın hazırlanması məktəblərdə, ali təhsil müəssisələrində və ilk qarmızı
aypara cəmiyyətində təşkil olunur.
Sanitar drujina üzvləri əldə etdiyi bilikləri əyani surətdə təkmilləşdirmək üçün,
onlar müalicə müəssisələrində xəstələrə qulluq etmək və növbətçi sanitar kimi
təhkim olunurlar. Bundan başqa san. drujina üzvləri təcili tibbi yardım
məntəqələrində və epidemiya əleyhinə stansiyalarında, görülən tədbirlərin həyata
keçirilməsində iştirak etməyə cəlb olunurlar.
Sanitar drujinalardan əlavə müəssisə və təşkilatlarda, kolxoz və sovxozlarda,
qırmızı aypara və xaç komitələrində ilk təcili yardım göstərmək üçün sanitar
postları yaradılır, onlar istehsalat və məişətdə əhaliyə yardım göstərmək üçün cəlb
olur.
Sanitar postu 4 nəfərdən ibarət olur:
1 – rəis və 3 – manqa üzvü. Sanitar postunun təchizatı eynilə sanitar manqasının
təchizatı kimidir. Düşmən hücumu zamanı sanitar postları, öz ərazisində olan
müəssisələrdə zərər çəkmiş əhaliyə ilk tibbi yardım göstərməyə cəlb olunurlar.
Bəzən sanitar drujinasının bir hissəsi başqa dəstələrə kömək üçün müvəqqəti
köçürülə bilər. Sanitar drujina və yardımların xərəklə daşınılmasını, əl altında olan
başqa vasitələrdən bacarıqla istifadə etməlidir. Bundan əlavə sarğı qoymaq,
müxtəlif materiallardan şin qoymağı bacarmalıdır, dərmanların eyni təsir
qüvvəsinə malik olan bir dərmanın başqası ilə əvəz olmasını bilməlidir.
Əsasən, sanitar drujina və sanitar postu aşağıdakı məqsədlə istifadə edilir:
1.
kütləvi qırğın ocağında ilk tibbi yardım göstərmək üçün.
2.
səyyar epidemiya əleyhinə aparılan işlərdə kömək üçün (məs. Heyətləri gəzb
qızdırmalı şəxsləri aşkar etmək, profilaktik olan dərmanlar paylamaq, dezinfeksiya
işlərində iştirak etmək),
3.
ilk tibb dəstəsi tərkibində işləyəndə tibbi şöbələrin açılmasında, xəstələrə
qulluq etməkdə, sarğı altında tibb işçilərinə köməkdə, xəstələrin nəqliyyata
mindirməkdə kömək edirlər,
4.
ixtisaslaşmış xəstəxanalar açılanda onlara kömək etmək.
Kütləvi qırğın ocağınla MM-ə rəisinin verdiyi sərəncamdan sonra sanitar
drujinaların komandirləri öz rəyini şifahi əmr halında öz işçilərinə aşağıdakı
formada bildirir: 1. iş yerinin sərhəddi, 2. tələb olunan iş həcmi, 3. zədələnmənin
xarakteri, tibbi köməyin həcmi və işləmə şəraiti, 4. yaralılarn daşınma yolu və ilk
t/dəstənin yeri (YTD), 5. müvəqqəti yığılma məntəqəsi və nəqliyyata minmə yeri,
6. yemək və istirahət qaydaları, 7. özünün olduğu yer, rabitə və məlumat vermə
qaydası.
Bütün zədə almış şəxslər ilk t/yardım aldıqdan sonra ilk t/yardım məntəqəsinə
gətirilir və burada onlara ilk həkim yardımı göstərilir. Belə məntəqələr dağıntı
ocağından 10 km uzaqlıqda ola bilər, belə olduqda zədələnmiş şəxslər avtomaşınla
buraya gətirilir.
MM tibb xidmətinin qüvvələri hərbiləşməmiş tibb dəstələrindən və tibbi
müəssisələrdən ibarətdir. Onlar tibbi tədbirləri həyata keçirmək üçün, yəni
zədələnən və xəstələrə tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur.
MM-də zədələnmiş və xəstələrə tibbi yardımın göstərilməsi iki mərhələli müalicə-
köçürmə təminatı sistemi prinsipi əsasında təşkil edilir. Bu sistemin mahiyyəti
ondan ibarətdir ki, bu zaman t/yardım tədbirləri ardıcıl və arasıkəsilmədən həyata
keçirilir. Belə olduqda zədələnmiş və xəstələrə tibbi yardım göstərməklə birlikdə
xəstələr t/yardım məntəqələrindən xəstəxana bazasının müalicə müəssisəsinə
köçürülür. Yəni zədələnmiş və xəstələnmiş şəxslərə zədə yerində ilk t/yardım
göstərdikdən sonra, onlar ilk t/yardım dəstələrinə və ya zədələnmə ocağının
yaxınlığında salamat qalmış, müalicə müəssisələrinə köçürürlər. Bu t/köçürmənin
birinci mərhələsi sayılır. Burada zədələnənlərə ilk həkim yardımı göstərilir və onlar
ikinci mərhələyə köçürülmək üçün hazırlanır.
Tibbi köçürmənin ikinci mərhələsi şəhərdən kənar zonada yerləşən xəstəxanalar
bazasında birləşən ayrı-ayrı ixtisas üzrə müalicə müəssisələrdən ibarətdir. Burda
zədələnənlərə və xəstələr ixtisaslaşdırılmış həkim yardımı göstərilir və müalicə
olunur.
Yardım göstərməzdən əvvəl xəsarət almış insanların eyni müalicə köçürmə
tədbirlərinə ehtiyacı olan qruplara ayrılması tətbiq olunur, yəni tibbi çeşidləmə
təşkil edildi. çeşidləmədə məqsəd – xəsarətə uğrayana – həmin mərhələdə
göstərilməli olan tibbi yardımın müəyyən növbəliyi və xarakterini təyin etməkdən
– və həmçinin gələcək köçürmənin növbəliyi və istiqamətini müəyyən etməkdən
ibarətdir.
Bütün yeni daxil olunmuş zədələnmişlər qabaqcadan çeşidləmə meydançasında 3
qrupa bölünürlər:
1. sanitariya təmizlənməsinə ehtiyacı olanlar, yəni zəşərləyici və radioaktiv
maddələrə məruz qalanlar, bakterial vasitələrə yoluxanlar. Onlar burada
zədələnmənin dərəcəsindən asılı olaraq tam və qismən təmizlənmədən keçirilir.
2. izolyasiyaya ehtiyacı olanlar (infeksion xəstə və şübhəli xəstələr). Belə xəstlərə
t/yardım izolyatorda ya ayrıca sarğı otağında göstərilir.
3. ətrafdakılar üçün təhlükəli olmayanlar şəxslər. Bunlar ağır və yüngül
xəstələnmişlərə bölünüb, müvafiq şöbələrə göndərilir.
Belə çeşidləmədən əlavə qəbul-köçurmə şöbəsində xəstəxananın başqa şöbələrində
zədələnmiş şəxslər 4 qrupa bölünür a. həmin mrəhələdə yardıma ehtiyacı olanlar;
b. irəliyə köçürülməli olanlar, c. sağalana qədər həmin mərhələdə qalib sıraya
qaytarıla biləcək yüngül xəstələr, d. yalnız ağır vəziyyətlərinin yüngülləşdirlməsinə
ehtiyacı olanlar.
Zədələnmişlərin çeşidləməsi həmçinin məntəqədaxili və köçürmə – nəqletmə
formasında həyata keçirilir.
1.
məntəqədaxili çeşidləmə. Xəstənin hansı şöbəyə və hansı növbədə
göndərilməsi müəyyən edilir.
2.
köçürmə – nəqletmə çeşidləmədə isə xəstənin hansı nəqliyyatda, hansı
vəziyyətdə (oturaraq, uzanmış, halda) və haraya köçürülməsi müəyyən edilir.
Tibbi köçürmədən məqsdə – xəsarətə uğrayana həmin mərhələdə göstərməli olan
tibbi yardımın növbəliyini və xarakterini müəyyən etmək və həmçinin gələcək
köçürmənin növbəsini və istiqamətini təyin etməkdir.
Nüvə partlayışı, kimyavi və bakterioloji hücum zamanı əhali arasında sanitar-
gigiyena və epidemiya əleyhinə tədbirlər həyata keçirirlər. Bu vəzifələrin yerinə
yetirmək üçün sanitar-epidemioloji stansiyaları əsasında səyyər epidemiya əleyhinə
dəstələr yaradılır. Bu dəstələrin əsas vəzifəsi əhalinin bakteriya əleyhinə
mühafizəsini təşkil etməkdir. Bu məqsədlə ərazidə bakterioloji kəşfiyyatı aparılır,
ərazinin və suyun labarator analizi edilir, əhali arasında sanitariya təmizliyi,
dezinfeksiya və deratizasiya işləri aparılır, epidemioloji yoxlamalar aparılır.
Dostları ilə paylaş: |