lyuzit), ümumi təsirli (sinil turşusu, xlorsian), boğucu təsirli (fosgen, difosgen),
psixogen təsirli (Vi-qazlar), qıcıqlandırıcı təsirli (adamsit, xlorpikrin,
xlorasetofon).
2.
Ərazidə toksiki təsirini saxlamaq qabiliyyətinə və hidrolizə meylliliyinə görə
(taktiki klasstfikasiya) ZM 2 qrupu ayırd edilir: davamsız (sipnid turşusu, xlorsian,
fosgen, difosgen), yüksək uçuculuq və ətraf ərazini qısa müddətə zədələyən və
davamlı (iprit, zoman), ləng buxarlanan və uzun
müddətə ərazini zədələyən
(saatlar, günlər, həftələr və hətta aylar).
3.
Zədələnmənin nəticələrinə görə: öldürücü təsirli ZM (xarin, xoman, sianid
turşusu, iprit və s.); insanları normal vəziyyətdən qısa mıddətə çıxaran (psixogen
təsirli ZM).
4
. Təsir müddətinə görə: tez təsir edən-təsiri qısa müddətdən sonra özünü büruzə
verir (Vi-qazlar); ləng təsirli (saatlar və ya daha sonra).
Belə ZM tipik
nümayəndələri azotlu və kükürdlü ipritlər, fosgen, difosgen.
5.
Tətbiq edilməsi ehtimalına görə 2 qrupa bölünür. Birinci qrupa fosforlu üzvü
birləşmələr, iprit aiddir. Onları «tabel vasitələri» adlandırırlar və tətbiq
edilmə
ehtimallə ZM-dir. Bütün digər ZM «məhdud ehtimallı və ehtiyatda olan ZM»
adlanır.
ZM ərazidə davamlılığı—bu onun tətbiq edildiyi andan, şəxsi heyətin zədələnmiş
sahəni tərk etməsinə qədər və ya orada mühafizə vasitələrsiz
qala biləcəyi
müddətdir. ZM orqanizmə tənəffüs üvləri (inhalyasion), yara səthi, selikli qişalar
və dəri örtükləri (dəri-rezorbtiv) vasitəsilə daxil olur.
Zəhərlənmiş qida və sudan
istifadə etdikdə zədələnmə mədə-bağırsaq yolu vasitəsilə baş verir. ZM çoxu
kumulyativ xüsusiyyətə, yəni toksiki effektin toplanması xüsusiyyətinə malikdir
Ölümcül təsirli ZM canlı qüvvəni uzun müddətə sıradan çıxarır.
Müvəqqəti olaraq
sıradan çıxaran ZM insanlarda psixi pozğunluq əmələ gətirir. Qıcıqlandırıcı təsirli
ZM canlı qüvvənin əzab çəkməsi üçün nəzərdə tutuliuşdur.
Zədələyici təsirin tezliyinə görə ZM dərhal təsir göstərən, ləng təsir göstərən
növlərə ayrılır. İkincilərin zədələyici təsiri bir neçə müddətdən sonra (gizli dövr)
özünü göstərir.Tətbiqindən sonra zəhərli təsirnin
nə qədər müddətə davam
etməsinə görə ZM davamlı və davamsız növlərə bölünür.
ZM davamlılığı onların fiziki və kimyəvi xüsusiyyətlərindən, tətbiqi üsulundan,
meteroloji şəraitdən, tətbiq edildiyi ərazinin xarakterindən asılıdır. Davamlı ZM öz
zədələyici təsirini bir neçə saatdan bir neçə həftəyə qədər saxlayır.
Onlar ləng
buxarlanır, havanın və ya nəmişliyin təsirindən az dəyişikliyə uğrayır.
Davamsız ZM öz zədələyici təsirni açıq yerlərdə bir neçə dəqiqəyə, durğun
yerlərdə (meşələrdə, vadilərdə, tikililərdə) –on dəqiqə və ya daha artıq saxlayır.
Dostları ilə paylaş: