Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə6/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26

Ədəbiyyat





  • M. İ. Cəfərov və baş.- «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası», Bakı, 2000, 264s.

  • H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367s.

  • В. С. Косинский и др. - «Основы земледелия и растениеводство».,

Москва, «Колос», 1980, 333с.

ельскохозяйственных культур», Москва, 1988, 300с.

  • G. D. Неттевич - «Выращивание пивоваренного ячменя», Москва,

«Колос», 1981, 206с.

  • В.A. Зырянов и др.– «Уход за посевами озимых культур», Москва, 1990, 78с.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 c.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 c.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.


Arpanin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyasi
Əhəmiyyəti. Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar.

Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-64% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül olur. Dənin 1 kq-ı 1,2 yem vahidinə bərabərdir.

Arpa insanlara qədimdən daş dövründən məlumdur. Bizim eradan 4-5 min il əvvəl yalnız ərzaq məqsədi üçün becərilirdi. Sonralar yem və daha sonralar isə pivə məqsədi üçün becərməyə başlamışlar. Pivəlik arpanın pərdəliyi 8-10% və cücərmə enerjisi 95% olmalıdır. Pivəlik məqsədi üçün ikicərgəli arpa becərilir. Pivəlik arpanın tərkibində zülal 7-9%, nişasta isə 78% olduqda daha əlverişlidir. 1000 ədəd toxumun kütləsi 40-45 q olmalıdır.

Yayılması və məhsuldarlığı. Arpanın bioloji xüsusiyyətləri onu müxtəlif iqlim şəraitində becərməyə imkan verir. Ona görə də bu bitki dünyada geniş yayılmışdır. Dünya miqyasında arpanın əkin sahəsi 100 mln hektara yaxındır. Ən çox əkin sahələri Kanadada (4-5 mln/ha), ABŞ-da (3-4 mln/ha), İspaniya, Fransa, İngiltərə və Mərakeşdədir. Əkin sahəsinə görə buğda, çəltik və qarğıdalıdan sonra arpa 4-cü yeri tutur.

Arpa bitkisi eyni zamanda Şimali Qafqazda, Belarusiyada, Ukraynada və Orta Asiya respublikalarında becərilir.

Respublikamızda payızlıq arpanın əkin sahəsi 348.8 min hektar, ümumi məhsul istehsalı 939,0 min ton və hektardan orta məhsuldarlıq (2016 –cü il) 26,9 sentner olmuşdur. Yazlıq arpa müvafiq olaraq 6,4 min hektar, məhsul istehsalı 15,2 min ton və məhsuldarlıq 23,9 sentnerə çatmışdır.

Azərbaycanda arpanın Pallidium–596, Qarabağ-7, Naxçıvandəni-310, Tsiklon, Cəlilabad-19, Cəlilabad-23, Qarabağ-21və Baharlı sortları becərilir.



Botanıki təsviri. Arpa hordeum cinsinin 3 növü mədəni becərilir. Hordeum vulqare, H. distichon, H. intermedium.

Arpanın cücərtiləri tüstüvari yaşıl rəngdədir. Yarpağının qulaqcıqları çox iri olub bir-birinin üzərinə keçir. Sünbül oxunun hər pilləsində üç sünbülcük əmələ gəlir. Çiçək qrupu sünbüldür. Sünbülcüyü bir çiçəklidir. Çiçəyində 3 erkəkcik bir dişicik vardır. Sünbülcük pulcuqları xırda, ensiz-lansetvaridir. Çiçək pulcuqları dənə yapışır. Xarici çiçək pulcuğunun nəhayətindən qılçıq çıxır. Öz-özünü tozlayandır.

Sunbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişaf etmə dərəcəsinə görə səpin arpası üç yarımnövə bölünür.


  1. Çoxcərgəli arpalar sünbülün sıxlığına görə iki qrupa ayrılır.

a) düzgün çoxcərgəli – altıüzlü

b) düzgün olmayan çoxcərgəli – dördüzlü



  1. İkicərgəli

  2. Keçid.

Bioloji xüsusiyyətləri. Arpa bitkisinin toxumları 1-2 oC temperaturda cücərməyə başlayır. Cücərmə üçün optimal temperatur 20-22 oC-dir. Arpa cücərtiləri -8 oC şaxtaya dözürlər. Toxum cücərmək üçün öz kütləsindən 48-50% artıq nəmliyi qəbul edir. Bitkilər - 14-16 oC şaxtaya dözürlər. Çiçəkləmə dövründə temperaturun 34-36oC-yə çatması əlverişli sayılır.

Payızlıq arpa uzun gün bitkisidir. Yarovizasiya mərhələsini nisbətən qısa müddətdə keçirir. Cücərmədən 15-18 gün sonra kollanmaya başlayır. Toxum cücərərkən 5-8 rüşeym kökcüyü əmələ gətirir.

Arpa müxtəlif torpaq-iqlim zonalarında becərilir. Torpaq və qida maddələrinə tələbkardır. İnkişafın əvvələrində fosfor elementinə daha çox ehtiyac göstərir. Fosfor və kaliumla təmin edildikdə bitkilər qışa daha çox davamlı olurlar. Torpağın reaksiyası (pH=7.0) neytrala yaxın olduqda daha yaxşı inkişaf edirlər.

Növbəli əkində yeri. Arpanı müxtəlif sələflərdən sonra əkmək mümkündür. Adətən təsərrüfatlarda onu qarğıdalıdan, günəbaxandan və birillik dənli-paxlalı bitkilərdən, payızlıq buğdadan, kartofdan sonra, hətta pambıq əkən rayonlarda pambıqdan sonra yerləşdirdikdə yaxşı nəticələr əldə edilir. Pivə məqsədi üçün ən çox cərgəarası becərilən bitkilərdən sonra əkilir. Ərzaq məqsədi üçün və eləcə də yem məqsədi ilə dənli taxıl bitkilərindən sonra becərilməsi daha səmərəlidir.

Gübrələmə. Mühüm aqrotexniki tədbirlərdən biri də əkinlərin gübrələnməsidir. Arpa bitkisi bir ton əsas və əlavə məhsulla torpaqdan 25-30 kq azot, 11-12 kq fosfor və 20-24 kq kalium elementi aparır. Gübrəyə həssas bitkidir. Fosforun verilməsi bitkinin qışa davamlılığını artırır. Arpa inkişafının ilk dövrlərində qida elementlərini artıq sərf edir. Borulaşma dövründə ümumi normanın 50%-ə qədərini mənimsəyir.

Fosfor və kalium gübrələri əsasən şum altında verilir. Bu gübrələr eyni zamanda arpanın pivə bişirmək keyfiyyətini yaxşılaşdırır.



Torpağın becərilməsi. Payızlıq arpa bitkisindən yüksək məhsul əldə etmək üçün hər bir sortun bioloji xüsusiyyətinə və becərildiyi bölgənin torpaq-iqlim şəraitinə uyğun becərilmə texnologiyası tətbiq edilməlidir.

Torpağın becərilməsində məqsəd, torpağı eroziyadan qorumaq, nəmliyi toplanmaq və qoruyub saxlamaqdan ibarətdir. Torpağın keyfiyyətli üsulla becərilməsi əkin qatının nəmliyinə, alaqlarla zibillənməsinə təsir edir ki, bu da çıxışların yaxşı alınmasına və məhsuldarlığın yüksəlməsinə öz təsirini göstərir.

Bitkili herikdə, yazlıq aə payızlıq birillik paxlali bitkiləri, qarğıdalını, kartofu, çuğunduru, tütünü, pambığı və s. becərmək olar. Belə herikdə becərilən hər bir bitkiyə yüksək aqrotexniki qulluq edilməli, onların məhsulu tez yığılmalı və sahə təxminən payızlıq buğda səpininə 35-40 gün qalana qədər şum edilib səpinə hazırlanmalıdır.

Bir çox təsərrüfatlarda payızlıq buğda və ya arpa yerinə yenidən arpa səpilir. Belə olduqda sahənin səpin üçün hazırlanmasına daha çox diqqət yetirmək lazımdır. Əgər sələf bitkisi yığıldığı dövrdə torpaqda nəmlik kifayət qədərdirsə və sahə alaq otlarından təmizdirsə, məhsulu yığarkən kombaynın arxasınca sahədə 28-30 sm dərinlikdə şum aparmaq, dərhal malalamaq və hamarlamaq lazımdır. Bundan sonra səpinə qədər sahədə əmələ gələn alaq otlarıni məhv etmək üçün kultivasiya çəkmək və malalama aparmaq lazımdır. Şumdan əvvəl hektra 10-15 ton yarımçürümüş peyin və 1,5-2 sentner superfosfat verilməlidir. Əgər sahədə çoxlu alaq otları cücərtisi varsa və torpaq qurudursa, məsləhət görülür ki, sələf bitkisi olan buğda və ya arpa yığılan kimi kövşən yeri dərhal diskli və laydırlı üzləyici ilə kombaynın arxasınca dərhal 5-6 sm dərinlikdə üzlənsin. Alaq otlarının cücərməsinə yaxşı şərait yaratmaq və keyfiyyətli şum aparılmasını təmin etmək üçün üzləmədən sonra hektara 500-600 m3 hesabı ilə suvarma aparılmasının böyük əhəmiyyəti vardır. Üzləmədən 3-4 həftə sonra, alaq otları cücərdikdə 25-30 sm dərinlikdə şum edilir.

Yaz və payız quraq keçən illərdə tarla alaq otlarından təmizdirsə əsas becərmə diskli üzləyici və ya laydırsız aqreqatla aparılır.

Respublikamızın suvarılan ağır qranulometrik tərkibli torpaqlarında şumun dərinliyi 28-30 sm, qərb bölgələrində 25-28 sm, Abşeronda 23-25 sm, dəmyə rayonlarda nisbətən dayaz 20-22 sm dərinlikdə laydırsız kotanlarla aparıla bilər.

Respublikamızda yonca və xaşa altından çıxmış sahələri payızlıq arpa səpini üçün istifadə etmək mümkündür. Bunun üçün otun sahədən yığımı ilə taxıl səpini arasındakı müddətin bir aydan az olmaması nəzərdə saxlanmalıdır. Sələf bitkilərinin yeni pöhrə verməməsi üçün kotanın önkotancığının qabağında gəvahinin və bütün kotanın engötürümü qədər 5-6 sm dərinlikdə kök boğazını kəsmək üçün bıçaq qondarmq lazımdır. Bundan başqa yoncalıqlar şumdan əvvəl ağır diskli mala ilə disklənərsə çoxillik otların kökboğazının qurumasına şərait yaradılmış olar. İmkan olarsa, çimliyə herbisidlərdən biri çilənməlidir. Diskləmədən sonra önkotancıqlı kotanla 28-30 sm dərinlikdə şum qaldırılmalıdır. Arpanın səpininə qədər şum disklənməli, malalanmalı və ütülənməlidir.

Ağır mexiniki tərkibli torpaqlarda şum altına illik peyin normasının hamısını, fosforun isə 80-90%-ni vermək lazımdır. Şumdan səpinə qədər sahəyə bir neçə dəfə kultivasiya çəkilərək alaq otları məhv edilir. Əgər sahə alaqsızdırsa nəmlik itkisinin qarşısını almaq üçün şumun köndələn istiqamətində sahə 1-2 iz 6-8 sm dərinliyində malalanır. Səpinqabağı becərmədə isə yenidən 6-7 sm dərinliyində kultivasiya çəkilərək malalama aparılır.

Tarla alaqlı, torpaq quru olduqda kövşənlik diskli mala ilə 5-6 sm dərinlikdə üzlənir. Sonra 500-600 m3/ha normasında tarla suvarılır. Taxılın və alaq otlarının toxumları cücərdildikdən sonra yenidən üzləmə aparılır və şum qaldırılır. Səpinə qədər lazım gələrsə tarlaya kultivasiya və mala çəkilir. Tarla arat edilir, səpinqabağı becərmədən sonra dərhal səpin keçirilir. Arat edilməyən sahələrdə səpindən sonra şırımla suvarma aparılır.

Əsas və səpinqabağı becərmə üsulları sələflərdən və torpaq-iqlim şəraitindən asılıdır. Cərgəaraları becərilən bitkilərdən sonra torpaq 28-30 sm dərinlikdə şumlanır. Səpinə qədər alaqlarla mübarizə məqsədi üçün sahəyə kultivasiya çəkilir.

Səpinqabağı sahəyə toxum səpilən dərinlikdə (5-7sm) kultivasiya çəkilərək malalanır. Səpindən 10-15 gün qabaq ağır qranulometrik tərkibli torpaqlar arat edilir. Yüngül torpaqlarda səpsuvar aparılır. Əgər şum altına gübrə verilməyibsə, səpin qabağı kultivasiya altına verilir.

Laydırsız şum. Son dövrlərdə əkinçiliyin rastlaşdığı daha ciddi problemlər torpaqbecərmədə maşın və aqreqatların təsirindən yaranan deqradasiyalardır. Bu zaman torpağın məhsuldar üst qatı kənd təsərrüfatı maşınlarının işlək sistemləri və alətlərin işçi orqanları ilə həddən artıq kipləşir, onun struktur elementləri pozulur. Bu halda məhsuldarlıq 20-40%-ə qədər aşağı düşür, yanacaq sərfi 18%-ə kimi artır. Gübrələrin səmərəliliyi və suyun istifadə əmsalı 30-40%-ə qədər aşağı enir. Torpağın kipləşməsi - maşın deqradasiyası qlobal problem olmaqla bütün dünyada kənd təsərrüfatına ciddi ziyan vurur. Bu deyilənləri minimuma endirmək, torpağı yumşaltmaq, eyni bərabərdə və sağlam çıxışlar almaq üçün torpaqbecərmə texnologiyasının düzgün seçilməsindən çox asılıdır.

Torpaq münbitliyinin saxlanması və yaxşılaşdırılması üçün ən mühüm tələblərdən biri torpağın strukturunu dağıtmayan becərmə üsullarının tətbiqidir. Bu üsullardan ən əhəmiyyətlisi kimi laydırsız şumu göstərmək olar.

Hal-hazırda Avstraliyada, Şimali Amerikada Avropada böyük ərazilərdə torpağın havalanmasını və yumşalmasını təmin edən laydırsız şum get-gedə böyük şöhrət qazanmaqdadır. Klassik şumlama ilə müqayisədə bu üsul daha çox sadə və kifayət qədər səmərəlidir. Laydırsız şumlama zamanı sahədə torpağı çevirmədən hava kameraları əmələ gəlir ki, bu da torpağı bir qədər qaldırır. Sonra yağışlar yağarkən su torpağın dərinliyinə düşür və torpağın hərarəti yüksəlir. Bu zaman torpaqda olan bitki və heyvan mənşəli qalıqların parçalanması nəticəsində humus əmələ gəlir. Torpaq həyata qayıdır və münbitliyini yenidən əldə etmiş olur.

Laydırsız kotanla ilkin şum apararkən 10 sm-dən artıq dərinləşməyə ehtiyac duyulmur. Lakin növbəti becərmələrdə dərinləşmə 15-20 sm təşkil etməlidir. Laydırsız şum bir qayda olaraq sahənin mailliyi istiqamətinin əksinə və köndələn aparılmalıdır. Nəticədə bu üsulla torpaqda əmələ gətirilmiş yarıq-kanallar yağış sularına maillik istiqamətində azad hərəkət etmək imkanı yaradır. Praktiki olaraq torpaq həyəcan keçirmir, buna görə də bitki kökləri hətta yeni şumdan sonra da eroziyaya qarşı sipər olur.

V. R. Vilyamsın torpaq strukturunun yalnız çoxillik otlar hesabına yaradılması fikrini T. S. Maltsev rədd etmişdir. O, göstərir ki, yalnız çoxillik otlar deyil , birillik bitkilər də çürüntü toplamaq qabiliyyətinə malikdir. Bu da öz növbəsində torpaqda struktura yaranmasına və münbitliyin bərpa olunmasına yardım edir.

T. S. Maltsev çoxillik otların yaradığı şəraiti birillik bitkilər üçün yaratmaq məqsədilə yeni torpaqbecərmə sistemini irəli sürmüşdür. O, uzun müddət apardığı təcrübə işlərinə istinad edərək göstərir ki, torpağın hər il şumlanmasına ehtiyac yoxdur. T. S. Maltsev torpağın laydırsız kotanla layı və alt qatı çevirmədən 4-5 ildə bir dəfə dərin şumlanması, qalan illər isə torpağın yalnız üzdən yumşaldılmasını məsləhət görür. Bu qayda ilə becərilən bitkilərin yaşayış şəraiti çoxillik otların yaşayış yaxınlaşır, birillik bitkilərin torpağa toplanan kök qalıqları çürüntü halına keçir, torpaq çürüntü ilə zənginləşir və münbitləşir.

Beləliklə ekoloji əkinçilik dağıdıcı becərmə üsullarından və bütün canlıları məhv edən kimyəvi vasitələrdən imtina etməklə torpağın təbii özünübərpa prosesini təmin edir və ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalına davamlı zəmin yaradır.

Torpağın laydırsız üsulla becərilməsinin nəticələri (üstünlükləri);

- Torpağın canlanması: soxulcan və mikroorqanizmlərin fəaliyyəti nəticəsində torpaq böyük dərinlikdə humusla zənginləşir və hava ilə doydurulur.

- Torpağın yumşaldılması nəticəsində su ona asan keçərək turşuluğu normal səviyyəyə çatdırır; su özündə mineral elementləri həll edərək onları bitkilər üçün mənimsənilən formaya salır.

- Yaxşı havalanma nəticəsində torpaq qışda hədsiz soyumur, yayada isə hədsiz isinmir. Torpaq suyu daha çox hopdurur və beləliklə orada böyük miqdarda yağış sularının ehtiyatı yaranır, nəmliyin sürətlə buxarlanması baş vermir. Gecə şehi bitki örtüyü tərəfindən udularaq sonrakı istifadə üçün saxlanılır.

- Qurumuş köklər bitki və mikroorqanizmlər üçün qida mənbəyinə çevrilir və torpaqda keçidlər və boşluqlar yaradırlar. Eyni zamanda qurumuş köklər parçalanaraq torpağı azotla zənginləşdirir.

- Sonralar əkilmiş birillik və çoxillik bitkilərin köklərinin torpağa asan işləməsi təmin olunur.

- Yenidən dağıdıcı becərmə üsulların istifadə edilməməsi və bütün canlıları məhv edən kimyavi maddələrin torpağa verilməməsi şərti ilə burada özünübərpa etmə prosesi fəallaşır.

İndiki dövrdə aqrar sahədə çalışan mütəxəssislər qarşısında tarla bitkilərinin məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması kimi çox mühüm və aktual məsələ durur. Bu məsələnin həllinə torpaq ehtiyatlarından düzgün və səmərəli istifadə etməklə yanaşı, elmi cəhətdən əsaslandırılmış texnoloji tədbirlərin həyata keçirilməsi sayəsində nail olmaq mümkündür.

Alimlər tərəfindən qranulometrik tərkibi ağır, yüksək dərəcədə qaysaq bağlayan torpaqlarda tam və gümrah çıxış əldə etmək üçün müəyyən aqrotexniki tədbirlər işlənib hazırlanmışdır ki, onlardan tirəyə, bazıya (ləkə), mulçaya və s. səpin üsullarını göstərmək olar .

Müəyyən edilmişdir ki, suvarılan və cərgəarası becərilən bitkilər əkilən torpaqlarda adətən, suvarmaların nəticəsində torpaq daha tez kipləşir və bərkiyir. Bundan əlavə struktursuz, qranulometrik tərkibi ağır olan torpaqlara yağış və ya su düşdükdə, havalar azacıq istilənən kimi onun üzərində qalın və möhkəm qaysaq qatı əmələ gəlir. Göstərilən mənfi cəhətləri aradan qaldırmaq üçün sahələrdə tirə və ya ləklər düzəldilir (tirə bir, lək isə iki cərgəli olur). Tirə və ləklərin hündürlükləri müxtəlif ola bilər. Onların hündürlükləri səpin sxemindən, torpaq-iqlim şəraitindən (xüsusən, əsən küləklərin sürətindən) və s. asılıdır. Bir qayda olaraq gencərgəli səpinlərdə çox şaxələnən bitki becərdikdə tirələrin hündürlüyü çox olmaqla, tirələr ilə tirə arası da artıq götürülür və əksinə, darcərgəli səpinlərdə tirələr dar və alçaq düzəldilir. Belə ki, tirələr darcərgəli səpinlərdə hər 60 sm-dən və 18 sm hündürlükdə və gencərgəli səpinlərdə isə hər 90 sm-dən bir və 25-30 sm hündürlükdə düzəldilir.





Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin