Mündəricat Giriş I fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları II fəsil. Zonal və meridional sirkulyasiya indekslərinin istifadəsi


Cədvəl 2.2. Fəsli ultraqütb reperlər proseslərin təkrarlanması qaydaları



Yüklə 0,79 Mb.
səhifə10/13
tarix05.01.2022
ölçüsü0,79 Mb.
#111772
1   ...   5   6   7   8   9   10   11   12   13
Cədvəl 2.2. Fəsli ultraqütb reperlər proseslərin təkrarlanması qaydaları

Ultraqütb təsirlərdən başqa, reper proseslər qismində Avropa və SSRİ-nin Avropa hissəsi üzərində olan stasionar antisiklonları istifadə etmək olar. Həmin antisiklonlarda dörd aylıq ritmlik müşahidə olunur. Əgər ilkin proses stasionar antisiklonla dörd ay əvvəl müşahidə olunan proses qeyri − analoji deyilsə, onda dörd aydan sonra gözlənilən proses analoji proses olacaq.

V.Q.Şişkovun və N.İ.Zverevin tədqiqatlarına əsasən üç və beş aylıq ritmik fəaliyyət təkcə ultraqütb təsirlərinə məruz hərəkətlər deyil. Ümumiyyətlə, bütün təbii sinoptik dövrlərə aiddir.

Yer səthi və 500 mbar bərabər səthdə barik sahələrin işarələri eynidirsə təbii sinoptik dövrlər analoji dövrlər adlanır. Yəni >0, >0,80. Yığma − kinematik xəritədə əsas barik sahələrin paylanması əksdirsə onda proses əks proses olur. AT500 xəritəsində ilkin prosesin əsas yala (çökəkliyə) mütləq çökəklik (ya C) aid olmalıdır.

Təbii sinoptik rayonun ərazisində analoji (oxşar) proseslərin barik sahələrinin işarələri 58% halda, əks proseslərin 40% halda işarələri üst-üstə düşür. 41-57% halda sahələrin işarələri üst-üstə düşmədiyi halda proses qeyri analoji proses sayılır. Şişkovun tədqiqatlarına görə proseslərin ritmik olması qaydaları:

1) Əgər təbii sinoptik dövrdə Şimali Amerikanın qərb sahillərindən Yenisey çayına kimi 90 (150) gündən çox müşahidə olunan ilkin proses əks prosesdirsə onda Avropanın ərazisində əks proses gözləmək lazımdır.

2) Əgər təbii sinoptik dövrdə 90 (150) və 45 (75) gün əvvəl oxşar və əks proseslər müşahidə olunubsa, onda 90 (150) gündən sonra analoji proses və 45 (75)-dən sonra isə əks proses gözləmək olar.

Makroproseslərin ritmikliyinin öyrənilməsinə yönələn tədqiqatlarla yanaşı, proqnostik əlaqələrin öyrənilməsi zamanı hansısa bir ay üçün olan proseslərin sonrakı altı ayda oxşarların seçilməsinə yönəlməlidir. Makroproseslərin müəyyən aylar daxilində oxşarlığın ədədi qiymətləndirilməsi zamanı, proqnostik əhəmiyyət kəsb edən sinxron əlaqələrin olması aşkar edildi.

İl ərzində eyni zaman müddətində təkrarlanan atmosfer makroproseslərinə iqlim reperləri deyilir. İqlim reperlərinə misal kimi aşağıdakı qanunauyğunluqları göstərmək olar: yanvar ayının ikinci yarısının prosesləri oktyabr ayının ikinci yarısının analoji prosesləri ilə 71% təminatla eynidir. Fevral ayının ikinci yarısının prosesləri eynilə noyabr ayının ikinci yarısının prosesləri ilə 70% təminatla eynidir.

Q.V.Svinuxov öz tədqiqatlarında göstərmişdir ki, ikinci sinoptik rayonda cənub və tropik siklonların əmələ gəlmə ritmikliyi mövcuddur.

Son illər müəyyən olunmuşdur ki, termobarik sahənin müəyyən tipi təbii sinoptik fəsil zamanı stratosferin aşağı hissəsində müşahidə olunur. Bundan başqa həmin vaxt stratosferdə makroproseslərin üç və beş aylıq ritmikliyi müşahidə olunur.

Uzun müddətli hava proqnozları üsulların bir çoxunda, tədqiqat zamanı sinoptik arxivdən götürülmüş oxşar vəziyyətlərdən və ya oxşar illərdəki makroproseslərin təhlilindən istifadə edilir. Analoqların seçilməsi çox məsuliyyətli işdir.





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin