Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə101/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   97   98   99   100   101   102   103   104   ...   519

Meyyit namazı


Məsələ 560: Hər bir müsəlman və büluğ həddinə çatmış şəxsin meyyiti üçün namaz qılmaq vacibdir. Büluğ həddinə çatmamış uşağın yaşı altıdan az deyilsə, vacib ehtiyata əsasən, onun meyyiti üçün namaz qılınmalıdır.

Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.

Məsələ 562: Meyyit namazında dəstəmaz, qüsül və ya təyəmmüm, bədən və libasın pak olması şərt deyil. Amma müstəhəb ehtiyat budur ki, başqa namazlar üçün nəzərdə tutulmuş şərtlərə riayat edilsin.

Məsələ 563: Meyyit namazını üzü qibləyə qılmaq vacibdir. Vacib ehtiyat budur ki, meyyiti namaz qılan şəxsin qarşısında arxası üstə uzatsınlar, onun baş tərəfi namaz qılanın sağında, ayaq tərəfi namaz qılanın solunda yerləşsin.

Məsələ 564: Namaz qılanın yeri meyyitin yerindən yuxarı və ya aşağı olmamalıdır. Amma azca fərqin eybi yoxdur. Namaz qılan şəxs meyyitdən uzaqda dayanmamalıdır. Amma bu namazı cəmiyyətlə qılan şəxs uzaq dayandıqda yaxın dayanmış şəxsə cərgə ilə bağlı olarsa eybi yoxdur.

Məsələ 565: Namaz qılan şəxs meyyitin qarşısında dayanmalıdır, onlar arasında pərdə və divar kimi arakəsmə olmamalıdır. Amma meyyiti tabut və bu kimi şeylərə qoymağın eybi yoxdur.

Məsələ 566: Meyyit namazını ayaq üstə, Allaha yaxınlıq məqsədi ilə qılmaq lazımdır. Niyyətdə meyyit müəyyənləşdirilməlidir. Məsələn, niyyət edilir ki, bu meyyitə namaz qılıram, qürbətən iləllah. Meyyit namazını ayaq üstə qılacaq şəxs olmasa, ona oturaq vəziyyətdə namaz qılınmalıdır.

Məsələ 567: Meyyit vəsiyyət etsə ki, ona meyyit namazını müəyyən bir şəxs qılsın, onun vəsiyyətinə əməl etmək vacibdir. Bu işdə meyyit sahibindən icazə almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, icazə alınsın.

Məsələ 568: Bir meyyitə bir neçə meyyit namazı qılmaq məkruhdur, bəyənilmir. Hətta bir nəfərin həmin namazı bir neçə dəfə qılmasına irad var. Amma meyyit elm, fəzl, təqva əhli olarsa, bu iş məkruh sayılmaz.

Məsələ 569: Əgər meyyiti bilməzlikdən, unutqanlıqdan və ya hər hansı başqa bir üzürlü səbəbdən namazsız dəfn edərlərsə və ya dəfndən sonra ona qılınan namazın batil olduğu bilinərsə, həmin qaydada qəbrə namaz qılmaq vacibdir.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin