Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə341/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   337   338   339   340   341   342   343   344   ...   519

Məkruh müamilələr


Məsələ 1751: Əksər fəqihlər aşağıda qeyd edilən müamilələri məkruh bilmişlər və onlardan çəkinmək yaxşıdır:

1-Sərraflıq və insanı sələmçiliyə və yaxud hər hansı bir haram əməllərə sövq edən işlər; 2- Kəfən satmağın peşə halı alması; 3- Alçaq, zahirdə mallarının halal olmalarına baxmayaraq, müamilələri şübhəli olan şəxslərlə müamilə etmək; 4- Sübh azanı ilə günəşin doğuş arasında müamilə etmək; 5- Bir malı almağa başlayan şəxsin müamiləsi bitməmişdən öncə başqa birisinin müamiləyə müdaxiləsi.


Haram və batil müamilələr


Məsələ 1752: Aşağıdakı hallarda müamilə batildir:

1-Vacib ehtiyata əsasən, murdarın özünü, yəni, zatən murdar olan şeylərin (sidik və qan kimi) alqı-satqısı; Bu baxımdan, murdar peyinlərin alqı-satqısının eybi yoxdur. Lakin, onlardan istifadə etmək maneəsizdir. Amma zamanımızda yaralıların, xəstələrin xilası üçün istifadə edilən qanın, həmçinin, keşikçi və ov itlərinin alqı-satqısı caizdir; 2- Qəsb edilmiş malın alqı-satqısı; Sahibi müamiləyə icazə versə istisnadır; 3-Adi mənfəətləri haram olan -musiqi və qumar alətləri kimi- şeylərin alqı-satqısı; 4- Bə’ziləri üçün dəyərli olmasına baxmayaraq, camaat arasında mal hesab olunmayan - əksər həşaratlar kimi – dəyərsiz şeylərin alqı-satqısı; 5- Sələmli müamilələr; 6- Alıcı keyfiyyətindən xəbərsiz olan əsil olmayan malı –su qatılmış süd, piy və ya başqa şey qatılmış yağ- satmaq. Bu işə “Ğəşş” deyilir və böyük günahlardan biri sayılır. Peyğəmbəri-əkrəmdən (s) belə nəql edilir: “Müsəlmanla müamilədə ğeşş edən, onlara zərər yetirən, saxtakarlıq və hiylə edən şəxs bizdən deyil. Allah müsəlman qardaşı ilə ğəşş edənin ruzisindən bərəkəti aparar, qazanc yolunu bağlayar və onu öz başına buraxar.”; 7- Bədən üzvlərinin- böyrək və s. alqı-satqısı. Lakin, ehtiyata əsasən, bədən üzvünü özünə deyil, üzvü verən şəxsin bədən üzvünün götürülməsinə verdiyi icazə müqabilində pul ala bilər. Bu işin özü bədən sahibi üçün heç bir təhlükə yaratmadığı halda caizdir; 8- Yararsız yerlər əlamət vurmaqla kiminsə mülkünə çevrilmir və onun alqı-satqısı caiz deyil. Əksinə, onu canlandırmalı- əkib-becərmək üçün hazır etməlidir.



Məsələ 1753: Sonradan murdarlanmış, amma suya çəkilməsi mümkün olan pak bir şeyin- meyvə, parça, xalça kimi - murdar halda satılmasının eybi yoxdur. Lakin müştəri ondan yemək və ya paklıq şərt olan yerlərdə istifadə etmək üçün almaq istəsə, gərək ona (sözü keçən şeylərin murdar olması) deyilsin.

Məsələ 1754: Əgər suya çəkilməsi mümkün olmayan (yağ kimi) pak bir şey murdarlansa və yalnız yemək üçün istifadə edilsə, satılması batil və haramdır. Əgər pak olması şərt olmayan başqa yerlərdə istifadə etmək mümkündürsə (murdarlanmış neft kimi), müamiləsi düzgündür.

Məsələ 1755: Qeyri-islami ölkələrdən gətirilən qida və yaxud dərman kimi mə’mulatların murdar olması qəti olmadıqda, müamilələrinin eybi yoxdur. Məsələn, süd, pendir və yağın tam avtomatlaşdırılmış texniki üsulla istehsal edilməsinin ehtimal olunması.

Məsələ 1756: Qeyri-islami ölkələrdən gətirilən və yaxud kafirlərdən alınan ətlərin alqı-satqısı batildir. Lakin, onların şəriət göstərişi və yaxud müsəlman nəzarəti altında kəsilməsini (zibh edilməsini) bilsə, eybi yoxdur.

Məsələ 1757: Müsəlman bazarından və ya müsəlman əlindən alınan ətlərin alqı-satqısının eybi yoxdur. Lakin kafir ölkələrindən və ya kafirdən alan müsəlmanın heyvanının şəriət göstərişi ilə zibh edilib-edilməməsini araşdırmadığını bilsə, onun alqı-satqısı batil və haramdır. Əgər zahirdə dinə bağlı olan, araşdırdığı ehtimal olunan bir müsəlmandan alsa, müamiləsi düzgündür. Amma kafir ölkələrindən gətirilən dəriləri almaq icazəli və pakdır, hərçənd, onunla namaz qılmaq olmaz.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin