Məsələ 2395: Əgər daimi zövcə dünyadan köçərsə və onun övladı olmazsa, malının yarısı ərinə çatır, qalan hissə o biri vərəsələrə verilir. Əgər həmin ərdən və ya başqa bir ərdən övladı varsa, bütün malın dörddə biri ərə verilir, qalan hissə varislərə çatdırılır.
Məsələ 2396: Əgər ər dünyasını dəyişsə və övladı olmasa, malının dörddə biri daimi zövcəsinə çatır. Qalan hissə vərəsələr arasında bölünür. Əgər həmin zövcədən və ya başqa zövcədən övladı olarsa, malın səkkizdə biri zövcəyə verilir, qalan hissə varislərə çatdırılır.
Məsələ 2397: Qadın ərin bütün malından irs götürür. Amma torpaq və onun qiymətindən irs almır. Bu torpaq ev və ya bağ, əkin sahəsi və bu kimi bir şey ola bilər. Amma binanın tikili və ağac kimi fəzasından irs götürmür. Fəzada olanlar qiymətləndirilməli və onların qiymətindən irs verilməlidir.
Məsələ 2398: Qadın ərindən ona irs qalmamış torpaq və bina kimi bir şeydən istifadə etmək istəsə vərəsələrdən icazə almalıdır. Vərəsələr də irsin fəzasında olan tikili kimi bir şeyin qiymətindən ödəməmiş həmin şeydən qadından icazəsiz istifadə edə bilməzlər. Yalnız qadın icazə verdikdə onun payını ödəməmiş tikilini satmaq olar. Əks təqdirdə bu iş yolverilməzdir.
Məsələ 2399: Əgər bina və ağac kimi şeylərə qiymət qoymaq istəsələr hesab üçün nəzərə almalıdırlar ki, bu şeylər icarə haqqından əlavə hansı dəyərə malikdir.