Məsələ 1570:Müctəhid məsləhət bildikdə, çoxlu xüms borcu olan və onu verməyə imkanı olmayan şəxsə İmamın (ə) payını bağışlaya bilər.
Məsələ 1571: Bir şəxs İmamın (ə) payını təqlid etmədiyi müctəhidə o halda verə bilər ki, o müctəhidlə təqlid etdiyi müctəhid İmamın (ə) payını eyni şəkildə istifadə etməsini bilir.
Məsələ 1572: Adil olmayan seyidə xüms vermək olar. Lakin, ehtiyac vacibə əsasən, (xüms) aşkar günah etməyən şəxsə verilsin. Günah məqsədi ilə səfər etməyən şəxsin yolda müşkülü çıxdığı halda ona xüms vermək olar; Tövbə edib, yolun davamını günah etməyən şəxsə də xüms vermək olar.
Məsələ 1573: 12 İmamı (ə) qəbul etməyən seyidə, vacibun-nəfəqəyə, məsələn, insan öz xümsünu seyid arvadına verə bilməz. Əgər arvad çarəsizlik üzündən, kişinin vacibun-nəfəqəsi olmayan şəxslərin xərclərini ödəyirsə, istisnadır.
Məsələ 1574: Seyidlərin seyid olması aşağıdakı üsullarla sabit olur:
1. İki nəfər adil şəxs onun seyidliyini təsdiq etsin (bir nəfər də kafidir).
2. Güman və yaxud yəqinə səbəb olmasından asılı olmayaraq, öz şəhər və məntəqəsində seyidliyi ilə məşhur olsun.
Məsələ 1575: Xərci ayrısına vacib olan, lakin bu xərcləri ödənilməyən fəqirə xüms vermək olar. Məsələn, əri gündəlik tələbatını ödəyə bilməyən seyidə xanım xüms ala bilər.