Məsələ 1566: Xüms iki yerə bölünməlidir: bir qismi İmamın (ə) mübarək payı, ikinci qismi isə seyyidlərindir. Seyyidin payı fəqir, ehtiyaclı yetim və yaxud səfərdə müşkülü çıxan (öz məntəqələrində fəqir olmasa belə) ehtiyaclı seyidlərə verilməlidir. Zamanımızda İmamın (ə) payı ədalətli müctəhidə və yaxud onun nümayəndəsinə verilməli və onlar da onu İmamın razılığı olan müsəlmanların rifahı, xüsusi ilə elmiyyə hövzələrinin (dini mədrəsələr) idarəsi və s. üçün istifadə etsinlər.
Məsələ 1567: İmamın mübarək payını, yalnız adil müctəhidin icazəsi və zəruri hallar riayət edilməklə, məscid, hüseyniyyə, xəstəxana, tibb məntəqəsi, məktəb və s. inşa edilməsi üçün istifadə etmək olar. Lakin, seyidlərin payını yuxarıda qeyd etdiyimiz yerlərdən başqa xərcləmək olmaz.
Məsələ 1568: Borclu şəxs, müctəhid və yaxud onun nümayəndəsi məsləhət bildiyi halda, borcunu əldən-ələ verib, öz boynuna alıb, hissə-hissə ödəsin.
Məsələ 1569: Seyidlərin payını, (vacib ehtiyata əsasən) müctəhidin icazəsi olmadan yuxarıda qeyd edilən seyidlərə vermək olmaz. İmamın (ə) payı da müctəhidin icazəsi olmadan istifadə edilsə məqbul deyil. Müctəhid sonradan qəbul edib icazə versə, istisnadır.
Məsələ 1570: Müctəhid məsləhət bildikdə, çoxlu xüms borcu olan və onu verməyə imkanı olmayan şəxsə İmamın (ə) payını bağışlaya bilər.
Məsələ 1571: Bir şəxs İmamın (ə) payını təqlid etmədiyi müctəhidə o halda verə bilər ki, o müctəhidlə təqlid etdiyi müctəhid İmamın (ə) payını eyni şəkildə istifadə etməsini bilir.
Məsələ 1572: Adil olmayan seyidə xüms vermək olar. Lakin, ehtiyac vacibə əsasən, (xüms) aşkar günah etməyən şəxsə verilsin. Günah məqsədi ilə səfər etməyən şəxsin yolda müşkülü çıxdığı halda ona xüms vermək olar; Tövbə edib, yolun davamını günah etməyən şəxsə də xüms vermək olar.
Məsələ 1573: 12 İmamı (ə) qəbul etməyən seyidə, vacibun-nəfəqəyə, məsələn, insan öz xümsünu seyid arvadına verə bilməz. Əgər arvad çarəsizlik üzündən, kişinin vacibun-nəfəqəsi olmayan şəxslərin xərclərini ödəyirsə, istisnadır.
Məsələ 1574: Seyidlərin seyid olması aşağıdakı üsullarla sabit olur:
1. İki nəfər adil şəxs onun seyidliyini təsdiq etsin (bir nəfər də kafidir).
2. Güman və yaxud yəqinə səbəb olmasından asılı olmayaraq, öz şəhər və məntəqəsində seyidliyi ilə məşhur olsun.
Məsələ 1575: Xərci ayrısına vacib olan, lakin bu xərcləri ödənilməyən fəqirə xüms vermək olar. Məsələn, əri gündəlik tələbatını ödəyə bilməyən seyidə xanım xüms ala bilər.
Məsələ 1576: Vacib ehtiyata əsasən, seyidlər illik xərclərindən artıq xüms ala bilməzlər.
Məsələ 1577: Şəhərində müstəhəqqin (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxs) olub-olmamasından asılı olmayaraq, xümsün bir şəhərdən ayrı şəhərə aparılmasının maneəsi yoxdur. Lakin, hər bir halda, xüms tələf olduqda gərək ayrı malından onu ödəsin və aparma xərci də öz öhdəsinədir. Lakin, şəriət hakiminin nümayəndəsinə versə, o, bir şəhərdən ayrı şəhərə apardığı zaman tələf olsa, ona heç nə vacib olmaz.
Məsələ 1578: Fəqir seyidlər qazanc və iş üçün sərmayəyə ehtiyaclı olsalar, xüms adı ilə (yalnız onların ehtiyacını ödəyən miqdarda) onlara vermək olar.
Məsələ 1579: Seyidlərin payı ehtiyaclarından çox olduğu halda onu adil müctəhidə vermək lazımdır ki, lazım bildikləri yerlərdə istifadə etsinlər. Əgər onların ehtiyaclarından az olarsa, İmamın (ə) payından götürüb onlara vermək olar. Belə olan halda, seyidlərin payının az və ya çox olmasının eybi yoxdur.
Məsələ 1580: Ehtiyac vacibə əsasən, seyidlərin payı, ayrı maldın yox, həmin maldan və ya işlək puldan verilməlidir. Yaxud da, ayrı malı müstəhəqqə (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxsə) satıb, sonra borcu ünvanı ilə hesab etsinlər.
Məsələ 1581: Ehtiyaclı seyidə borc verən şəxs ondan alacağını xüms adı ilə hesab edə bilər. Lakin, İmamın (ə) payında şəriət hakiminin icazəsi lazımdır.
Məsələ 1582: Seyidə, xüms verilən zaman onun xüms olduğunu demək lazım deyil; xümsü niyyət edib, onu hədiyyə adı ilə verə bilər. Həmçinin, şəriət hakiminin icazəsi isə İmam payını müstəhəqlərə (o adla) verə bilər.
Məsələ 1583: Müstəhəqq (şəxs) xümsü alıb malikə (onu verənə) bağışlaya bilməz. Öz şə’nində olan bir malı olsa və imkan olsa ona bağışlasa, istisnadır.
Məsələ 1584: Əgər xümsü şəriət hakimi, yaxud onun vəkili ilə əldə dolandırıb (Bu belədir ki, bir kəs xümsü öz əli ilə verib sonra yenidən borc kimi alır) sonrakı il ödəmək istəsə o ilin mənfəətlərindən azalda bilməz. Məsələn, əgər 2000 tuman xümsə borcludursa sonrakı ilin mənfəətlərindən 20000 tuman xərclərindən artıq qalıbsa, gərək 20000 tumanın xümsünü versin, sonradan xüms kimi borclu olduğu 2000 tumanın əlavəsindən versin.
Məsələ 1585: Seyid payının seyidlərə verilməsində məqsəd onların zəkat almaqdan məhrum olmalarıdır. Bu baxımdan, bu ayrı-seçkilik sayılmır. Onların zəkat almamalarının səbəbi isə uyğun mövzularda bəyan edilib.
zəkat Mal zəkatının hökmləri
Məsələ 1586: Zəkat 9 şeyə vacibdir: 1-Buğda; 2-Arpa; 3-Xurma; 4-Üzüm (kişmiş); 5-Qızıl; 6-Gümüş; 7-Qoyun; 8-İnək; 9. Dəvə.
Əgər bir şəxs bu 9 şeydən birinin sahibi olsa, gərək sonradan qeyd ediləcək məsələlərdə bəyan edilən şərtlər əsasında müəyyən miqdarını təyin edilmiş yerlərdə istifadə etməlidir. Habelə, hər il iş, qazanc, alverin sərmayəsindən, həmçinin başqa taxıllardan (buğda, arpa, xurma, kişmişdən başqa) zəkat vermək müstəhəbdir.
Zəkatın vacib olma şərtləri
Məsələ 1587: Zəkat bir neçə şərtlə vacib olur:
1. Mal sonradan qeyd ediləcək nisab həddinə çatsın.
2. Sahibi həddi-büluğa çatmış və ağıllı olmalıdır.
3. O maldan təsərrüf etmə qüdrətinə malik olmalıdır.
4. İnək, qoyun, dəvə, qızıl və gümüş məsələsində 12 ay keçməlidir. Lakin, vacib ehtiyata əsasən, on ikinci ayın əvvəllərindən zəkat (qeyd edilənlərə) aid olur (vacib olur). Əgər bəzi şərtlər 12-ci ay əsnasında aradan getsə, zəkat ödənilməlidir.
Məsələ 1588: İnək, qoyun, dəvə, qızıl, gümüş sahibi il əsnasında həddi-büluğa çatarsa, ona zəkat vermək vacib deyil.
Məsələ 1589: Buğda və arpanın zəkatı dənin bərkidiyi-ona buğda və arpa deyildiyi halda vacib olur. Üzüm və kişmişin zəkatı meyvənin yetişdiyi- ona üzüm deyildiyi haldadır. Xurmanın hökmü isə yetişib, yeməli olduğu zamandadır. Lakin, buğda və arpanın zəkatının verilmə zamanı xırman edilib, samandan ayırdıqlarından sonradır. Xurma və kişmişdə quruyan zamanıdır. Əgər onu tər (qurumamış) halında istifadə etmək istəsələr, qurumuşu nisab həddinə çatdığı halda, zəkatını verməlidirlər.
Məsələ 1590: Buğda, arpa, kişmiş, xurma məsələlərində zəkat o vaxt vacib olur ki, zəkat vacib olan vaxtda onların sahibi həddi-büluğa çatmış olsun.
Məsələ 1591: İnsanın qəsb edilmiş və ondan istifadə edə bilmədiyi malın zəkatı yoxdur. Həmçinin, qəsb edilmiş və zəkatı vacib olan vaxtda qəsb edənin öhdəsində olan, lakin sonradan sahibinə qaytarılan əkin sahəsinin zəkatı yoxdur.
Məsələ 1592: Əgər bir nəfər zəkatı olan qızıl, gümüş və s. bir şeyi borc alsa və (bu şeylər) bir il onun yanında qaldığı halda, gərək zəkatını versin. Borc verən şəxsə isə heç nə vacib olmur.
Məsələ 1593: Buğda, arpa, xurma və kişmiş nisab həddinə çatdıqda zəkatı vacib olur. Onların nisabı 288 Təbriz “mən”indən 45 misqal azdır ki, təqribən 847 kq-miqdarındadır.
Məsələ 1594: Zəkatı verilməmişdən qabaq istifadə edilən və yaxud birinə verilən üzüm, xurma, arpa və buğdanın zəkatı verilməlidir.
Məsələ 1595: Əgər (malın) sahibi zəkat vacib olandan sonra ölsə, zəkat onun malından verilməlidir. Lakin, zəkat vacib olmamışdan qabaq ölərsə, zəkat varislərin öhdəsindədir. Yənin hər birinin payı nisab həddinə çatarsa, zəkatını verməlidirlər.
Məsələ 1596: Şəriət hakimi buğda, arpa samandan ayırdıqdan, üzüm, xurma quruduqdan sonra zəkatlarının toplanılması üçün mə’mur təyin edə bilər. Əgər məhrumların payı olan zəkatın ödənilməsindən boyun qaçırarlarsa, zor gücü ilə onlardan ala bilər.
Məsələ 1597: Əgər bir şəxs əkin sahəsini və yaxud bağı zəkat vacib olmazdan qabaq satın alsa, onun zəkatı yeni sahibə vacibdir. Lakin, zəkat vacib olandan sonra alsa, zəkat satıcının- köhnə sahibin öhdəsinə düşür.
Məsələ 1598: Əgər insan buğda, arpa, xurma, yaxud üzüm alsa və satıcının onun zəkatını verdiyini bilsə, zəkat ona vacib deyil. Şəkk etdiyi halda da heç nə ona vacib deyil. Lakin, onun zakətını vermədiyini bilsə (həmin) zəkat daxilində olan alver batildir, lakin, şəriət hakimi icazə versə, istisnadır. Belə olan halda zəkat miqdarının qiymətini satıcıdan alırlar. İcazə vermədikdə zəkatı alıcıdan alacaqlar. Əgər alıcı onun miqdarını satıcıya veribsə, onu geri ala bilər.
Məsələ 1599: Əgər buğda, arpa, xurma və ya üzümün çəkisi tər vaxtında nisab həddinə çatsa və quruduqdan sonra nisab həddinə çatmasa, onun zəkatı vacib deyil.
Məsələ 1600: Əgər xurma və üzümü qurumazdan qabaq istifadə edib və yaxud satsalar, onların zəkatı, quru vaxtlarında nisab həddinə çatdığı halda, vacib olur.
Məsələ 1601: Zəkatı verilmiş taxıllar bir neçə il də onun yanında qalsa, zəkatı yoxdur.
Məsələ 1602: Yağış suyu, yeraltı suvarma kanalı, çay, bənd və ya yerin rütubəti ilə suvarılan buğda, arpa, xurma və üzümün zəkatının miqdarı onda biri qədərdir. Əgər, dərin, yarı dərin və ya dayaz quyuların suyu, nasos, əl və yaxud heyvanın quyu və çaydan su çəkməsi ilə suvarılarsa, zəkatı iyirmidə biri qədərdir.
Məsələ 1603: Əgər bir əkin sahəsi yağış və yaxud quyu suyu ilə suvarılsa və onlardan birinin çox az təsiri olduğu üçün hesaba alınmasa, zəkat ən çox suvarılan vasitəyə əsasən verilməlidir. Lakin, əgər hər ikisi ilə diqqət yetiriləcək qədər suvarılıbsa, məsələn, yarısı və ya üçdə biri yağış suyu və qalanı quyu suyu ilə suvarılıbsa, onun zəkatının bir hissəsi onda biri və digər hissəsini iyirmidə biri hesabı ilə verməlidir.
Məsələ 1604: Əgər suvarmanın yağış və yaxud quyu suyu və bu kimi vasitələrlə olmasını bilməsə, yalnız iyirmidə biri ona vacibdir.
Məsələ 1605: Əgər tarla yağış və yaxud çay suyu ilə suvarılıb quyu suyuna ehtiyac olmasa və bununla belə yenə də quyu suyu ilə suvarılsa və bu işin məhsulda heç bir təsiri olmasa, zəkatı onda biri qədərdir. Yaxud əksinə, quyu suyu ilə suvarılsa və yağış ona yağsa və məhsulunda heç bir təsir qoymasa, zəkatı iyirmidə biri qədərdir.
Məsələ 1606: Əgər bir tarlanı quyu suyu ilə suvarsalar və onunla yanaşı olan tarla onun rütubətindən istifadə edib, yenidən suvarılmasına ehtiyacı olmasa, quyu suyu ilə suvarılan tarlanın zəkatı iyirmidə bir və onunla yanaşı olan tarlanın zəkatı onda biri qədərdir.
Məsələ 1607: Ehtiyat vacibə əsasən, əkin üçün xərclədiklərini və həmçinin toxumun qiymətini məhsuldan azaltmasın.
Məsələ 1608: Hər vaxt üzüm və yaxud xurma ağacı alsa onun qiyməti şübhəsiz xərclərindən sayılmır. Əgər üzüm və xurmanı yetişməzdən qabaq alsa, vacib ehtiyata əsasən, onun da pulunu məhsuldan azaltmamalıdır. Həmçinin, torpaq almaq üçün verdiyi pul da xərclərdən sayılmır.
Məsələ 1609: Əgər insan fəsilləri bir-biri ilə fərqlənən, yəni əkinçilik məhsulları və meyvəsi bir vaxtda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, yaxud üzümü olsa, onların hamısı bir ilin məhsulu hesab olunur. Bu halda birinci yetişən şey nisab həddinə çatdığı halda, zəkatı verilməlidir. Qalanlarının zəkatını isə onların yetişdikləri vaxt verməlidir. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, səbr etməli, digər məhsullarda yetişməli və bu məhsullar üst-üstə nisab həddinə çatarsa, onun zəkatı vacibdir.
Məsələ 1610: Əgər xurma və üzüm ağacları bir ildə iki dəfə meyvə versə və üst-üstə yığıldıqda nisab həddinə çatsa, vacib ehtiyata əsasən, zəkatı vacibdir.
Məsələ 1611: Əgər xurma və üzümün zəkatı ona vacib olsa zəkatı təzə xurma və üzümdən verə bilməz (Lakin, təzə xurma və üzümü müstəhəqqə sata və onun borcunu zəkatdan hesablaya bilər). Əgər xurma və üzümü qurumamışdan qabaq satmaq istəsə, onun zəkatını özündən verə bilər.
Məsələ 1612: Əgər bir nəfər dünyasını dəyişsə və öhdəsində vacib zəkat və həm də camaata borcu olsa, ilk olaraq vacib olan bütün zəkatı zəkatı vacib olan maldan verməli və sonra borclarını ödəməlidirlər. Bu bir halda ola bilər ki, [ölən şəxsin] zəkatı vacib olan malı olsun.
Məsələ 1613: Həm əkini və həm də borcu olan bir şəxs ölsə və varisləri əkinə zəkat vacib olmazdan qabaq onun borcunu başqa maldan ödəsələr, varislərdən hansının payı zəkat həddinə çatsa, zəkatını verməlidir. Yox, əgər borcunu zəkat vacib olmamışdan qabaq ödəməsələr və ölən şəxsin malı yalnız borcu qədər olarsa, zəkat vacib olmaz.
Məsələ 1614: Əgər əkin sahəsinin məhsullarının yaxşı-pisi varsa hər birinin zəkatı o maldan verilməli və yaxud qiymətini hesablamalıdır. Hamısının zəkatını pis məhsuldan verə bilməz, lakin hamısını yaxşı məhsuldan verməsi yaxşıdır.
Dostları ilə paylaş: |