Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə83/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   80   81   82   83   84   85   86   87   88

Sığorta


Məsələ 2438: Sığorta sığortalanan şəxs və sığorta şirkəti arasında müqavilədir. Sığortalanan şəxs şirkət və ya şəxsə ödədiyi pul müqabilində düşdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular, insanın həyatı və bu kimi digər şeylər sığortalana bilər.

Məsələ 2439: Sığorta müqaviləsində iştirak edən tərəflər büluğ həddinə çatmış və ağıllı olmalıdır. Onlar müqaviləni öz istəkləri ilə imzalamalıdır. Tərəflərdən heç biri ağılsız olmamalı, sığortada aşağıdakı şərtlər nəzərdə tutulmalıdır:

1. Sığorta ünvanı tə’yin edilməlidir. Məsələn, hər hansı nəqliyyat vasitəsi, tikili və şəxs;

2. Sığorta müqaviləsində tərəflərin tə’yini;

3. Sığortalanan şəxsin ödəməli olacağı məbləğin müəyyənləşdirilməsi;

4. Sığorta müddətinin tə’yini. Məsələn, filan gündən filan günədək və ya bir il müddətinə;

5. Hansı zərərlər müqabilində sığorta haqqının ödənməsi. Məsələn, yanğın, xəstəlik, oğurluq, ölüm və başqa bu kimi səbəblər;

6. Sığortalanan şeyin qiymətinin tə’yini. Məsələn, evin 30 milyon və ya başqa bir qiymətə sığortalanması.

Məsələ 2440: Sığorta əqdi siğəsini istənilən bir dildə oxumaq olar. Sığorta müqaviləsi yazılıb imzalana bilər.

“Təlqİh” (qadının mayalandırılması)


Məsələ 2441: Tibbi vasitələrlə kişinin spermasını onun zövcəsinin bətninə köçürmək olar. Amma bu işdə müqəddimələr şər’i və halal olmalıdır, haramdan çəkinmək zəruridir.

Məsələ 2442: Kişinin sperması zövcəsinin bətninə köçürüldüyü zaman (halal və ya haram müqəddimələrlə) doğulan uşaq halalzadə sayılır. Bu uşaq həmin kişi və qadının uşağıdır. Ona bütün övlad hökmləri tətbiq edilir. (İrs, nəfəqə və s.)

Məsələ 2443: Naməhrəm kişinin spermasını qadının bətninə köçürmək olmaz. Bu işdə qadın və ya onun ərinin icazəsi şərt deyil. Belə bir iş görülsə və uşaq doğulsa, iş şübhəli vəziyyətdə həyata keçmişsə (kişi güman etmişsə ki, öz zövcəsidir və qadın güman etmişsə ki, öz ərinin spermasıdır və sonradan mə’lum olmuşsa ki, belə deyil) uşaq həmin kişi və qadınınkı sayılır və bütün övladlıq haqlarından faydalanır. Amma bu iş bilərəkdən görülsə, doğulan uşaq onların övladı sayılmır, irs və bu kimi haqlardan faydalanmır. Amma doğulan uşaq sperma sahibi, qadın və onun yaxınları ilə məhrəmlik haqlarına malik olur.

Orqanların köçürülməsi


Məsələ 2444: Ürəyin, böyrəyin, bədən üzvlərinin köçürülməsi mümkündür. Bu üzvlər diri və ölü şəxsdən götürülə bilər. Meyitin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. Amma müsəlman meyitin orqanını o vaxt götürmək olar ki, başqa bir müsəlmanın həyatı bundan asılı olsun. Hər halda ehtiyata əsasən müsəlman meyitdən götürülən üzvün diyəsini fiqh kitablarında göstərildiyi qaydada ödəmək lazımdır.

Məsələ 2445: Əgər bir şəxs həyatda olduğu vaxt orqanlarından istifadə üçün icazə versə və ya öldükdən sonra onun qəyyumları belə bir icazə versə, diyə və digər hökmlər dəyişmir və ehtiyat budur ki, istənilən bir halda diyə ödənsin.

Məsələ 2446: Sağlam insanın bədən üzvünü götürüb başqa bir insana köçürmək, məsələn, iki böyrəyi olan şəxsin bir böyrəyini böyrəyi fəaliyyətdən düşmüş insana köçürmək orqan sahibinin razılığı ilə mümkündür. Amma böyrəyi götürülənin həyatı üçün təhlükə yaranmamalıdır. Ehtiyat budur ki, pul aldıqda üzvün özünə görə yox, onun götürülməsinə icazə müqabilində alsın.

Məsələ 2447: Müalicə, əməliyyat və ya həyatı qorumaq məqsədi ilə bir insanın qanını o birinə köçürmək olar. Bu qanın müsəlman və ya kafir, kişi və ya qadın qanı olmasının fərqi yoxdur. Bu məqsədlə qan alış-verişinin eybi yoxdur.

Məsələ 2448: Ölüdən və ya diridən hər hansı orqanı götürsələr və digər bir şəxsə köçürsələr bu orqan murdar və meyit sayılmır və onunla namaz qılmaq olar.

Məsələ 2449: Tibbi məqsədlə müsəlman meyitini bir neçə şərt ödəndikdə yarmaq olar:

1. Bu işdə məqsəd müsəlmanların qurtuluşu məqsədi ilə tibbi mə’lumatlar əldə edilməsi olmalıdır. Belə ki, meyiti yarmadan bu mə’lumatları əldə etmək mümkün olmasın;

2. Qeyri-müsəlman meyiti əldə etmək mümkün olmasın;

3. Ehtiyac həddi ilə kifayətlənmək lazımdır. Deyilən şəraitdə meyitin yarılması hətta vacibdir. Qeyri-müsəlman meyitini yarmaq üçün isə bu şərtlər ödənməyə də bilər.

Məsələ 2450: Yarılacaq meyit müsəlmansa və ona qüsl verilmişsə, ona toxunmaqla qüsl vacib olmaz. Başqa hallarda hər dəfə ölüyə toxunduqdan sonra meyitə toxunmaq qüslü vacib olur. Qüsl vermək məşəqqətə səbəb olarsa, təyəmmüm etmək olar. Amma yarılma işi ətsiz sümükdə və ya qəlb və beyin kimi bir orqanda aparılarsa qüslə ehtiyac yoxdur. Meyit yarılarkən əlcəkdən istifadə edilsə qüsl vacib olmaz.

Məsələ 2451: Əgər meyitin yarılması şər’i qaydada yerinə yetirilərsə onun diyəsi yoxdur.

Müzaribə


Məsələ 2452: “Müzaribə” dedikdə bir fərd və ya qrupun sərmayə yatırması, başqa fərd və ya qrupun bu sərmayə ilə işləməsi nəzərdə tutulur. Bu işin gəliri müqavilə şərtlərinə uyğun olaraq bölünür və hər kəs öz payını götürür.
Məsələ 2453: Müzaribənin qızıl və ya gümüş sikkələri ilə aparılması vacib deyil. İstənilən bir malla müzaribə etmək olar. Eləcə də, şərt deyil ki, ticarət sahəsinə sərmayə yatırılsın. İstehsal sahələrinə də sərmayə yatırmaq olar. Bu əsasla fabrik və zavod səhmlərini alıb onların qazancından istifadə etmək düzgün sayılır.
Məsələ 2454: Müzaribədə iki tərəfin payı faizlə hesablanmaya da bilər. Onlar hansısa bir miqdar müəyyənləşdirə bilərlər. Məsələn, filan sərmayə müqabilində 10 min manat qazanc nəzərdə tutula bilər. Bir şərtlə ki, müzaribənin qazancı tə’yin olunmuş miqdardan artıq olsun. Əgər əskik olarsa, müzaribə düzgün deyil.
Məsələ 2455: Bankların şəxslərin pulu ilə həyata keçirdiyi müzaribədə şər’i qaydalar gözlənilərsə və iş təkcə kağız üzərində getməzsə, belə bir müzaribə düzgündür və onun qazancı halaldır.
Məsələ 2456: Müzaribədə işçinin günahı olmadan zərər yaranarsa, bu zərər sərmayəyə aiddir. Onu işçinin hesabına yazmaq və iki tərəf arasında bölmək olmaz.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin