Mühasibat uçotu A.H.Əliyeva
85
7.2. Mühasibat balansının quruluşu və
balans maddələri
Bazar iqtisadiyyatına keçidlə
əlaqədar olaraq müha-
sibat uçotu sistemi və prinsiplərinin beynəlxalq standartlara
uyğunlaşdırılması məqsədilə respublikamızda
mühasibat
balansının forma və məzmununda bir sıra dəyişikliklər edil-
mişdir. Mühasibat (maliyyə) hesabatlarının
nümunəvi for-
maları və o cümlədən mühasibat balansı, onların doldurul-
ması qaydaları, Azərbaycan Respublikası Maliyyə Nazirliyi
tərəfindən müəyyən edilir.
Təsərrüfat
vəsaitlərinin tərkibi, yerləşməsini və onla-
rın əmələ gəlmə mənbələrini ayrı-ayrılıqda
əks etdirmək
üçün balans iki: aktiv və passiv hissədən ibarət cədvəl for-
masında tərtib olunur.
Balansın mövcud vəsaitlərinin
tərkibini və yerləşmə-
sini özündə əks etdirən hissəsi
aktiv
adlanır. Aktiv vəsaitlə-
rin hərəkətini, fəaliyyət göstərməsini, gələcəkdə ondan iqti-
sadi qazanc əldə etmək mümkünlüyünü ifadə edir.
Mühasibat uçotunun beynəlxalq standartlarına görə balan-
sın aktivinə fəal işləyən, mənfəət (pul) gətirən əmlak küt-
ləsi kimi baxılır. Bu da aktivdə
cəmləşən gələcək iqtisadi
fayda deməkdir.
Balansın aktiv hissəsi
iki bölmədən
ibarətdir:
Qısamüddətli aktivlər;
Uzunmüddətli aktivlər.
Beynəlxalq standartlara müvafiq olaraq aşağıdakı
hallarda aktivlər qısamüddətli aktiv kimi təsnifləşdirilir:
* müəssisənin normal əməliyyat dövründə satılmaq
və ya istifadə üçün saxlanıldıqda;