Mühasibat uçotu A.H.Əliyeva 4 və yохlanması metodları əks etdirilmiş dərs vəsaitinin bö-
yük əhəmiyyəti olacaqdır.
Əmlak və öhdəliklərin inventarlaşdırılmasının zəruri-
liyi və onun qarşısında qoyulan vəzifələr, inventarlaşma-
nın aparılma mərhələləri və onun təşkil edilməsi, inven-
tarlaşmanın nəticələrinin müəyyən edilərək uçotda əks et-
dirilməsi və tənzimlənməsi istiqamətlərini gələcək müha-
siblərin bilməsi önəmlidir. Bu baxımdan həmin mövzular
geniş şəkildə dərs vəsaitində öz əksini tapmışdır.
Maliyyə hesabatının tərkibi və onların ümumi xarak-
teristikası, maliyyə hesabatının tərtibi və təqdim olunma
qaydası, maliyyə, idarəetmə və vergi uçotlarının
iqtisadi
mahiyyəti, vəzifələri və təşkili prinsipləri, quruluşu və təs-
nifatı haqqındakı məlumatların öyrənilməsi tələbələrin gə-
ləcək təcrübələrini təmin edir.
Dərs vəsaitinin sonunda əlavələr, mühasibat uçotun-
da istifadə olunan əsas anlayışların açıqlanması, “Mühasi-
bat uçotu” fənninin öyrənilməsi ilə bağlı test nümunələri
işıqlandırılmışdır.
Əminəm ki, gələcəkdə mühasib və iqtisadçı kimi
yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsində bu
dərs vəsaitinin böyük rolu olacaqdır.
Dərs vəsaitinin işıq üzü görməsində böyük əməyi
olan elmi redaktor və rəyçi i.e.d., prof. Q.Ə.Abbasova, di-
gər rəyçilər i.e.d., prof. Q.Ə.Səfərova və i.e.n., dos.
A.H.Tağıyeva kitabın məzmununun zənginləşdirilməsinə
kömək edən qiymətli qeydləri və təkliflərinə görə, həm-
çinin mənim elmi fəaliyyətə yönəldilməyim və bu sahədə
uğurlar əldə etməyimdə dəstək olan hər bir şəxsə təşəkkür
edirəm.
i.ü.f.d. Aygün Hüseynəli qızı Əliyeva