8 malsatan və malalanlarla hesablaşmaların həyata keçirilməsi,
əmək haqqı fondunun istifadəsi və s.üzərində gündəlik
operativ nəzarət həyata keçirilir. Bu cür informasiyalar neqa-
tiv halların aradan qaldırılmasında böyük əhəmiyyətə
malikdir.
Operativ uçotu digər uçot formalarından fərqləndirən
göstəricilər aşağıdakılardır:
operativ uçotun təqdim olunması üçün vaxt müəy-
yən olunmur, tələb olunduğu halda aparılır;
operativ uçot həmin məlumatlara tələbat olduğu və-
ziyyətdə hazırlanır və təqdim olunur;
operativ uçot sənədləşdirilmədən hazırlanıb təqdim
olunur;
operativ informasiya şifahi formada, telefon, teleq-
raf, teletayp və faksla verilir.
Bir sıra hallarda, ehtiyac olması lazım gələn şəraitdə
operativ uçotda statistik və mühasibat uçotu informasiyala-
rından da istifadə edilə bilər.
Statistik uçot – iqtisadi proses və kütləvi hadisələrin
kəmiyyət tərəfini keyfiyyət tərəfi ilə qarşılıqlı xarakterizə
edir. Statistik uçot iqtisadiyyatın vəziyyəti, onun inkişaf
tendensiyası, əhalinin say və tərkibini, doğum və ölümünü,
onların yaş, cins, ixtisas və s. göstəriciləri üzrə informasiya-
lar toplayır və araşdırma aparır. Statistik uçot məlumatları
əsasında dövlət idarəetmə orqanları proqnozları müəyyən
edir, iqtisadi siyasət sahəsində qərarlar qəbul edir, ölkə iqti-
sadiyyatının idarə olunması ilə əlaqədar olaraq konkret ope-
rativ tədbirlər görür.
Statistik uçot geniş həcmdə müşahidə aparmaqla əha-
linin vahid uçotunu təşkil edir. Bu məqsədlə statistik uçot
Mühasibat uçotu A.H.Əliyeva 9 mühasibat və operativ uçotun informasiyalarından da istifa-
də edə bilər.