Mühasibat uçotu A.H.Əliyeva
5
FƏSİL I
MÜASİR DÖVRDƏ TƏSƏRRÜFAT
UÇOTUNUN MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ
1.1.Uçotun yaranmasının tarixi inkişafı
Uçot bir iqtisadi elm olmaqla onun yaranması və
inkişafı qədim tarixə malikdir. Mühasibat uçotunun bir
elm kimi əsası Benedetto Kotruli (1458) və Luka Paçolinin
(1494) əsərlərində qeyd olunmuşdur. Onlar mühasibat uço-
tunun müəssisənin idarə olunmasında mühüm vasitə
olduğunu göstərməklə, həm də elmi metodoloji əsaslarını
şərh etmişlər. Hələ bizim eradan əvvəl 2000-ci ildə uçot
sisteminin inkışafı Çində, ikili mühasibatlığın elementləri
isə qədım Romada qeydə alınmışdır.
Uçot işçilərinin beynəlmiləl emblemi ilə tanınmış
mühasiblərin gerbində günəş, tərəzi, Bernulli əyrisi əks
olunmuş və onun "Elm-Vicdan-Müstəqillik" rəmzi kimi
ifadə olunan şüarı verilmişdir. Günəş maliyyə fəaliyyəti-
nin nəticələrinin şəffaflığını əks etdirən mühasibat
uçotunu, tərəzi-balansı (bərabərliyi),Bernulli əyrisi uçotun
daimi olacağı rəmzini ifadə edir.
Mühasibat uçotunun əsasını ikitərəfli yazılış üsulu
təşkil edir. Bu üsul ilk dəfə Roma universitetinin professo-
ru, İtalyan riyaziyyatçı alimi Luka Paçoli tərəfindən tətbiq
edilmişdir. Belə ki, o 1494-cü ildə özününün böyük əsəri
olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq uço-
tun ilk sistemləşdirilməsini həyata keçirmişdir. İkili sistem
üzrə uçot yazılışlarının aparılması qaydası və mahiyyəti
şərh edilmiş bu əsər müasir dövrdə də aktuallığını
Mühasibat uçotu A.H.Əliyeva
6
saxlayaraq uçot təcrübəsində istifadə olunur. Luka Paçoli
tərəfindən yazılmış «Hesab, həndəsə məbləği, bərabərlik
və münasibətlər elmi haqqında» adlı əsəri vurma cədvəli
kimi bütün ölkələr və xalqlar üçün çoxsaylı elmi kəşf kimi
qəbul olunmuş və uçotun əsasını müəyyən etmişdir. Bu
əsər böyük riyaziyyata açılış olmasına baxmayaraq, o, mü-
hasibat üzrə ilk əsərin müəllifi kimi tanınmışdır. Həmin
əsərdən bir nеçə əsr dövründə Italiyada, Fransada,
Almaniyada, Ingiltərədə mühasibat uçоtu üzrə dərslik
kimi istifadə еdilmişdir. Luka Paçolinin 1494-cü ildə nəşr
etdirdiyi «Məbləğ» («Summa») adlandırılan kitabının bir
nüsxəsi XVI əsrdə Kiyevə gətirilmiş və Kiyev kollecində
dinləyicilərə həmin kitabdan dərs keçirilmişdir. Bununla ya-
naşı mühasibat uçotunun bir iqtisadi elm kimi nəzəri və
metodiki əsasları daha sonra dünya ölkələrinin alimləri və
mütəxəssisləri tərəfindən inkişaf etdirilmişdir.
Azərbaycanda uçotun qurulmasında müstəsna rolu olan
iqtisadçı Əliqulu Fərəcov 1917-1920-ci illərdə hesabdar-
mühasiblər kursu açaraq onu dövrün tələblərinə uyğun
təşkil etmişdir. Bunun üçün o rus alim-mütəxəssislərini
Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə
etmişdir. Azərbaycan iqtisadçısı Əliqulu Fərəcovun davam-
çılarından Sifariz Səbzəliyev, Qəzənfər Abbasov, Qəhrə-
man Rzayev, Səlim Müslümov, Süleyman Qasımov, İbad
Abbasov, Vaqif Quliyev, Əli Sadıqov, Ənvər Salahov və
digərləri mühasibat uçotu üzrə çoxlu sayda monoqrafiya
və dərsliklərin müəllifləridir.
İnsan cəmiyyəti inkişaf etdikcə uçotun aparılması və
maddi istehsal əməliyyatlarının əks olunmasının metodiki
prinsipləri dəyişmişdir.Dünya ölkələri iqtisadiyyatında baş
|