Mühasibat uçotu A.H.Əliyeva
164
xərclərlə
nəticələnir.
İdarəetmə uçotunun tətbiqi
nəticəsində
onun
növləri
idarəetmə
prosesinin
optimallaşması vəzifəsinin həlli üçün real imkanlar
yaradır ( Şəkil 12.1).
İstehsalat uçotu
- istehsal
məsrəflərinə nəzarət
etmək,
əvvəlki dövrlərlə, proqnozla,
standartlarla
müqayisədə artıq xərcin səbəblərini təhlil edərək onların
aşağı salınmasının mümkün olan ehtiyatlarını aşkar
etməyə xidmət edir.
Şəkil 12.1. İdarəetmə uçotunun növləri
Özünün idarəetmə uçotu
–
təsərrüfat fəaliyyətinin
büdcəsinə uyğun tənzimləmə, planlaşdırma və nəzarət
prosesini təmin edən sistemdir.Qısamüddətli
tənzimləmə
Mühasibat uçotu A.H.Əliyeva
165
zamanı “məsrəflər – istehsalın həcmi – mənfəət”
sisteminin gələcək dövrlərin xərclərinin təhlilinə diqqət
yetirilir. İdarəetmə uçotunda uzunmüddətli tənzimləmədə
nəzərdə tutulan kapital
qoyuluşunun səmərəliliyinin
iqtisadi təhlili kimi nəzərdə tutulur.
Müasir
idarəetmə
uçotu
-
maya
dəyərinin
kalkulyasiyasında üstəlik xərclərin bölüşdürülməsi,
istehsal olunan məhsulların həcmindən birbaşa asılı olaraq
dəyişməsi və xərclərin təfsilatı ilə təhlil edilməsinə imkan
verir.
Mütərəqqi idarəetmə uçotu
-
“Standart-kost” və
“direkt-kost” sistemində məhsulların maya dəyərinin
sifariş, mərhələ və plan maya dəyərinin hesablanması kimi
metodların tətbiqi ilə xarakterizə olunur.
İdarəetmə uçotu strukturunda üç obyekt növündən -
gəlirlər,
xərclər,
aktivlərdən
istifadə
olunur.
Bu
göstəricilərdən hər hansını
idarəetmə uçotu sistemi
istifadə edir. Hər bir müəssisə üçün idarəetmə uçotu
sisteminin qurulması vacibdir.
İdarəetmə
uçotu
sistemi
aşağıdakı
kimi
təsnifləşdirilir:
maliyyə və idarəetmə mühasibatlığının əlaqə
forması:
-birləşmə;
-muxtariyyət;
maya dəyərinə bütövlükdə daxil edilmə;
- tam maya dəyərinin uçotu sistemi;
- “direkt-kostinq” sistemi;
məsrəflərin uçotunun operativliyi:
- məsrəflərin faktiki (keçmiş ilin) uçotu sistemi;