Mühasibat uçotu hesabları müəssisə balansı maddə-
lərinə uyğun olaraq sintetik, analitik və subhesablara bö-
lünür.
Sintetik hesablar
- maliyyə təsərrüfat elementlərinin
iqtisadi göstəricilərinə görə məlumatların ümumi qruplaş-
dırılmış formasıdır.
Mühasibat uçotunun sintetik hesablarında müəssisə
əmlakının iqtisadi qrupları göstəriciləri, onların formalaş-
dırılması mənbələri və bütün təsərrüfat əməliyyatları pul
ifadəsində, cəmləşmiş formada əks olunur. Belə hesablara
«Əsas vəsaitlər», «Materiallar», «Əməyin ödənişi üzrə işçi
heyəti ilə hesablaşmalar», «Hesablaşma hesabı», «Kassa»
hesabı və s. daxildir.
Mühasibat uçotu A.H.Əliyeva
45
Beləliklə, sintetik hesab maliyyə hesabatlarının ele-
mentlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə
gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər
üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını
təmin edir.
Subhesablar -
qruplaşdırılmış analitik uçot məlu-
matlarını özündə əks etdirməklə sintetik hesabın bir hissə-
sidir.
Subhesab natural və pul ölçüsü ilə ifadə olunan sin-
tetik hesabın məlumatları dairəsində analitik hesabların
əlavə qruplaşması üçün nəzərdə tutulan və sintetik, ana-
litik hesablarda istifadə olunan aralıq hesabıdır.
Analitik hesablar
– subhesabların tərkib hissələrini
özündə əks etdirməklə məbləğ və natural ölçüdə daha ge-
niş formada analitik uçotda istifadə olunur.Sintetik, sub və
analitik hesablar bir-biri ilə sıx şəkildə əlaqədardır.
Bütün mühasibat uçotu hesablarına subhesablar açıl-
masına ehtiyac yoxdur. Subhesablar o hesablara açılır ki,
həmin hesabların uçota aldığı obyektlərin əhatəsi daha
genişdir. Ümumiyyətlə subhesablar ayrı-ayrı mühasibat
uçotu hesablarının daha ətraflı izahı məqsədilə açılır.
Məsələn, «Materiallar» hesabına 8 subhesab açılmışıdır ki,
bunlar aşağıdakılardır:
- xammal və materiallar;
-satın alınmış yarımfabrikatlar və komplektləşdirici
məmulatlar;
- yanacaq;
- tara və tara materialları;
- ehtiyat hissələri;
- sair materiallar;
- emal üçün kənara verilmiş materiallar;
|