“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə35/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Sonat alleqro forması 
Sonat alleqro forması elə üç hissəli formadır ki, birinci hissəsində bir-birinə zidd olan iki 
mövzu verilir.
Formanın I hissəsi ekspozisiya, II hissəsi işlənmə, III hissəsi repriz adlanır. 
Ekspozisiya ilk tanışlıq deməkdir. I hissədə mütləq əsas və ona zidd olan köməkçi mövzu 
olmalıdır. Əsas mövzu əsas tonallıqda, köməkçi mövzu köməkçi tonallıqda verilir. Əsas və 
köməkçi mövzu arasında bağlayıcı adını daşıyan mövzu ola bilər. Bağlayıcı mövzunun məqsəd 
və vəzifəsi əsas ilə köməkçi mövzu arasında əlaqə yaratmaqdır. Ekspozisiyanı tamamlayıcı 
mövzu bitirə bilər.
İşlənmə şöbəsində ekspozisiyada verilən mövzulardan bəziləri və ya elementi işlənməyə 
məruz qalır. İşlənmə köməkçi mövzunun tonallığında başlayıb, əsas tonallıqda bitir. İşlənmə 
şöbəsində verilən yeni mövzu epizod adlanır. Bəzən işlənmə əvəzinə yeni mövzu – epizod verilə 
bilər. İşlənməsiz sonat alleqro forması da mövcuddur. 
Sonat alleqro formasının III hissəsi repriz adlanır. Ekspozisiyadan fərqli olaraq reprizdə əsas 
və köməkçi mövzular əsas tonallıqda keçir. 
Sonat alleqro formasında ekspozisiyadan əvvəl giriş mövzu, reprizdən sonra koda verilə bilər. 
Sonat alleqro forması 
giriş I hissə-ekspozisiya II hissə-işlənmə III hissə- repriz koda 
əsas m-u, köməkçi m-u ekspozisiyadam mövzular əsas m-u, köməkçi m-u
bağlayıcı və ya elementləri 
tamamlayıcı işlənmə əvəzinə 
epizod


Az
ərbaycanın xalq musiqi yaradıcılığı
Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədimdir. Gəmiqaya və Qobustan qayaüstü 
rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında 
zəngin məlumat verir. Hələ XIII əsrdə Səfiəddin Urməvi, sonralar isə onun davamçıları 
Azərbaycan musiqisinin nəzəri məsələlərini araşdırmış, musiqimizin səs sistemi, ladları, musiqi 
alətləri haqqında dəyərli əsərlər yazmışlar. Bu nadir elmi əsərlər dünyanın bir sıra dillərinə tərcümə 
edilmiş, Şərqin və Qərbin böyük tədqiqatçıları və musiqişünaslarının marağına səbəb olmuşdur.
Azərbaycan musiqisi – millətin bənzərsizliyini təyin edən incəsənət sahələrindən biridir. 
Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsuz ənənələrin çoxəsrlik tarixi 
formalaşma prosesinin və inkişafının nəticəsidir. Azərbaycan musiqi mədəniyyətinin şifahi 
ənənələri iki böyük qolda təmsil olunur: birincisi mahnı və rəqslərdən ibarət folklor, ikincisi isə
peşəkar musiqidi ki, bunada muğam sənəti və aşıq yaradıcılığı aiddir. Birinci qolun yaradıcıları 
qeniş xalq kütlələridir. Muğamları və aşıq sənətini isə yüksək peşəkarlar yaratmışlar.
Hər iki qol yazısız incəsənətə aiddir, XX əsrin əvvəlinədək şifahi xarakter daşıyırdı. 
Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri 
zənqin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zənqin folklor ənənələri 
olan bir ölkədir. Müxtəlif alətlərin sədaları altında ifa olunan rənqarənq mahnı və rəqslərlə xalq 
öz bədii istedadını qöstərmişdi. Öz qözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edən xalq mahnı 


və rəqsləri şifahi olaraq nəsildən – nəsilə ağızdan-ağıza ötürülən naməlum müəlliflərin çoxəsrlik 
yaradıcılıqlarının məhsuludur.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin