Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi


Müştərək mülkiyyətdə olan müəssisələr



Yüklə 164,8 Kb.
səhifə19/39
tarix08.04.2023
ölçüsü164,8 Kb.
#124992
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
Mustafayev-Elvin

Müştərək mülkiyyətdə olan müəssisələr. Bu cür müəssisələr xarici və yerli sərmayəçilərin birgə mülkiyyətdə olan və birgə idarə olunan yerli müəssisə yaratmaq səylərinin birləşməsindən yaranan müəssisələrdir. Bu zaman xarici sərmayəçi yerli müəssisədə özünə pay ala bilər və ya yerli firma xarici şirkətin mövcud yerli müəssisəsinin müəssisəsində özünə pay ala bilər, ya da hər iki tərəf birgə səy və sərmayə qoymaqla tamamilə yeni müəssisəsinin yaradılması həm mülkiyyətdə olan müəssisəsinin yaradılması həm iqtisadi maraq baxımından, həm siyasi səbəblərdən asılı olaraq həyata keçirə bilər.
Firmanın layihəni təkbaşına həyata keçirmək üçün maliyyə, fiziki və ya idarəetmə resursları çatışmaya bilər. Xarici firmanın ölkə bazarına müstəqil daxil olmiasına hökümətin müəyyən şərtləri və maneələri də ola bilər. Bütün bu problemlərin həll edilməsi yerli firmaların nüfuzundan və maliyyə resurslarından istifadə edilməklə daha asanlıqla və səmərəli şəkildə mümkün olur.
Birbaşa investisiyalar. Xarici bazarlara çıxmağın ən dolğun və geniş yayılmış formalrından biri xarici ölkələrdə yığma və istehsal müəssisələrinin yaradılması məqsədilə birbaşa investisiyalar qoyulmasıdır. Firma məhsul ixracı sahəsində müəyyən təcrübə topladıqdan sonra və xarici bazarın həcmi kifayət qədər tutumlu olduqda firmanın xarici ölkədə yaradıcılığı istehsal müəssisəsinin yüksək gəlir əldə etməyə imkan verəcəyi güman edilir.
Birincisi, firma nisbətən ucuz işçi qüvvəsi və xammal əldə etmək, nəqliyyat xərclərini azaltmaq, hökumətlərin xarici siyasətçilərə etdiyi güzəştlərdən istifadə etmək imkanına malik olurlar.
İkincisi, firma xarici ölkədə istehsal müəssisəsi yaratmaqla yeni iş yerəlirinin açılmasını təmin edir, bununla da həmin ölkədə özünə xeyirxah münasibət qazanır.
Üçüncüsü, firma xarici ölkədə marketinq fəaliyyətini həyata keçirərkən həmin ölkənin dövlət təşkilatları ilə, müştərilərlə, mal göndərənlərlə və distribyutorlarla daha dərin əlaqələr yaradır, bu isə ona öz məhsullarını xarici bazar şəraitinə və marketinq mühitinə daha yaxşı uyğunlaşdırmağa imkan verir.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin