Yeni məhsul strategiyası isə tamamilə yeni bir əmtəə hazırlanmasını nəzərdə tutur. Bu proses iki müxtəlif formada baş verə bilər. Birincisi, reqressiv ixtira – əmtəənin bu və ya digər ölkənin ehtiyaclarının ödənilməsi üçün yaxşı uyğunlaşmış, keçmişdə mövcud olmuş formada buraxılışına yenidən başlanmasıdır. Məsələn, «Neşna Keş reqsister» firması müasir aparatlardan iki dəfə ucuz sata biləcəyi örtücü dəstəyi olan kassa aparatlarının istehsalını bərpa etmiş və onların Şərq, Latın Amerikası ölkələrində və İspaniyada külli miqdarda satmağa müvəffəq olmuşdur.İkincisi, mütərəqqi ixtira –xarici ölkələrdə mövcud olan tələbatın ödənilməsi üçün tamamilə yeni əmtəənin yaradılmasıdır. Yeni məhsul yaradılması firma üçün böyük xərclərlə başa gəlir. Lakin bu müəssisəyə eyni zamanda yüksək mənfəət əldə etməyə də imkan verir.
Firma xarici bazara məhsul çıxararkən ya öz ölkəsində tətbiq etdiyi stimullaşdırma strategiyasından istifadə edir, ya da hər bir xarici bazar üçün bu strategiyada müvafiq dəyişikliklər edir. Bir çox transmilli şirkətlər fəaliyyət göstərdikləri bütün xarici dövlətlərdə eyni, standart reklam mövzusundan istifadə edirlər.
Xarici bazara məhsul çıxaran firma öz məhsullarına qiymət müəyyən edərkən bir sıra problemlərlə qarşılaşır. Firmanın qiymətin müəyyən edilməsi ilə bağlı problemləri necə həll edilməsindən asılı olmayaraq, onun məhsulunun xarici bazarlardakı qiyməti öz ölkəsindəki daxili qiymətlərdən həmişə yüksək olur. İstehlakçılar çox vaxt xarici bazarda öz məhsulları üçün nisbətən aşağı qiymət müəyyən edirlər Bu zaman mənfəətin səviyyəsi aşağı olur. Lakin aşağı qiymət bazar mövqeyinin möhkəmləndirilməsinə , satışın həcminin artmasına müsbət təsir göstərir. Firmalar xarici bazar şəraitindən, rəqabətin vəziyyətindən asılı olaraq müxtəlif qiymət siyasəti və strategiyası tətbiq edilə bilərlər
Tədbirlər planının həyata keçirilməsi və reallaşdırılması mərhələsində ilk növbədə effektli idarəetmə quruluşunun inkişafına, həmçinin, ayrı-ayrı ölkələrdə biznes tədbirlərinin əlaqələndirilməsi və idarə edilməsi konsepsiyasına diqqət yetirilir. Beynəlxalq biznes - nəzarət çərçivəsində planlaşdırılmış marketinq alətlərindən istifadə etməklə qarşıya qoyulan məqsədlərə nail olunmanın tədqiqi həyata keçirilir. Bunun üçün təhlilin müqayisəli şəraitindən asılı olan metodlar tədqiq edilir.
Beləliklə, qeyd etmək olar ki, Azərbaycanda müəssisələrin biznes fəaliyyəti bazar iqtisadiyyatının təzadları altında formalaşmağa başlamış, bü gün də bazar iqtisadiyyatına transformasiya şəraitində formalaşmaqda və inkişaf etməkdədir. Mövcud şəraitdə müəssisələr beynəlxalq biznes fəaliyyətini həyata keçirməklə öz inkişaflarını təmin etmək imkanına malikdirlər. Bu isə o qədər də asan məsələ deyildir. Bunun üçün müəssisələr marketinq və innovasiyalı inkişaf strategiyalarını həyata keçirməli, hər vasitə ilə özlərinin və məhsullarının rəqabətqabiliyyətliliyini yüksəltməyə çalışmalıdırlar.
Dostları ilə paylaş: |