Biznes plan, onun işlənib hazırlanması prosesi.
İqtisadi ədəbiyyatlarda biznes planın mahiyyətinin açıqlanmasına müxtəlif yanaşmalar mövcuddur. Biznes plan müəssisənin fəaliyyətində tətbiq edilən digər planlar kimi onun fəaliyyət istiqamətlərini və göstəricilərini müəyyənləşdirməyə, biznes proseslərini dərindən dərk etməyə, daha səmərəli şəkildə idarə etməyə, biznesin imkanlarını və potensialıni qiymətləndirməyə, biznes fəaliyyətində mövcud olan riskləri aşkar etməyə , onların səviyyəsinin azaldılması üzrə müvafiq tədbirlər həyata keçirməyə imkan verir. Biznes planın mövcudluğu eyni zamanda müəssisəyə müxtəlif mənbələrdən maliyyə resursları əıdə etməyə şərait yaradır.
Biznes plan – müəssisənin gələcək inkişafını proqnozlaşdırmağa imkan verən universal alətdir. Yaxşı tərtib olunmuş biznes plan müəssisənin məqsədlərini və onlara nail olunma üsullarını müəyyənləşdirməyə, riskləri azaltmağa, kollektivi həvəsləndirməyə imkan verir. Biznes plan həmçinin investorları layihəni maliyyələşdirmək haqqında qərar qəbul etməyə sövq edir, lahiyə rəhbərlərinə isə biznes fəaliyyətini həyata keçirmək, mənfəət əldə etmək imkanı verir. Biznes plana müəssisənin fəaliyyətinin əsas aspektlərini nəzərdən keçirən, gələçək problemləri və onların həlli yollarını göstərən sənəd kimi baxılır. Biznes planın mövcudluğu biznesin təşkilinin başlanğıc mərhələsində daha mühüm əhəmiyyət kəsb edir.Kiçik biznes üçün belə bir planın tərtib olunması da olduqca vacibdir. Başlanılan işi müvəffəqiyyətlə həyata keçirmək üçün onun formalaşması və inkişafı üzrə dəqiq plan olmalıdır (26).
Müəssisənin biznes fəaliyyətinin planlaşdırılması praktikasında biznes planın bir neçə tipini fərqləndirirlər:
Dostları ilə paylaş: |